İ N F O R M A T İ K A ____________________________________________________________ 21
Çox hallarda baş verən hadisələri törədə biləcək mümkün hallar eyni
ehtimallı olmur. Məsələn, pul və ya zər simmetrik deyilsə, onun bir üzünün düşmə
ehtimalı fərqlənəcəkdir.
Müxtəlif ehtimallı mümkün hallar üçün informasiyanın miqdarı düsturunu
1948-ci ildə K.Şennon təklif etmişdir.
i N i i P P I
1
2
log
Burada: I-informasiyanın miqdarı, N-mümkün halların sayı, P
i
i-ci halın
ehtimalıdır.
Fərz edək ki, qeyri-simmetrik üzlərin düşmə ehtimalları:
8
1
;
8
1
;
4
1
;
2
1
4
3
2
1
p p p p kimidir. Bu halda informasiyanın miqdarı:
75
,
1
8
14
8
3
4
2
2
1
8
1
log
8
1
8
1
log
8
1
4
1
log
4
1
2
1
log
2
1
2
2
2
2
I bit olar.
Eyni ehtimallı hallar üçün Şennon disturu
N N I N i 1
log
1
1
2
şəklinə düşür.
Eyni ehtimallı hallarda bu informasiyanın miqdarı 2 bit (4=22=21 və ya
2
4
log
2
I ) olur.
Göründüyü kimi, eyni ehtimallı hallarda alınan informasiyanın miqdarı daha
çoxdur. Bu, əslində maksimal miqdardır. İnformasiyanın miqdarının təyini üçün
təklif edilən bu yanaşma ehtimallı üsul adlanır və bu üsul hər hansı suala cavab
vermək üçün azı nə qədər cəhd edilməsini təyin etməyə imkan verir (məsələn, 32
hərfli əlifbanın hər hansı hərfinin təyini üçün azı 5 addım tələb olunur).
Son dövrlərdə elektronikanın inkişafı ilə əlaqədar informasiyanın ən kiçik
həcm ölçü vahidi olan bitdən yaranan daha böyük ölçü vahidlərindən də geniş
istifadə olunur.
İnformasiyanın kəmiyyətcə qiymətləndirilməsinin göstərilən qaydaları
informasiyanın
saxlanması
sistemini
ikili
təşkili
ilə
üzvü
surətdə
əlaqələndirilməsinə imkan verir.
Nəzərə almaq lazımdır ki, informasiyanın semantik kəmiyyət ölçüsü məna
yükünün ölçülməsi üçün istifadə oluna bilməz.
İnformasiya məna yükünün, başqa sözlə semantik səviyyədə kəmiyyətinin
ölçülməsi üçün informasiyanın tezarus ölçüsü daha məqbul sayılır.
Belə yanaşma Y.U. Şneyder tərəfindən təklif edilmişdir. Y.U. Şneyder
informasiyanın semantik xassəsini ilk növbədə istifadəçinin verilən xəbərləri qəbul
etmək qabiliyyəti ilə əlaqələndirir və “istifadəçinin tezaurusu” anlayışını təklif edir.