İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə42/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   38   39   40   41   42   43   44   45   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 41 

linqvistik təminatı; 

hüquqi təminatı; 

təşkilati komponentləri (işçi heyəti); 

firmanın (müəssisənin) yeni təşkilati quruluşunu; 

işçi heyəti (ştatlar və s.). 
İdarəetmə funksiyasının həyata keçirilməsi dedikdə, müəyyən işgüzar 
nəticələrin əldə edilməsi məqsədilə bir və ya bir neçə işçi tərəfindən yerinə 
yetirilməsi nəzərdə tutulan xüsusi və daimi vəzifə borcları (öhdəlikləri) nəzərdə 
tutulur. 
İnformasiya sisteminin funksional komponentləri firma (müəssisə) 
qarşısında qoyulmuş məqsədlərə nail olmaq üçün zaman və məkan baxımından 
bir-birilə qarşılıqlı əlaqədə yerinə yetirilən idarəetmə işlərinin tam yığımından, yəni 
idarəetmə funksiyaları sistemindən ibarətdir. Həqiqətən də hər hansı mürəkkəb 
idarəetmə funksiyası bir sıra daha kiçik məsələlərə bölünməklə nəticə etibarilə 
bilavasitə icraçılara çatdırılır. Bütövlükdə firma (müəssisə) qarşısında son
məqsədlərə nə dərəcədə nail olunması məhz ayrı-ayrı işçilər tərəfindən bu və ya 
digər tapşırığın necə yerinə yetirilməsindən asılıdır. 
Bütövlükdə idarəetmə prosesi həm müəssisə və ya onun quruluş bölməsinə 
xətti (məsələn, inzibati) rəhbərlik şəklində, həm də funksional rəhbərlik (məsələn, 
maddi-texnik təminat, mühasibat uçotu, nəzarət, iqtisadi təhlil və s.) vasitəsilə 
həyata keçirilir. Ona görə də informasiya sisteminin funksional əlamət üzrə 
quruluşu idarəetmə funksiyaları sistemini reallaşdıran funksional altsistemlər 
adlandırılan ayrı-ayrı hissələri özündə birləşdirir. Funksional əlamət altsisteminin 
təminatını, onun hansı fəaliyyət dairəsinə aid edilməsini, hansı əsas məqsədləri, 
vəzifələri və funksiyaları yerinə yetirməsini müəyyən edir. 
Funksional altsistemlər xeyli dərəcədə informasiya sisteminin tətbiq sahəsin-
dən asılıdır. Obyektin xüsusiyyətindən asılı olaraq funksional altsistemlərinin sayı 
on addan çox ola bilər. 
Bəzi funksional altsistemlər informasiya sistemlərinin tətbiq sahəsinin 
müxtəlifliyinə baxmayaraq eyni qaydada adlandırılsa da, onlar daxili məzmununa 
görə müxtəlif obyektlərdə bir-birindən xeyli fərqlənir (məsələn, mühasibat uçotu 
və hesabat funksional altsistemi bütün obyektlərdə mövcud olur). Hər bir 
funksional altsistemin spesifik xüsusiyyətləri altsistemin tərkibinə daxil olan 
funksional məsələlərdə özünü göstərir. Bununla yanaşı yeni informasiya texnolo-
giyalarının meydana gəlməsi “məsələ” anlayışının daha geniş mənada baxılmasını, 
yəni ona bilavasitə istehsal prosesinin gedişinə idarəedici təsirlərin göstərilməsi, 
yaxud qərarların qəbul edilməsi üçün idarəedici heyətə zəruri informasiyanın 
verilməsini təmin edən iqtisadi informasiyanın işlənməsinin bitmiş kompleks kimi 
baxılmasını şərtləndirir. 
Beləliklə, məsələyə məlumatların işlənməsi sisteminin elementi kimi deyil, 
bütövlükdə idarəetmə sisteminin bir elementi kimi baxılmalıdır. İdarəetmənin 
funksional altsistemlərinin tərkibinə daxil olan funksional məsələlərin seçilməsi bir 
qayda olaraq idarəetmənin aşağıdakı bazalarına uyğun şəkildə aparılmalıdır: 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin