İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə69/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   65   66   67   68   69   70   71   72   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
84 
yeni arxitekturasının yaradılması sahəsində böyük diqqət neyrokompüterlər 
layihəsinə yönəldilmişdir. Neyrokompüter real neyronların əsas xassələrini 
modelləşdirən neyron şəbəkəsi (formal neyronlarda strukturlar) anlayışına 
əsaslanır. Bio – və ya opto – elementlərdən istifadə olunmaqla uyğun olaraq 
bioloji və ya optik neyrokompüterlərin yaradılması nəzərdə tutulur. 
Tədqiqatçılar hesab edirlər ki, XXI əsrdə neyrokompüterlər intellektual 
imkanlarına görə ənənəvi kompüterləri xeyli ötəcək. Mikroelektronikanın son 
nailiyyətləri və biotexnologiya əsasında element bazasının yaradılması 
biokompüterlərin reallaşdırılmasını mümkün edir. 
Fərdi kompüterlər elmi-texniki, iqtisadi-statistika, informasiya-məntiq və 
idərəetmə məsələlərini həll etməyə, istənilən həcmdə verilənlər bazaları 
yaratmağa, istənilən sənədləri və mətnləri hazırlamağa və redaktə etməyə, 
kargüzarlıq işini aparmağa, qrafiki informasiyanı təhlil etməyə və s. imkan verir. 
Göstərilən funksiyaların yerinə yetirilməsi çoxlu sayda universal və xüsusi təyinatlı 
tətbiqi proqram paketləri vasitəsilə təmin olunur. Fərdi kompüterlər əsasında 
müxtəlif peşələr üzrə (mühəndis, konstruktor, texnoloq, inzibatçı, həkim, müəllim, 
jurnalist və s.) işçilər üçün avtomatlaşdırılmış iş yerləri (AİY) yaradılır. 
Mikro və fərdi kompüterlərin istehsalı və tətbiq dairəsi durmadan genişlənir. 
Hazırda dünya bazarında geniş yayılmış mikro və fərdi kompüterlərin əsas 
istehsalçıları IBM, DEC, Hewlett Packard, Apple, Compac (ABŞ), Comparex, 
Siemens (Almaniya), ICL (Ingiltərə) və s. firmalarıdır. 
KOMPÜTERİN ARXİTEKTURASI. CON FON NEYMAN 
PRİNSİPLƏRİ 
 
İnsan fəaliyyətinin bir çox sahələrində məsələlərin həlli zamanı çox böyük 
sürət tələb olunur. Bir prosessorlu kompüterlərdə belə sürətli iş müəyyən 
çətinliklərlə əlaqədardır. Eyni zamanda kompüterlərin texniki bazasını təşkil edən 
fiziki elementlər öz cəldişləmə imkanlarının yüksək həddinə çatmaqdadır. Bu 
xüsusilə qurğular arasında əlaqə yaradan elementlərə aiddir.
Kompüterlərin və hesablama sistemlərinin element bazası və quruluşunun 
təkmilləşdirilməsi hesabına məhsuldarlığın artırılması texniki və iqtisadi cəhətdən 
daha çox maniələrlə qarşılaşır. Bu problemin aradan qaldırılması üçün aparılan 
tədqiqatlar informasiyanın paralel təhlili alqoritmlərinin hazırlanmasının və 
çoxprosessorlu sistemlərin yaradılmasının əlverişli olmasını sübüt etmişdir. 
Əvvəllər kompüterlərin aparat və proqram vasitələri bir-birindən asılı 
olmadan, ayrı-ayrılıqda yaradılırdı. Üçüncü nəsil fərdi kompüterlərdən başlayaraq 
kompüterin aparat və proqram vasitələri vahid bir sistem kimi layihələndirilməyə 
başlandı. Bu zaman əsas diqqət bu vasitələrin qarşılıqlı əlaqəsinə yönəldilirdi. 
Bununla da prinsip baxımından yeni olan 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin