İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə78/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   74   75   76   77   78   79   80   81   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 93 
sovetlər məkanında IBM firmasının maşınlarının anoloqu sayılan Vahid Sistem 
EHM-larını (VS EHM) göstərmək mümkündür. 
Böyük hesablama maşınları keçən əsrin 70-ci illərinin ortalarına kimi ən çox 
istifadə edilən maşınlar sayılırdı. Hal-hazırda böyük hesablama maşınlarından 
müxtəlif sahələrdə yenə də istifadə olunur və onların istehsalı davam etdirilir. 
Super elektron hesablama maşını 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
94 
IBM şirkətinin akademik mərkəzi, z9-BC və z9EC markalı Böyük Elektron 
Hesablama Maşınları 
 
Mini EHM-lər
kiçik ölçüyə və qiymətlərinin aşağı olmaları ilə (böyük 
hesablama maşınları və superEHM-lərə nəzərən), həmçinin universallığı 
baxımından elektron hesablama maşınları içərisində ən çox inkişaf etmiş 
hesablama maşını hesab oluna bilər. Bu tip hesablama maşınlarının yaranması 
keçən əsrin 60-cı illərinə təsadüf edir. Onlardan texnoloji proseslərin idarə 
edilməsində, avtomatlaşdırılmış layihə sistemlərinin və əyilgən istehsal 
sistemlərinin yaradılmasında geniş istifadə olunmuşdur. Mini elektron hesablama 
maşınlarının bəzi xarakteristikalarının önəmli olması baxımından onları böyük 
hesablama maşınları ilə müqayisə etmək mümkündür. Bu tip hesablama 
maşınlarına nümunə kimi DEC firmasının istehsalı olan VAX-11 və CM-1700 
markalı maşınları göstərmək olar. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 95 
“VAX – 11” mini Elektron Hesablama Maşını 
Mikro EHM-lərin
yaradılması bir-başa mikroprosessorların yaradılması və 
istehsalı ilə bağlıdır. Mikroprosessorların istehsalı ilə hesablama maşınlarının 
nəınki mərkəzi orqanları, hətta hesablama maşınlarında istifadə olunan, kiçik 
ölçüyə malik periferiya qurğularının yaradılması həyata keçirildi. MikroEHM-lər 
iqtisadiyyatın bütün sahələrində, sanaye və müdafiə sənayesinin əksər 
sahələrində özlərinə tətbiq sahələri tapdılar. Buna əsas səbəb onların kiçik ölçülü 
və yüksək məhsuldarlığa malik olmaları, həmçinin yüksək etibarlılığı və 
qiymətlərinin ücüz olmaları idi. 
Hesablama texnikasının müxtəlif sahələrində müxtəlif tip mikroEHM-lərdən 
istifadə edilir. Bunlara aşağıdakılar aiddir: 

bir sıra terminallar ilə təmin olunan, müxtəlif sahələrdə istifadəyə yararlı 
mikro Elektron Hesablama Maşınları; 

idarə olunacaq obyektin bir hissəsi sayılan, texnoloji avadanlıqları və ya 
avtomobillərin altsistemlərini idarə edən yardımçı mikro Elektron Hesablama 
Maşınları; 

avtomatlaşdırılmış layihələrdə qrafiki işləri, həmçinin nəşriyyat 
sistemlərində müxtəlif işləri yerinə yetirən, özündə kifayət qədər güclü və 
bahalı mikro Elektron Hesablama Maşınlarını cəmləşdirən işçi stansiyaları 
(qlobal hesablama şəbəkələrində host-maşın vəzifəsini həyata keçirən 
kompüteri bəzən işçi stansiyalar da adlandırırlar). 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin