İ N F O R M A T İ K A
____________________________________________________________ 85
prinsipləri və müəyyən sinif məsələlərin həlli üçün onların funksional imkanlarını
təyin edən xarakteristikaları başa düşülür. Kompüterin xarakteristikası aparat və
proqram vasitələri kompleksinin qurulması ilə bağlı bir çox amilləri nəzərə alan
məsələləri əhatə edir. Bu amillərdən əsasları
kompüterin qiyməti, tətbiq sahəsi,
funksional imkanları, istismarının asanlığı hesab olunur. Arxitekturanın əsas tərkib
hissəsi isə aparat vasitələridir.
Kompüterin
arxitekturası
və
strukturu
anlayışlarını
bir-birindən
fərqləndirmək lazımdır. Kompüterin strukturu müəyyən səviyyədə onun konkret
tərkibini (qurğular, bloklar, qovşaqlar və s.) və onlar arasındakı
əlaqələri təyin
edir. Arxitektura isə kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı
əlaqələndirilməsini təyin edir. Başqa sözlə, arxitektura kompüterin
layihələndirilməsinin, qurulmasının və proqram təminatının
ümumi problemlərini
əks etdirir.
Keçmişdə və indiki zamanda istehsal olunan kompüterlərin arxitekturasında
məşhur amerika alimi Con fon Neymanın keçən əsrin 40-cı illərində təklif etdiyi
prinsiplər əsas götürülür. Demək olar ki, indiki
zamanda istehsal olunan
kompüterlər hələ ki, Neyman arxitekturası ilə qurulur. Neyman arxitekturasının
əsas prinsipləri aşağıdakılardır:
kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi
üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir,
digər tərəfdən isə qoyulmuş məsələni həll edir;
kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır.
Yaddaş
birölçülü və xəttidir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm
proqram, həm də verilənlər saxlanılır;
əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə
verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər;
verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində
aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya
simvollar sətri olmasını proqram müəyyənləşdirir.
Kompüter texnikasının inkişaf mərhələlərində Con fon Neyman arxitekturası
xeyli təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin
böyük hissəsi proqram
vasitələrinə istiqamətləndirilmişdir. Kompüterin aparat vasitələri ilə proqram
vasitələri arasında qarşılıqlı əlaqələrin yeni səviyyədə təşkili göstərilən
arxitekturaya uyğundur.
Con fon Neyman şəxsən hazırladığı hesablama maşınının layihəsini verir.
İndiki zamanda bu layihə üzrə hazırlanmış hesablama maşınını
informatika
sahəsində
Dostları ilə paylaş: