İ N F O R M A T İ K A
____________________________________________________________
72
50 ildən artıq istifadə edilən German Hollerit maşınları tədricən öz yerini
elektrik, sonra isə elektron maşınlarına verdi. İlk elektron maşın 20-ci əsrin 40-cı
illərində Almaniyada FAU ballistik raketlərin uçuş trayektoriyasını
hesablamaq
zərurətindən yarandı. Bu maşınlar son dərəcə mürəkkəb və baha olduğundan,
yalnız hərbi və elmi məqsədlər üçün tətbiq edilirdi.
1938-ci ildə məşhur avstriyalı biznesmenin oğlu Kurt Hertsştark dörd riyazi
əməliyyatı yerinə yetirən və cibdə gəzdirilə bilən mexaniki kalkulyator yaradır.
Kalkulyatorun küllü istehsalı İkinci Dünya Müharibəsinin başlanması
ilə təxirə
salınır. 1947-ci ildən başlayaraq kalkulyatorun külli istehsalı həyata keçirilir. “Curt”
adlanan kalkulyator o dövrdə hazırlanan bütün mexaniki kalkulyatorlardan
xarakteristikalarına görə üstünlük təşkil edirdi. Qurğu 100 qram ağırlığında idi. İlk
yaradılan “Curt I” qurğusu 11 mərtəbəli, 1954-cü ildə istehsal olunan “Curt II” isə
15 mərtəbəli ədədlər üzərində əməliyyatlar aparmağa imkan verirdi.
Bununla
yanaşı qurğudan ədədlərin kvadrat kökünün alınmasında da istifadə edirdilər.
Nəzərə almaq lazımdır ki, o ərəfədə istehsal olunan kalkulyatorlar ya
Leybnisin “pilləvari barabanları”, ya da ki, Odnerin “dişli təkərcikləri”
prinsipi ilə
işləyirdi. Kurt hər iki prinsipi təkmilləşdirərək qurğuya yeni pilləvari barabanlar
əlavə etdi. Nəticədə müxtəlif əməliyyatların yerinə yetirilmə müddəti azaldı
(məsələn, çıxma əməliyyatını toplama əməliyyatı
kimi eyni alqorimlə aparmaq
mümkün idi). Qeyd etmək lazımdır ki, müasir kalkulyatorlarda da hesablama
əməliyyatlarını eyni alqoritmlə yerinə yetirirlər. Fərq elektron qurğularında
ikilik
say sistemindən istifadə edilməsindədir.
K.Hertsştarkın çertyojları ilə hazırlanan kalkulyator müasir elektron
kalkulyatorları ilə rəqabətə davam gətirə bilmədiyi üçün 1970-ci
ildən sonra
istehsal olunmadı.
Kurt Hertsştark və onun çertyoju ilə hazırlanan cib kalkulyatorları