İ N F O R M A T İ K A ____________________________________________________________ 23
İnformasiyanın reprezentativliyi obyektin verilmiş xassələrinin adekvat ifadə
olunması üçün informasiyanın seçilməsi ilə əlaqədardır. Bu zaman aşağıdakılar
mühüm əhəmiyyət kəsb edir:
ilkin anlayışın formalaşdığı konsepsiyanın düzgünlüyü;
mühüm əlamətlərin seçilməsinin və əks olunan obyektin əlaqələrinin
əsaslandırılması;
ölçmə metodikasının və informasiyanın formalaşması alqoritminin
düzgünlüyü.
İnformasiyanın məzmululuğu dedikdə, onun xüsusi semantik həcmi (S),
başqa sözlə, xəbərdə olan semantik informasiyanın miqdarının (I
c
), xəbəri ifadə
edən məlumatların həcminə (V
n
) nisbəti başa düşülür:
S= I
c
/V
n
Digər tərəfdən məzmunluluq informasiya vahidinin mənaca qiymətləndiril-
məsi, yəni rekvizitlərin, göstəricilərin, sənədlərin və digər informasiya vahidlərinin
informativliyi başa düşülməlidir.
İnformasiyanın məzmunluluğu artdıqca informasiya sisteminin semantik
buraxılış qabiliyyəti artır. Belə ki, eyni xəbəri almaq üçün daha az miqdar məlu-
matı çevirmək lazım gəlir.
İnformasiyanın tamlığı dedikdə, düzgün idarəetmə qərarlarının qəbul
edilməsi üçün kifayət edən, minimal miqdarda informasiyanın mövcudluğu başa
düşülür. Natamam (kifayət etməyən) və artıq informasiya eyni dərəcədə
idarəetmənin səmərəliliyini azaldır. Odur ki, ən keyfiyyətli informasiya tam
informasiya hesab olunur.
İnformasiyaya müraciət imkanı istifadəçi nöqteyi nəzərindən qiymətləndirilir.
Müraciət imkanının təmin olunması üçün informasiyanın alınması və
işlənməsinin zəruri əməliyyatları istifadəçinin tələblərinə uyğunlaşdırılır, başqa
sözlə onun tezaurusuna müvafiq yerinə yetirilir.
İnformasiya onun istifadə olunduğu anda idarəetmə üçün qiymətliliyini
qoruyub saxlaması dərəcəsi ilə müəyyən olunur. İnformasiyanın aktuallığı əks
olunan obyektin statistik xarakteristikasından (həmin xarakteristikanın dəyişməsi
dinamikasından) və informasiyanın yaranması anından sonra keçən vaxt
intervalından asılıdır.
İnformasiyanın vaxtında verilməsi dedikdə elə bir hal nəzərdə tutulur ki,
idarəetmə qərarlarının hasil edilməsi zamanında reqlament pozulmur. Başqa sözlə,
idarəetmə üçün lazım olan informasiya vaxtında və zəruri həcmdə təqdim olunur.
Dayanıqlıq zəruri dəqiqliyi saxlamaqla idarəedici informasiyanın ilkin
verilənlərin dəyişməsinə reaksiya verməsi xassəsidir. İnformasiyanın reprezen-
tativliyi kimi dayanıqlıq da, onun seçilməsi və formalaşmasının metodiki
düzgünlüyü ilə şərtlənir.
İnformasiyanın dəqiqliyi əks olunan parametrin həqiqi qiymətinə yaxınlığı
dərəcəsi ilə müəyyən olunur. Rəqəm kodu ilə əks etdirilən iqtisadi göstəricilər