WINDOWS 7-NİN HELP( СПРАВКА-YARDIM) SİSTEMİ
Yardım sistemi olduqca çoxsaylı və cürbəcür informasiya almağa kömək
edir. Yardım sistemini qoşmaq üçün Start (Пуск-Başla) düyməsinə sıxıb Help
(Справка и поддержка-Yardım və dəstəkləmə) əmrini seçmək kifayətdir (şəkil
17.).
Açılan dialoq pəncərəsində yardım almaq istədiyiniz mövzuları seçmək
imkanı təklif edilir. Mövzular hiperiqtibaslar şəklində verilmişdir. Hiperiqtibaslar
digər mətndən rəngi ilə seçilir. Mausun oxunu hiperiqtibas üzərinə gətirən kimi
kursor əl forması alır. Hiperiqtibasın mətni isə altdan xətt çəkilmiş şəklə düşür.
Hiperiqtibasa sıxdıqda seçilmiş bölmə açılır. Seçilmiş bölmədəki mətndə də
hiperiqtibaslar rast gələ bilir. Bunlar da əsas mətndən rəngi ilə fərqlənir. Bunlara
sıxdıqda müvafiq informasiya ekrana gəlir. Əvvəlki informasiyaya qayıtmaq üçün
sola ox düyməsinə sıxmaq kifayətdir. Əgər bayaqkı informasiyaya bir də baxmaq
istəsəniz sağa ox düyməsinə sıxın. Mövzuların siyahısına cəld qayıdışı təmin edən
ayrıca düymə vardır.
Yardım məlumatları arasında lazımi məlumatı söz və ya sözbirləşməsinin
köməyilə axtarmaq istəsəniz (Поиск в справке-Yardımda axtarış) yazılmış axtarış
sahəsindən istifadə edin. Bu sahəni seçin, kursor ekranda görünən kimi
axtardığınız sözü həmin sahəyə daxil edin və [Enter] düyməsini sıxın (şəkil 17.).
İ N F O R M A T İ K A
____________________________________________________________ 217
Şəkil 17. Help (Справка и поддержка-Yardım və dəstəkləmə) dialoq pəncərəsi
WINDOWS 7-NİN TƏRTİBATININ SAZLANMASI
İş masasının tərtibatı üçün bəzi parametrləri, məsələn, masanın arxa
planını, fonunu əməliyyat sistemini qurarkən vermək olur. Bəzən arxa planı və
fonu dəyişmək lazım gəlir. Bu, pəncərənin xarici görünüşünə də, müxtəlif
əməllərin icrası zamanı çıxarılan səslərə də eyni dərəcədə aiddir.
Windows 7-nin tərtibatının parametrlərini dəyişmək üçün mausun sağ
düyməsini iş masasının istənilən boş yerində sıxın (şəkil 18.).
Windows sazlamalarının bəzilərini dəyişmək istəsəniz Sizdən inzibatçı
hüququ tələb olunacaqdır. Çünki, əməliyyat sistemi qurularkən hökmən inzibatçı
hüququ olan istifadəçi nəzərdə tutulur. Əgər Siz inzibatçı hüququ ilə işləyən
istifadəçisinizsə, onda istədiyiniz parametri dəyişə bilərsiniz. Əks halda sistem
Sizdən parol tələb edəcəkdir. Açılan aidi (kontekst) menyuda (Персонализация-
Fərdiləşmə) bəndini seçin. Bu zaman ekrana fərdiləşdirmə pəncərəsi açılacaqdır
(şəkil 19.).
|