İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə53/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   49   50   51   52   53   54   55   56   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
54 
Düyünlərdən və çubuqlardan istifadə etməklə hesablamanın aparılması 
 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 55 
Barmaqların köməkliyi ilə hesablamanın aparılması 
QEYD
: Dünyanın bir çox xalqları, o cümlədən çinlilər, farslar, hindlilər, 
perulular və digərləri ədədləri göstərmək üçün iplərlə yanaşı dəridən hazılanmış 
nazik formaya malik kəmərlərə də düyünlər vurmaqdan istifadə etmişlər.
Qeyd etmək lazımdır ki, qəbilələr və tayfalar arasında ticarətin inkişafi ilə 
əlaqədər iplərə və kəmərlərə vurulan düyünlər hesablamalar aparmaq üçün 
insanların tələbini ödəmirdi. Bu baxımdan da hesablamanın yazıların köməkliyi 
aparılması məsələsi gündəmə gəlirdi. Hesablamaların bu şəkildə aparılmasına iki 
əsas məsələ maneçilik edirdi: birincisi – hesablamaların nəticəsini qeyd etmək 
üçün perqamentin hazırlanması mümkün deyildi (perqament bizim eranın V 
əsrində yaradılmışdır), ikincisi – hesabatları aparmaq üçün ö dövrdə istifadə 
olunan say sistemləri mükəmməl deyildi və müəyyən hesablamaları aparmaq 
həddindən artıq mürəkkəb idi. Odur ki, insanlar qarşısında bu səpkidə işləri 
həyata keçirmək üçün xüsusi hesablama aləti – qədimdən məşhur olan 
hesablama aləti abak - hazırlamaq problemi dururdu. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
56 
Barmaqlardan istifadə etməklə ədədlərin göstərilməsi 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 57 
Ən qədim say aləti abak olmuşdur. Abak təxminən 4-5 min il əvvəl Asiya 
qitəsində (güman edilir ki, Cində) düzəldilmiş, onun müxtəlif növləri isə uzun 
müddət Misir, Vavilion, Hindistan, Yaponiya, Yaxın Şərqdə (oradan Yunanıstana 
və Romaya gətirilmişdir) və Rusiyada yeganə hesablayıcı alət olaraq işlədilmiş və 
nəhayət müxtəlif dəyişikliklərə uğrayaraq, 
çötgə
adı ilə dövrümüzə qədər gəlib 
çatmışdır (alətdən uzun müddət ərzində, təxminən keçən əsrin 60-cı illərinə kimi 
bizim ölkəmizdə də istifadə edilmişdir). Bu alətdə istifadə olunan daşları qədim 
yunanlar kalkul adlandırmışlar. Söz müxtəlif xalqların dilinə daxil olmuş, 
hesablama alətinə isə sözə uyğun olaraq kalkulyator demişlər. Çində bu alət 
suan-pon (hesablama lövhəsi), Yaponiyada isə sorobon adlandırılmışdır. 
Ən qədim say aləti abak 
QEYD
: Qədim Romada abak alətində istifadə edilən daşları (diyircəkləri) 
bürüncdən, sümükdən və rəngli şüşədən hazırlayırdılar. Alət üzərində xüsusi 
hazırlanmış novlarda həmin sümükləri (daşları) hərəkət etdirirdilər. Romalılar 
alətdəki həmin daşları 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin