İ N F O R M A T İ K A ____________________________________________________________ 83
istifadə etməklə mürəkkəb məntiqi məsələləri də həll etmək imkanını verə bilsin.
Yapon alimlərinin fikiri belə idi: hesablama maşınını fikirləşməyə məcbur
etmək. V nəsil maşının layihələndirilməsi üçün ekspert qrupu da yaradılmışdı.
Ekspert qrupunun qarşısında düran əsas məsələlər hesablama maşınında bilik
bazasının, məntiqi çıxış sisteminin, məntiqi proqramlaşdırma dilinin, mürəkkəb
obyektləri müəyyən etmə sisteminin, daha doğrusu süni intellektə aid nə varsa
hamısının hazırlanması idi. Butün səylərə baxmayaraq hələlik bu ideyalar həyat
keçməmişdir.
VI nəsil. XXI əsrin başlağıcında hazırlanacaq maşınları altıncı nəsil
hesablama maşınları adlandırırlar. Bu tip hesablama maşınları yeni informasiya
texnologiyasına (biliklər və verilənlər bazasında saxlanılan multimedia, virtual
gerçəklik, qrafiki və səs informasiyasına malik olma, paylanmış təhlil üsulları
varlığı və s.) əsaslanaraq işləməlidir. Texnologiyaya əsasən bütün kompüterlər
vahid informasiya məkanında birləşməli, bir-biri ilə daima təmasda olmalı,
istənilən məzmunda informasiyanı operativ şəkildə əldə etməli, verilənlər
bazasına və biliklər mənbəyinə müraciət imkanına malik olmalı və nəhayət bütün
dünyaya yayılmış informasiya mərkəzləri ilə informasiya mübadiləsində olmalıdır.
Başqa sözlə hesablama texnikası özünəməxsus proqram təminatı ilə birlikdə
istifadə olunan telefonu, tele-faksı, informasiya-məlumat bürolarını, şəxsi arxivləri
və kütləvi informasiya vasitələrini əvəz etməlidir.
Beləliklə, yeni nəsil hesablama texnikasının yaradılmasında əsas vurğu vahid
qlobal informasiya məkanının yaradılması ilə yanaşı Yer kürəsində yaşayan əksər
insanların informasiya mübadiləsi məkanından istifadə etməsinin həyata
keçirilməsidir.
Qeyd etmək lazımdır ki, hesablama texnikası sahəsində aparılmış tədqiqatlar
göstərir ki, bu nəsil hesablama maşınları (kompüterləri) daha yüksək
məhsuldarlığa və iş etibarlılığına malik olmaları ilə yanaşı, keyfiyyətcə yeni
funksional tələblərə də çavab verməlidir. Bu tələblərə aşağıdakılar aiddir:
biliklər bazaları ilə işləməyi təmin etməyi və onun əsasında süni intellekt
sistemlərinin təşkilinə imkan yaratmaq;
kompüterin tətbiqini daha da asanlaşdırmaq üçün istifadəçi ilə nitq və
görmə vasitəsilə ünsiyyəti təmin etmək;
proqramların sintezinin avtomatlaşdırılması vasitəsilə proqram vasitələrinin
yaradılması prosesini sadələşdirmək.
Hazırda həm ənənəvi Neyman arxitekturası ilə, həm də perspektiv
arxitektura ilə yeni nəsil kompüterlərin yaradılması sahəsində intensiv işlər
aparılır. Bu arxitekturaların əsasını bir tərəfdən hesablama əməliyyatlarının paralel
aparılması (matris və hüceyrəli proseslər, neyron şəbəkələri və s.), digər tərəfdən
isə hesablama proseslərinin verilənlərlə idarə olunması təşkil edir.
Yeni arxitektura əsasında inteqral sxemlərin istehsal texnologiyasının
təkmilləşdirilməsi və optik prinsiplərlə qurulan optoelektron element bazasının
yaradılması sahəsində də intensiv işlər aparılır. Kompüterin ölçüləri ildən-ilə kiçilir.
Artıq bir "çip"də (kristalda) qurulan fərdi kompüter də yaradılıb. Kompüterlərin