İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə58/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   54   55   56   57   58   59   60   61   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
64 
B.Paskaldan çox-çox qabaq görkəmli italyan rəssamı Leonardo da Vinçi öz 
əlyazmalarında ətraflı şəkildə şərh etmişdir.
Leonardo da Vinçi və rəssamın çertyoju əsasında hazırlanan, 13 mərtəbəli ədədlər 
üzərində cəmləmə əməliyyatı apara bilən “Codex Madrid” adlı hesablama aləti 
1694-cü ildə görkəmli alman riyaziyyatçısı və filosofu Qotfrid Vilhelm 
Leybnis daha da təkmilləşdirilmiş, dörd hesab, həmçinin qüvvətə yüksəltmə və 
kvadrat kökalma əməllərini yerinə yetirən hesablayıcı mexanizm düzəldir. 
 
Qotfrid Vilhelm Leybnis və onun düzəltdiyi hesablama mexanizmi 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 65 
1820-ci ildə müəssisə sahibi, fransız Toma de Kolmar Şarl Ksavye Leybnisin 
düzəltdiyi hesablama maşınının (kalkulyatorun) iş prinsipinə əsaslanaraq 13 
rəqəmli ədədlər üzərində vurma və bölmə əməliyyatlarını yerinə yetirə bilən 
arifmometr düzəldir. Arifmometr imkanlarına görə öz dövrünün hesablama 
maşınlarını üstələyirdi. Müəllif yaratdığı arifmometri 1844-cü ildə Fransada 
keçirilən sənaye sərgisində nümayiş etdirir və bir müddət sonra arifmometrə 
patent də alır. 
 
Toma de Kolmar Şarl Ksavye və onun düzəltdiyi hesablama mexanizmi 
1874-cü ildə Peterburq mühəndisi V.Odner sayıcı çarxları olan qeydedici-
ötürücü mexanizmi ilk dəfə təklif etmiş və bununla da arifmometr adlanan, 
müasir həyatda son zamanlara qədər istifadə olunan məşhur hesablayıcı maşının 
kütləvi istehsalı üçün zəmin yaratmışdır (Arifmometr “Ruskiy dizel” zavodunda 
istehsal olunmuşdu). Həmin mexanizm hesablama texnikası tarixinə «Odner 
çarxı» adı ilə daxil olmuşdur. 
Sonrakı illərdə hesablama mexanizmlərinin düzəldilməsi ilə ixtiraçı 
alimlərdən 
E.Yakobson, 
H.Slomenskiy, 
E.E.Kummer, 
P.L.Çebışev, 
V.Y.Bunyakovskiy, K.Perro, X.Pereyra və başqaları məşğul olmuş, bu sahədə öz 
əməklərini sərf etmişlər. 
Məşhur rus riyaziyyatçısı, akademik Viktor Yakovleviç Bunyakovskiy 
hesablama aparan zaman ədədlərin aşağı mərtəbədən yuxarı mərtəbəyə 
keçirilməsində yaranmış narahatlığı aradan qaldıra biləcək mexanizm hazırlayir. 
“Rus özühesablayan” adlanan mexanizmin iş prinsipi Paskalın düzəltdiyi çarxlı 
mexanizmin iş prinsipinə əsaslanırdı. Qurğunun köməkliyi ilə böyük ədədlərin 
ikirəqəmli ədələrdən istifadə edilərək toplanması ilə yanaşı çıxılması əməliyyatları 
da həyata keçirilirdi. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin