İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə75/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   71   72   73   74   75   76   77   78   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
90 
əvəz olunması zamanı yerinə yetirilən əməliyyat eynidir - yeganədir). Bir 
simvolun ləğv edilərək digəri ilə əvəz olunma prosesində əsas məsələ əlifbada 
olan iki simvolu düzgün müqayisə etməkdir, yəni dəyişdiriləcək simvolların 
uyğun gəlib gəlmədiyini müəyyənləşdirməkdir. 
Beləliklə, kompüter mətn verilənləri üzərində yerinə yetirilən əməliyyatı, yəni 
mətndə iki simvolun kodunu müqayisə etməklə yanaşı onların birinin digəri ilə 
əvəz edilməsini “bacarmalıdır”. 
Bunlarla yanaşı fərdi kompüterdə məntiqi verilənlərdən də istifadə edilir. 
Məntiqi verilən 2 qiymət (“0” və “1”) alır. “0”-yalan, “1”- gerçək. Məntiqi verilən 
kompüterin yaddaşında 1 bit yer tutur. Şəkil və səs kimi mürəkkəb obyektlər də 
2-lik rəqəmlərə çevrilib yaddaşda saxlanılır. 
PROQRAMIN KOMPÜTERDƏ İCRASI PROSESİ 
Kompüterdə verilənlərin saxlanması və emalı ayrı-ayrı qurğularda icra edilir. 
İnformasiya kompüterin yaddaş qurğusunda saxlanır, mərkəzi prosessorda emal 
edilir. Kompüterin işi yaddaşındakı informasiyadan asılıdır. Kompüterin yaddaşı 3 
bölmədən ibarətdir: 

ünvanlaşdirilan yaddaş; 

prosessor registrləri; 

kompüter portları tərəfindən istifadə edilən giriş-çıxış yuvaları. 
Kompüter portları informasiya ötürülməsi qaydasına görə, 
ardıcıl 
və 
paralel
olur. Modem ardıcıl porta, printer paralel porta qoşulur. Ünvanlaşdirilan 
yaddaş məntiqi cəhətdən ardıcıl yuvalardan ibarətdir. Hər yuva özündə 1 bayt 
informasiya saxlayır. Operativ yaddaşdakı baytlar nömrələnmiş olur. Baytın 
nömrəsi onun ünvanıdır. 
Mərkəzi prosessor kompüterin əsas qurğusudur. Mərkəzi prosessor bütün 
hesablamaları icra etməklə yanaşı kompüterin bütün hissələrinin işini də idarə 
edir. Prosessorun daxilindəki registrlər kompüter yaddaşının ən cəld hissələridir. 
Çoxsaylı registrlər müxtəlif funksiyaları icra edir. 
Kompüterin işi elementar əməliyyatlar ardıcıllığından ibarətdir. Hər bir 
elementar əməliyyat müəyyən maşın əmrinin nəticəsidir. Maşın əmrlərinin 
bütövlükdə bir neçə yüz variantı vardır. Hər maşın əmrinin icrası üçün 
prosessorun konstruksiyasında ayrıca elektron mikrosxem nəzərdə tutulmuşdur. 
Maşın əmrləri əməl tipləri üzrə təsnifləşdirilir. Əməl tipləri üzrə icra edilən maşın 
əmrləri aşağıdakılardır: 

informasiya blokunu operativ yaddaşdan prosessor registrinə keçırır; 

informasiya blokunu prosessor registrindən operativ yaddaşa keçırır; 

informasiya blokunu portdan alıb prosessor registrinə ötürür və s. 
Prosessor əməllərin bir çoxunu paralel icra edir. Bunun üçün impuls taktları 
generatorundan istifadə edilir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin