İ N F O R M A T İ K A ____________________________________________________________ 91
Takt tezliyi anlayışı . İstənilən verilənlər üzərində müxtəlif əməliyyatların
yerinə yetirilməsində kompüterin bir neçə qurğusu iştirak edir. Yerinə yetirilən
əməliyyatlar arasında müəyyən uyğunluq olmalı, qurğular isə bir-biri ilə sinxron
işləməlidirlər. Belə uyğunluğu və sinxronluğu kompüterin daxilində yerləşən
xüsusi qurğu – impuls taktları generatoru həyata keçirir. İmpuls taktları
generatoru bərabər zaman ərzində sinxronlaşdırıcı impuls siqnaları hasil edir.
Sinxron impulslar kompüterin daxilindəki qurğuların vasitəsi ilə yerinə yetirilən
əməliyyatları koordinasiya edir. Hasil edilən impulsların uzunluğunun da eyni
olması (yüksək dərəcədə dəqiqliklə) vacib şərtlərdən biridir.
Sinxronlaşdırıcı impulsun başlanğıcı ilə növbəti impulsun başlanğıcı
arasındakı zaman müddəti
takt adlanır (şəkilə nəzər sal).
Prosessor tərəfindən yerinə yetirilən istənilən əməliyyat taktın müəyyən
hissəsində baş verir. Bunun ardınca fasilə gəlir ki, bu zamanda heç bir əməliyyat
həyata keçmir. Fasilənin olması prosessor üçün prinsipial faktordur. Bu faktor
fiziki qanunlara söykənir və prosessorun işini idarə edir. Prosessorun proqrama
uyğun olaraq yerinə yetirdiyi əməliyyatlar ardıcıllığı takt daxilində, takt
sərhədlərinə uyğun olaraq t
0
, t
1
, t
2
... zaman momentlərində ani olaraq həyata
keçir. Taktın sərhədləri sayılan sinxroimpulslar sıfırdan fərqli uzunluğa malik
olduqları üçün t
0
, t
1
, t
2
... zaman momentləri takt impulslarının başlanğıcı sayılır.
İmpuls generatorunun vahid zaman müddətində hasil etdiyi taktların tezliyi
hesablama texnikasında
takt tezliyi adlanır və vacib texniki xarakteristikalardan
biri hesab edilir.
Takt tezliyi verilənlərin emal olunma sürətini müəyyən edən əsas
faktorlardan biridir. İlk istehsal olunan kompüterlər 5-10 Mhers tezlikdə
işləyirdilər. İndiki zamanda fərdi kompüterlərdə istifadə olunan prosessorlar 100
MHers-lərdən 3-4 Hhers takt tezliyində verilənləri emal edirlər. Yaxın gələcəkdə
bu kəmiyyətin 10 Hhersə çatdırılacağı gözlənilir. Nəzəri hesablanmışdır ki,
kəmiyyətin qiyməti 30-40 Hhersdən artıq ola bilməz.