İ N F O R M A T İ K A
____________________________________________________________
60
(məsələn, 20 rəqəmi XX kimi, 30 rəqəmi XXX və s. göstərilirdi).
Maya hesab sistemində “sıfır”ın (boş balıqqulağı) işarəsi
Mövqeli say sistemindən ilk istifadə edənlər babililər olmuşdur. Buna əsas
səbəb “sıfır”ın onlar tərəfindən “aralıq” kimi göstərilməsi idi. Babililər aralığı sıfır
ilə əvəz etdikdən sonra ədəddə hər yeni gələn mərtəbənin
öndəkindən on dəfə
böyük olduğunu qeyd edirlər.
Qeyd etmək lazımdır ki, hal-hazırda istifadə olunan mövqeli say sistemi bizə
babililərdən miras qalmışdır.
İtaliyalı rahib Beda Dostopoçtennıy ədədlərin barmaqların köməyi ilə
milyona qədər təsvir olunmasını və onlar üzəründə riyazi əməllər aparılmasına
dair elmi əsərində yazırdı: “Dünyada müəyyən çətinliklərlə
yerinə yetirilən işlər
var, amma bu işlərdən ən çətini dörd riyazi əməli yerinə yetirməkdir”.
QEYD
: Hal-hazırda istifadə olunan riyazı işarələrin yaranma tarixi çox da
uzaq keçmişə gedib çıxmır.
Məsələn, “=” işarəsindən istifadəni 1557-ci
ildə ingilis Robert Rikord
hazırladığı “Cəbr” dərsliyində təklif etmişdir.
Cəbr ərəb sözüdür, zorakılıq, əzici, məcburiyyət mənasında işlədilir.
“+” və “-” işarələrindən keçmiş zamanlarda şərabçılar hazırladığı çaxırı
satmaq üçün ölçü vahidi kimi istifadə edirlərmiş. Latınca cəmi işarə etmək üçün
“a et b” işarəsindən istifadə edilirmiş, sonralar yazı tədricən qısaldılaraq “a t b”
kimi, daha sonra isə “a+b” kimi yazılırmış. Hesab kitablarında
işarələrin yerinə
latın hərflərindən istifadə edilməsi barədə də məlumat verilir. Hesablamada
istifadə edilən “plyus” – p kimi, “minus” isə - m kimi istifadə olunurmuş.
Vurma və bölmə əməliyyatlarını yerinə yetirən “
.” və “
:” işarələri alman
riyaziyyatçısı Leybnis tərəfindən təklif olunmuşdur və XVII əsrdən başlayaraq
istifadə olunmağa başlanıldı. İşarələrdən istifadəyə qədər vurmanı M
(multiplication) kimi, bölməni isə D (division) kimi hərflərindən
istifadə etməklə