İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə35/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   31   32   33   34   35   36   37   38   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
34 
Verilmiş sistemdə girişlərin və çıxışların vəziyyətini müəyyən ədədlərlə ifadə 
etmək olar. Əgər sistem yalnız bir girişə və bir çıxışa malikdirsə, onda girişin 
vəziyyəti x ilə, çıxışın vəziyyəti y ilə ifadə ediləcək. 
Giriş və çıxışın vəziyyətini müəyyən edən ədədlər adətən həqiqi ədədlər 
(skalyarlar) olur. Əgər bu vəziyyətlər keyfiyyət xarakteri daşıyırsa, daha doğrusu, 
onlar hər hansı əlamətin mövcudluğu, yaxud yoxluğu ilə müəyyən edilirsə, onda 
bu vəziyyətləri ifadə etmək üçün “0” və “1” rəqəmlərindən istifadə etmək 
kifayətdir (“0” həmin əlamətin yoxluğunu, “1” isə girişdə və çıxışda bu əlamətin 
mövcudluğunu göstərir). 
Sistemin bir neçə girişi və bir neçə çıxışı ola bilər. 
Belə ki, hər bir girişin və hər bir çıxışın vəziyyəti bir ədədlə ifadə edilə bilər. 
Belə halda bütün girişlər (m) və çıxışlar (n) aşağıdakı uyğun vektorlar vasitəsilə 
müəyyən edilə bilər: 
x=(x
1
, x
2
, ...., x
m
); 
y=(y
1
, y
2
, ...., y
n
); 
 
Belə sistemlərin blok sxemini də bir girişli və bir çıxışlı sistemin blok–sxemi 
kimi göstərmək olar. Lakin burada x və y ayrıca rəqəmləri deyil, uyğun vektorları 
ifadə edəcəkdir. 
İnsanlar müəyyən ictimai-istehsal və iqtisadi münasibətlərdə olurlar. Ona 
görə iqtisadi sistemlər məhsuldar qüvvələrlə istehsal münasibətlərinin 
vəhdətindən təşkil edilir. İqtisadi sistemlərin fəaliyyət göstərməsində istehsal 
vasitələri üzərində mülkiyyət forması əsas rol oynayır. Bu, nəticə etibarilə iqtisadi 
sistemlərin quruluşunu, onların fəaliyyət göstərmə mexanizmini, məqsədini və 
inkişaf istiqamətlərini müəyyən edir. 
İqtisadi sistem özlüyündə maddi və qeyri maddi istehsal sahələrini əhatə 
edir. Burada ictimai-siyasi amillər xarici təsir amili hesab olunur və onun 
məqsədini müəyyənləşdirir. Məsələyə bu cür yanaşdıqda iqtisadiyyat, təbii 
ehtiyatları maddi nemətlərə çevirən (sonradan cəmiyyət tərəfindən istehlak 
olunan) mürəkkəb dinamik sistem kimi, öyrənilmə obyekti hesab olunur. Burada 
cəmiyyət bir tərəfdən ictimai-istehsalın nəticələrinə əsasən maddi nemətlərə tələb 
göstərən istehlakçıların məcmusu, digər tərəfdən istehsalçıların ittifaqı kimi özünü 
biruzə verir.
İctimai tələblə onun ödənilməsi imkanı arasındakı fərq iqtisadi sistemlərin 
inkişaf etdirilməsini tələb edən əsas hərəkətverici göstərici hesab olunur. Çünki, 
cəmiyyətin inkişafının əsas məqsədi istehlak komponentlərini fasiləsiz olaraq 
genişləndirmək, onların bolluğunu təmin etmək və hər bir komponentin istehsalı 
üçün canlı əməkdən, maddiləşmiş əməkdən və təbii ehtiyatlardan maksimum 
qənaətlə istifadə etməkdir. Ona görə də iqtisadi sistemlərin komponentlərinin sayı 
fasiləsiz artır, ictimai istehsal keyfiyyət və kəmiyyət cəhətdən inkişaf etdirilir və 
ictimai əmək məhsuldarlığı durmadan artırılır.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin