İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə50/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   46   47   48   49   50   51   52   53   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

etik normalar
”a uyğunlaşdırmaq lazımdır. 
İnformasiyanın iqtisadi kateqoriya kimi formalaşmasında 
transaksiya 
xərcləri
anlayışını elmə gətirən Nobel mükafatı laureatı Ronald Kouz mühüm rol 
oynamışdır. İş burasındadır ki, transaksiya xərcləri dedikdə, R. Kouz, əslində, 
transaksiyanın öz xərclərindən daha çox onun reallaşmasına yardım edən 
informasiyanın yığılması

saxlanması

işlənməsi

ötürülməsi
və 
təqdim 
edilməsi xərclərini
nəzərdə tutmuşdur. 
Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, iqtisadi fəaliyyət agentlərinin 
heç biri qəbul ediləcək qərar barədə tam informasiyaya malik olmurlar, onlar 
yalnız qəbul ediləcək qərarın hazırlanması prosesinin mahiyyətini təşkil edən 
informasiya mübadiləsi ilə məşğul olurlar.
Qərar qəbulundakı qeyri-müəyyənliyi (
entropiyanı
) azaltmağa xidmət edən 
informasiya mübadiləsi ilə bağlı xərclər 
transaksiya xərcləri
adlanır. 
Transaksiya xərcləri əvvəlcə böyük, sonra kiçik sürətlə artır. Çünki, qərar 
qəbulu yaxınlaşdıqca informasiya mübadiləsinin intensivliyi azalır. Resurs itkisi 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 51 
böyük olan halda transaksiya mürəkkəb sayılır və ya əksinə. Odur ki, mürəkkəb 
transaksiya boyük xərclə xarakterizə olunur. 
Beləliklə, transaksiya terminlərinə verilən tərifdən belə alınır ki, “Qərar 
qəbuledici şirkətin informasiya sistemi – şirkətin bağladığı bütün kontraktların 
yaradılması, dəyişdirilməsi, idarə edilməsi və işçı vəziyyətdə saxlanmasını təmin 
edən informasiya prosesləri şəbəkəsidir”. 
Ronald Qarri Kouz Evgeniy Qriqoreviç Yasin

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin