1947-ci ilin 23 dekabrı tranzistorun kəşf günü sayılır
.
Müəlliflər 1956-cı ildə Nobel mükafatına layiq görülürlər.
Yaradılmış texniki elementi ilk dəfə “yarımkeçirici triod” və ya “kristal triod”
adlandırmaq təklif edilir. Müzakirədə iştirak edən Con Pirs elementi tranzistor
adlandırmağı təklif edir və təklif qəbul olunur.
III nəsil
(1970-1985). Bu nəsil kompüterlərin yaradılması üçün əsas zəmin
yeni element bazasının – mikroelektronikanın və inteqral sxemlərin yaranması
oldu. Onlardan istifadə nəticəsində kompüterlərin qabarit ölçüləri kiçildi, iş
etibarlılığı artdı, qurğuların paralel işləməsi prinsipi daha da təkmilləşdirildi.
Bu nəsil kompüterlərin əsas səciyyəvi cəhətlərindən biri hesablama
prosesinin təşkilində aparat vasitələrindən birgə istifadə olunmasıdır.
İ N F O R M A T İ K A
____________________________________________________________ 81
İlk hazırlanmış inteqral sxem və onun üzərində qurulmuş elektron hesablama
maşını (1965-1980-cı illər)
Müxtəlif xarakteristikalı inteqral sxemləri
QEYD
: 7 may 1952-ci ildə ingiltərəli radiotexnik Ceffri Dammer çoxlu sayda
standart elektron komponentlərin bir monolit yarımkeçerici kristalda toplanaraq
inteqrasiya etməsi ideyasını irəli sürür. İki il sonra isə Harvik Conson bu sahədə
ilk dəfə olaraq inteqral sxemə patent alır. Sonrakı illərdə demək olar kı, bu sahə
tamamilə unudulur.
1958-ci ilin axırları, 1959-cu ilin əvvəllərində Cek Kolbi ilk dəfə olaraq
inteqrasiya prinsipinə patent alır, ilk inteqral sxemin prototipini yaradır və
qurğunun külli istehsalına nail olur.
1961-1962-ci illərdə Sylvania firmasının aparıcı təkmilləşdiricisi Tom Lonq ilk
dəfə olaraq yerinə yetirdiyi funksiyalardan asılı olaraq müxtəlif quruluşa
(konfiqurasiyaya) malik tranzistorları bir sxemdə cəmləşdirir. 1962-ci ilin
sonlarında Sylvania firması Lonq tərəfindən TTL məntiqinə (hesablama texnikası
aləmində ilk məntiqə əsaslanaraq işləyin) əsaslanaraq işləyən inteqral sxemləri
istehsal etməklə yanaşı onların satışını da təşkil edir.
|