İ N F O R M A T İ K A
____________________________________________________________
74
Qovard Hatuvey Aygen
1943-1944–cü illərdə Ç. Bebbicin ideyası
əsasında ABŞ-da IBM şirkətinin müəssi-sələrinin
birində işləyən, Qarvard
universiteti-nin gənc
alimi Qovard Aygen “Mark-1” adlı hesablama
maşınını yaradır. Bu,
proqramla işləyən ilk
elektromexaniki
hesablayıcı
maşın
idi.
Hesablama maşını (kompüter) hər biri 23 ədəd
onluq mərtəbədən ibarət olan 72 sözə malik idi.
Hesablama maşınının köməyi ilə istənilən riyazı
əməliyyatı 6 saniyə ərzində yerinə yetirmək
olurdu. İnformasiyanın
daxil və xaric edilməsi
üçün perfolentdən istifadə edilirdi.
“MARK-I” hesablama maşını
Yaddaşı olan və programla idarə olunan universal kompüterlərin (Elektron
Rəqəm Hesablama Maşınlarının) yaradılmasının nəzəri əsasları keçən əsrin 30-cu
illərində AlanTyurinq (İngiltərə) və Emil Leon Post (ABŞ) tərəfindən inkişaf
etdirilir.