İ N F O R M A T İ K A
____________________________________________________________ 221
yetirmək üçün (Обзор папок-Qovluqlara baxış) dialoq pəncərəsindən uyğun
qovluğu seçin və qovluğun sol tərəfində sağa istiqamətlənmiş üçbucağı qeyd edin
(şəkil 22.).
Şəkil 22. Qovluqların seçilməsi üçün iş masasına açılmış dialoq pəncərəsi
Bu zaman kompüterinizin sərt diskindəki məntiqi disklərin siyahısı, CD və
DVD-disklərin disksürücüləri və kompüterinizə qoşulmuş digər informasiya
yığıcıları ekrana açılmış dialoq pəncərəsində görünəcəkdir (şəkil 23.).
Şəkli saxladığınız diskin adını seçin. Bu zaman diskdəki qovluqların siyahısı
görünəcək (şəkil 24.). Əgər axtardığınız şəkil başqa qovluğun içindədirsə, həmin
qovluğu tapıb seçın. Şəklin saxlandığı qovluq açıldıqda şəkli seçıb aktivləşdirin və
OK düyməsinə sıxın. Nəticədə şəkil 21-də verilmiş dialoq pəncərəsindəki
şəkillərdən istədiyinizi seçə bilərsiniz.
İ N F O R M A T İ K A
____________________________________________________________
222
Aydındır ki, şəklin ölçüsü ekranın ölçüsünə uyğun gəlməyə bilər. Bundan
narahat olmaq lazım deyil, çünki əməliyyat sistemi istifadəçiyə iş masasında şəkli
necə yerləşdirmək məsələsini ekrana açılmış (Положение рисунка-Şəklin
vəziyyəti) adlı dialoq pəncərəsindən istifadə etməklə həll etməyə köməklik edir.
Dialoq pəncərəsində (Заполнение-Doldurma), (По размеру-Ölçüyə görə),
(Растянуть-Çəkib uzatmaq), (Замостить-Döşəmək), (По центру-Mərkəzə görə)
kimi variantlar verilir. Hər bir şəklin solunda verilən yerləşmə variantı fonun necə
olacağını istifadəçiyə göstərir.
Şəkil 23. Məntiqi disklərin seçilməsinə imkan verən dialoq pəncərəsi
İş masası üçün eyni zamanda bir-neçə şəkil seçmək olar. Təyin etdiyiniz
vaxt intervalına uyğun olaraq həmin şəkillər ekranda bir-birini əvəz edəcəkdir.
Bunu etmək üçün öncə istədiyiniz şəkli seçın, [Ctrl] düyməsini sıxıb saxlayın və
digər şəkilləri seçın. Nəticədə həmin şəkillər qeyd olunacaqdır.
|