İ N F O R M A T İ K A
____________________________________________________________
44
tərəfindən əl üsulları ilə və ya primitiv texniki vasitələrdən istifadə etməklə yerinə
yetirilir.
Avtomatlaşdırılmış informasiya sistemlərində bütün idarəetmə funksiyaları
(və ya məlumatların işlənməsi əməliyyatları) mütərəqqi hesablama,
kommunikasiya təşkilat texnikası vasitələrinin köməyi ilə, habelə insanın da
iştirakı olmaqla avtomatlaşdırılmış üsullarla yerinə yetirilir. Avtomatlaşdırılmış
informasiya sistemlərində isə bütün idarəetmə funksiyaları və məlumatların
işlənməsi prosesi insan iştirak etmədən texniki vasitələrin
köməyi ilə avtomatik
üsullarla həyata keçirilir.
İnformasiya sistemləri və texnologiyalarının təkamülü korporativ biznesin
yeni modellərinin inkişafı ilə o dərəcədə bağlıdır ki, bu proseslər çox zaman bütöv
bir vəhdət təşkil edir. Müəssisələrin və şirkətlərin informasiya sistemlərinin
səviyyəsinin yüksəldilməsinə daim cəhd göstərməsi yeni daha mükəmməl aparat
və vasitələrin meydana gəlməsini stimullaşdırmaqla,
mövcud informasiya
sistemlərinə həvəs və marağı artırır. Bunun sayəsində sahibkarların bazar
konyekturunda baş verən dəyişikliklərə daha tez reaksiya vermələri, minimal riskə
getməklə maksimum mənfəət götürmələri mümkün olur. Uzun müddət, yəni
keçən əsrin 80-cı illərin ortalarına qədər (30 ilə yaxın bir dövrdə) məlumatların
işlənməsinin üstünlük təşkil edən mərkəzləşdirilmiş modeli
öz yerini sürətli fərdi
kompüterlərin lokal şəbəkələrinin bölgülü arxitekturasına verməsi nəticəsində son
illərdə sistemin resurslarının mərkəzləşdirilməsi istiqamətində xeyli irəliləyişin
olması müşahidə olunur. İndiki zamanda özündən əvvəlki sistemlərin
üstünlüklərini səmərəli şəkildə birləşdirən “müştəri-server” texnologiyasına xüsusi
diqqət yetirilir.
İnformasiya sistemlərinin təkamülü tarixini bir neçə mərhələlərə ayırırlar:
birinci mərhələ 1960-1970-ci illəri əhatə etməklə mərkəzi EHM bazasında
qurulmuş və “bir müəssisə - bir informasiyanı işləmə mərkəzi” prinsipi üzrə
fəaliyyət göstərirdi;
ikinci mərhələ 1970-1980-cı illəri əhatə edir.
Bu mərhələdə informasiya
sisteminin qeyri-mərkəzləşdirilməsinə doğru ilk addımlar atılır, istifadəçilər
mini kompüterlərdən, məlumat bazalarının yaradılması
və idarə edilməsi
sistemlərindən və tətbiqi proqram paketlərindən istifadə edirdi;
üçüncü mərhələ 1980-1990-cı illəri əhatə edir. Bu mərhələdə məlumatların
bölgüsü şəbəkə işlənməsini, kütləvi surətdə və geniş miqyasda fərdi
kompüterlərdən istifadə edilməsini həyata keçirir. Çoxsaylı
iş yerləri vahid
informasiya sistemində birləşir, hesablama şəbəkələri və məlumatların
bölgülü işlənməsi mümkün olur. Serverlər bazarı kompüter sənayesinin
daimi
bölmələrindən birinə çevrilir, tədricən müştəri-server
ierarxik modeli
üstünlük təşkil edir.
dördüncü mərhələ 1990-cı ildən sonrakı dövrü əhatə edir.
Bu mərhələdə
informasiya sistemlərinin əsas fərqləndirici cəhəti məlumatların işlənməsinin
ierarxiya prinsipi üzrə təşkili, informasiya sisteminin yuxarı səviyyəsində
mərkəzləşdirilmiş işlənməsi, resursların vahid prinsip üzrə idarə edilməsinin