Obyektsinifləri.Obyekt sinifləri xassələr, metodlar və hadisələr yığımını müəyyən edən şablonlardır. Obyektlər həmin şablonlar üzrə yaradılır. Visual Basic dilində proqram əlavəsinin qrafik interfeysini reallaşdıran obyekt sinifləri əsasdır. VBA dilində yüzdən artıq müxtəlif obyekt siniflərindən istifadə edilir ki, bunlar da Windows&Officemühitində mövcuddur. Hər iki dildə əlavə proqram obyektləri kitabxanalarını və proqramçının özü tərəfindən yaradılmış obyekt siniflərini daxil etmək imkanı vardır. Hər bir obyektlər sinfi özünəməxsus xassələr, metodlar və hadisələr yığımına malikdir. Məsələn, Word –də
―sənəd‖ obyektlər sinfi mövcuddur ki, bu da aşağıdakı yığımları özündə birləşdirir: xassələr: ad (Name), tam ad (Full Name) və s;
metodlar: sənədi: aç (Open), çap et (PrintOut), saxla (Save) və s;
hadisələr: sənədin açılması (Document_New()), sənədin bağlanması (Docu- ment_Close()) və s.
Sinifnüsxələri.Obyekt sinifləri şablonu üzrə yaradılmış obyekt sinif nüsxəsi adlanır və verilmiş sinfə aid bütün xassə, metod və hadisə yığınlarına varis olur. Hər bir nüsxə verilmiş sinif üzrə unikal (təkrar olunmayan) ada malik olur. Məsələn, Document (―Azər.doc‖).
Bütün sinif nüsxələri eyni xassələrə malik olsalar da xassələrinin qiymətləri fərqli olur. Məsələn, Word-də Document sinfinə aid olan müxtəlif disklərdə, müxtəlif kataloqlarda, müxtəlif adlı bir neçə sənəd açılmış ola bilər:
FullName (tam adı)
Path(yol)
Azər.doc
C:\Kurs\Azər.doc
C:\Kurs\
Azər.txt
D:\ Azər.txt
D:\
Göründüyü kimi, Azər.doc C: diskində, Kurs kataloqunda, Azər.txt obyekti isə D: diskində kök kataloqda yerləşir.