Manufakturing Resource Planning ), 20-ci əsrin sonunda ERP (
Enterprise Resource Planning ) sistemi yarandı ki, bu da əslində müəssisə üzrə inteqrasiya edilmiş
informasiya sistemi idi. Analoji olaraq keçən əsrin 70-ci illərində keçmiş SSRİ
məkanında da avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) yaradıldı və texniki
baxımdan özünü doğrultmadı. Fərdi kompüterlərin yaranması, müxtəlif
qaydalarda fəaliyyət göstərən hesablayıcı vasitələrin və informasiya resurslarının
vahid şəbəkədə birləşdirilməsi, İNTERNET (
World Wide Web ) adlanan
beynəlxalq kompüter şəbəkəsi iqtisadi informatikanın inkişafında növbəti mərhələ
oldu. İnternetin meydana çıxması ilə kompüter sadəcə cəld hesablayıcı qurğu
olmaqdan başqa dünyanın istənilən yerində yerləşən informasiyaya müraciət
imkanı verən vasitəyə çevrildi. Nəticədə biznesin instrumental təchizatında inqilabi
dönüş yarandı.
İnternet kompüterin yeni imkanlarını üzə çıxarmaqla yanaşı onu iqtisadçı,
biznes, idarəedici və digər mütəxəssislərin öz vəzifələrini yerinə yetirməsində
gündəlik istifadə etdiyi vasitəyə çevirdi. Maliyyəçilərin, mühasiblərin, bank
işçilərinin, menecerlərin əmək məhsuldarlığı görünməmiş dərəcədə artmaqla
yanaşı, adi halda mümkün olmayan yeni imkanlar meydana çıxdı. Elektron biznes
yarandı ki, bu da elektron ticarət və elektron bank kimi elementləri özündə
birləşdirdi. Nətıcədə istehsalçı ilə istehlakçı elektron bazarında birbaşa görüşmək
imkanı qazandı. Bu da qiymətlərdə öz əksini tapdı. Biznes şəffaflaşdı, bütün alqı-
satqı əməliyyatları qanuniləşdi, dövlət bundan öz qazancını götürdü.
İnternetlə bərabər haqqında çoxdan danışılan “
informasiya qiyaməti ” də
reallaşdı. Bu qiyamətdən yeganə çıxış vasitəsi müasir informasiya sistemləri oldu.
İnformasiya sistemləri qərar qəbulu üçün lazım olan informasiyanı nəhəng
informasiya okeanından cəld seçib istifadə etməyə imkan verdi və indiki zamanda
da bu işin davam etməsində mühüm rol oynayır.
Beləlıklə, iqtisadi informatikanın əsas məqsədi