İ N F O R M A T İ K A ____________________________________________________________
88
KOMPÜTER TEXNOLOGİYALARININ TƏKAMÜLÜ 20-ci əsrin ortalarınadək kompüter yalnız mürəkkəb elmi və mühəndis
hesablamaları üçün istifadə edilirdi. Keçən əsrin 50-ci illərində kompüter ilk dəfə
müxtəlif kommersiya məsələlərinin həllinə, 1960-cı illərdə isə kompüter idarəetmə
işlərinə tətbiq edildi. 1968-1972-ci illərdə verilənlər bazası, terminallar, şəbəkələr
və maqnit diskləri meydana çıxdı ki, bu da prinsipcə yeni kompüter
texnologiyasının əsasını təşkil etdi.
80-ci illərdə informasiya texnologiyaları keyfiyyətcə dərin dəyişikliyə uğradı.
Əvvəllər əsas fikir informasiyanın cəld işlənməsinə yönəldilirsə, sonralar peşəkar
olmayan istifadəçi marağı ön plana çəkildi.
1990-cı illərin əvvəlində telekommunikasiya sistemlərinin biznesdə istifadəsi
aktuallaşdı. Fərdi kompüterlər müəssisədə idarə (ofis) maşınlarına çevrildi.
İNFORMASİYANIN KODLAŞDIRILMASI VƏ KOMPÜTERİN YADDAŞINDA TƏSVİRİ İnformasiya kompüterin yaddaşında rəqəm formasında saxlanır, yəni,
rəqəm olmayan informasiya da (mətn, şəkil və s.) rəqəmə çevrilir. Buna
kodlaşdırma deyilir.
Müasir fərdi kompüterlərdə xarici yaddaşın həcmi minlərlə Teqabayt (indiki
zamanda dəfələrlə çox) təşkil edir.
Kompüterdə
ədədi ,
mətni və
məntiqi verilənlər
fərqləndirilir. Mətni
verilənlər dedikdə, simvolların xətti ardıcıllığı nəzərdə tutulur. Simvollar
nömrələnir (kodlaşdırılır) və simvol əvəzinə koddan istifadə edilir. Hər simvol 1
bayt yer tutur.
Hal-hazırda 128 simvolluq (0-dan 127-dək) ASCII
standart kodundan
istifadə edilir. Milli əlifbalar 128÷255 arasında nömrələnir. Mətni düzgün
oxumaq üçün mətn drayverlərindən istifadə edilir.
Cədvəldə ASCII (Amerikan Standart Code for İnformation İnterchange –
İnformasiya mübadiləsi üçün standart Amerika kodu) genişləndirilmiş kod
cədvəlindən nümunə-fraqment (rus əlifbasına uyğun olan) verilmişdir (S –
simvol sözünü əks etdirir).