İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


relay ingilis sözündən əmələ gəlmişdir və  yorulmuş atların poçt



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə65/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   61   62   63   64   65   66   67   68   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

relay
ingilis sözündən əmələ gəlmişdir və 
yorulmuş atların poçt 
məntəqələrində dəyişdirilərək estafeti bir-birinə ötürməsi 
anlamını verir. 
İlk dəfə rele kəlməsi teleqrafı icad edən Samuyel Morzenin hazırladığı qurğuya 
aldığı patentdə işlədirmişdir.
II nəsil
(1960-1969) elektron hesablama maşınlarının element bazası kimi 
yarımkeçirici elementlərdən (tranzistorlardan) istifadə olunmuşdur. Bu nəsil 
kompüterlər saniyədə yüz minədək elementar əməliyyat apara bilirdi. 
İlk hazırlanmış tranzistor və onun üzərində qurulmuş elektron hesablama maşını 
(1955-1965-ci illər) 
 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
80 
 
 
 
 
 
Müxtəlif xarakteristikalı tranzistorlar 
 
QEYD
: Sahə tranzistorlarına ilk patent 1928-ci ildə avstriya-macar fiziki 
Yuliy Edqar Lilienfeld tərəfindən Almaniyada (22 oktyabr 1925-ci ildə isə 
Kanadada) alınmışdır. 1934-cü ildə alman fiziki Oskar Hayl sahə tranzistorlarına 
patent alır. Sahə tranzistorları (xüsusilə də MOP tranzistorları) sadə elektrostatik 
sahə effektinə əsaslanaraq işləyir, fiziki baxımdan hiss olunacaq dərəcədə 
bipolyar tranzistorlardan etibarlıdır və onlardan çox-çox əvvəl icad olunmuş və 
patentə malik olmuşlar. Buna baxmayaraq, müasir kompüter sanayesinin əsasını 
təşkil edən ilk MOP tranzistor 1960-cı ildə, bipolyar tranzistordan sonra 
hazırlanmışdır. Keçən əsrin 90-cı illərindən başlayaraq MOP texnologiya bipolyar 
texnologiya üzərində üstünlük təşkil etməyə başladı.
1947-ci ilin 16 dekabrında Bell Labsın laboratoriyasında çalışan Uilyam 
Şokli, Con Bardin və Uolter Bratteyn ilk fəaliyyət göstərən bipolyar tranzistoru 
nümayiş etdirirlər. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin