İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə48/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   44   45   46   47   48   49   50   51   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

iqtisadiyyatda

biznesdə


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
48 
və 
idarəetmədə
qərarların hazırlanması və qəbulu üçün informasiya 
sistemlərinin uğurlu və səmərəli tətbiqinə imkan verən şərtləri müəyyən 
etməkdən ibarətdir.
Qeyd etmək lazımdır ki, burada söhbət informasiya sistemlərinin texnoloji 
məhsuldarlığından deyil, məhz iqtisadi səmərəliliyindən gedir. 
Beləliklə, bu qənaətə gəlmək olar ki, 
iqtisadi informatika iqtisadi 
vahidlərin informasiya sistemlərinin köməyi ilə idarə edilməsi 
problemlərini
öyrənir. 
 
VERİLƏNLƏRİN, İNFORMASİYANIN VƏ BİLİYİN 
XASSƏLƏRİ 
Verlənlərin xassələri aşağıdakılardır: 

prezentativlik (təqdimatlılıq) - hadisəni adekvat təsvir etmək

dəqiqlik. 
Dəqiqlik də öz növbəsində aşağıdakı kimi təsnif olunur: 

formal dəqiqlik - təklik mərtəbədəki rəqəmin göstərilməsi; 

real dəqiqlik – təklik mərtəbədəki rəqəmin gerçəkliyinə təminat verilməsi; 

maksimal və ya əldə edilmiş dəqiqlik – xüsusi yığım şəraitində əldə edilən 
dəqiqlik; 

lazımi dəqiqlik – məsələnin tələbinə uyğun dəqiqlik. 
Gerçəklik – obyektin tələb olunan dəqiqliklə təsviridir. Cayqou prinsipinə 
görə, “
keyfiyyətsiz veriləndən faydalı informasiya alına bilməz
”. Ölçmələr 
aparılarkən yaranmış xətalar gerçəkliyin səviyyəsinə mənfi təsir göstərir. 
Gerçəkliyin səviyyəsinə təsir edən xətanı yaradan amillər təyin edilə biləndirsə
verilən etibarlı hesab edilir. 
Beləliklə, yaxşı verilən dedikdə, təqdimatlı, dəqiq və etibarlı verilən nəzərdə 
tutulur. Faydalı informasiya yalnız yaxşı veriləndən alınır. 
İnformasiyanın aşağıdakı xassələri vardır:

aktuallıq – qərar qəbulu məqamına yararlı olmaq. Bu, verilənin 
reprezentativliyi hesabına baş tutur. Verilən köhnəldikcə, aktuallaşdırma və 
ya yeniləşdirmə həyata keçirilir. 

məqamlılıq – informasiyanın qərar qəbulu məqamına alınması. Gecikən 
informasiya lazımsızdır. Vaxtından əvvəl alınmış informasiya isə qərar 
qəbulu məqamında aktuallığını itirə bilər. 
Veriləni informasiyaya çevirən emal prosesi adekvat və gerçəkdirsə, onda 
alınan informasiya da dəqiq və etibarlı sayılır. 
Biliyin xassələrinə bunlari aid etmək olar. Bilik predmet və ya konkret
konseptual və ya ümumiləşdirici və metabilik şəklində ola biləndir. Konkret bilik 
konkret oblasta aid informasiyadan yaranır. Konseptual bilik metodoloji xarakterli 
olur. Metabilik bilik haqqında bilikdir (məsələn, Mendeleyev elementlərin dövrü 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin