İnformatika və onun əsas anlayışları İnformtika



Yüklə 53,4 Kb.
səhifə4/4
tarix26.03.2023
ölçüsü53,4 Kb.
#90126
1   2   3   4
İnformatika və onun əsas anlayışları

Informasiyanın növləri

Informasiyanın formaları

Informasiyanın verilmə üsulları

Informasiyanın xassələri

Informasiya prosesləri

Mətn

Analoq (kəsilməz)

Mətn

Obyektivlik

Toplanılması(axtarışı)

Ədədi

Diskret(rəqəmsal)

Ədədi

Tamlıq

Saxlanılması

Audio (səsli)




Audio (səsli)

Dəqiqlik

Emalı

Qrafiki




Qrafiki

Adekvatlılıq

Ötürülməsi

Məntiqi




konbinasiyalı

Mövcudluluq




Video (görüntülü)







əlçatanlıq, əlyetərlilik




Multimedia







Etibarlılıq




Radiodalğalar







Faydalılıq













Aydınlıq













Qiymətlilik













Aktuallıq






İnformasiyanın ölçü vahidləri.
Ən kiçik informasiya vahidi bit-dir. “bit” sözü də iki sözün birləşməsindən əmələ gəlib binary və digit. Mənası ikilik rəqəm, ikilik kod deməkdir. Kompüterin yaddaşındakı bütün informasiya ikilik kodda saxlanılır. Yəni kompüterin yaddaşındakı bütün informasiya iki rəqəmdən ibarətdir 0 1. İkilik say sistemindəki hər bir 01 kompüterin yaddaşında 1 bit yer tutur. Deməli 1 bit ya bir dənə 0 (sıfır)- dır ya da bir dənə 1. 1 bit informasiyanın ən kiçik, elementar, minimal ölçü vahididir. 1 bit çox kiçik olduğundan informatikada əsas vahid olaraq 1bayt qəbul olunub. 1bayt = 8bit. Bəzən qısa olsun deyə bayt əvəzinə b yazırlar. (qeyd: bəzən tələbələr b yazılanda onun bayt və ya bit olduğunu ayıra bilmirlər. Yadda saxlayın ki bit heç vaxt qısaldılmır həmşə bit yazılır. Əgər b yazılıbsa deməli o bayt-dır.) İnformatikada bayt-dan daha böyük ölçü vahidləri də var: Kilobayt(Kb), Meqabayt(Mb), Geqabayt(Gb), Terabayt(Tb), Petabayt(Pb), Etabayt(Eb), Zetabayt(Zb). Aşağıdakı cədvəldə 1 vahiddən digərinə keçidlər göstərilmişdir.



1 bayt = 8 bit

1 Kbayt = 1024 bayt = 210 bayt

1 Mbayt = 1024 Kbayt = 210 Kbayt = 220 bayt

1 Gbayt = 1024 Mbayt = 210 Mbayt = 220 Kbayt = 230 bayt

1 Tbayt = 1024 Gbayt = 210 Gbayt = 220 Mbayt = 230 Kbayt = 240 bayt

1 Pbayt = 1024 Tbayt = 210 Tbayt = 220 Gbayt = 230 Mbayt = 240 Kbayt = 250 bayt

1 Ebayt = 1024 Pbayt = 210 Pbayt = 220 Tbayt = 230 Gbayt = 240 Mbayt = 250 Kbayt = 260 bayt

1 Zbayt = 1024 Ebayt = 210 Ebayt = 220 Pbayt = 230 Tbayt = 240 Gbayt = 250 Mbayt = 260 Kbayt = 270 bayt



Simvolların kodlaşdırılması standartları (ASCII UNICODE).

Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Kodlaşdırma üçün ikilik say sistemindən – binar koddan (ikilik koddan) istifadə olunur. İkilik kod dedikdə “0” və ya “1” rəqəmlərindən hansısa biri nəzərdə tutulur. Bir ikilik kod yəni 0 və ya 1 kompüterin yaddaşında 1 bit yer tutur.


Mətn tipli informasiyanın kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır, lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American Standard Code or Information Interchange) standartı olmuşdur. ASCII-da 256 kod var. Hər bir kod yaddaşda 1 bayt (yəni 8 bit) yer tutur.

ASCII cədvəlindən başqa digər kodlaşdırma sistemləri də mövcuddur. Bunlara misal olaraq Windows 1251, КОИ-8, UTF və s. sistemlərini göstərmək olar. Bu sistemlərdə də ASCII-da olduğu kimi 1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt istifadə olunur.


Bu sistemlərdən fərqli olaraq Unicode (Yunikod) sistemində hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir. Sistemdə 65536 kod var. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. ASCII sistemində “Ə” hərfinə yer yox idi, ona görə də əvvələr “Ə” əvəzinə “A” üstündə iki nöqtə yazırdılar


Simvolların kodlaşdırılması ilə bağlı bəzi məsələlərin həllində istifadə olunan düsturlar


Səhifə sayı * Sətir sayı * Simvol sayı * Kod = Ümumi həcm (baytlarla)

Kodu təyin etmək üçün mətnin hansı kodlaşdırma sistemində olmağını bilməyimiz zəruridir. Əgər ASCII ilə kodlaşdırılıbsa 1, UNİCODE ilə kodlaşdırılıbsa 2 bayt götürəcəyik. Yox əgər şərti əlifba ilə kodlaşdırılıbsa aşağıdakı düsturdan istifadə edəcəyik.


Əlifbadakı simvol sayı = 2N
N = 1 simvolun yaddaşda tutduğu yer (bit)
Yüklə 53,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin