İnformatikanin əsaslari


Bölmə 1. İnformatikanın obyekti, predmeti və metodu



Yüklə 1,28 Mb.
səhifə2/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   156
nformatikanin saslari

Bölmə 1. İnformatikanın obyekti, predmeti və metodu



    1. Dünyanın maddi-enerji mənzərəsi. Fizika və kimyanın təsvir etdiyi dünya mikro, makro və meqa aləmlər iyerarxiyasından ibarətdir. Bu təsvirə görə, Kainat maddi- enerji mahiyyətli varlıqdır. Bu varlıq elementar zərrəciklərdən qalaktikalaradək, bioloji sistemlərdən insana, cəmiyyətə və texnikayadək son dərəcə mürəkkəb strukturlar iyerarxiyasıdır.

    2. Dünyanın informasiya mənzərəsi. Bizi əhatə edən aləm maddi-enerji mahiyyətli olsa da onun informasiya təsviri daha əhəmiyyətlidir. Çünki müxtəlif təbiətli mürəkkəb sistemlərin qurulması və fəaliyyət göstərməsi yalnız informasiya aspektində izah edilə bilir. Bu aspekt əvvəlcə kibernetikada, sonra isə biologiyada tədqiqat təməli kimi seçilmişdir. 20-ci əsrin sonlarından etibarən isə bu təməl üzərində dünyanın informasiya mənzərəsi yaradılmışdır. Beləliklə, informasiya mənzərəsi dünyanın maddi-enerji mənzərəsini tamamlamışdır.

    3. İnformasiya biətdə. Termodinamikanın ikinci qanununa görə, qapalı sistemə kənar təsir olmadıqda həmin sistem termodinamik tarazlığa can atır. Yəni quruluş dağılır, qaydasızlıq, xaos yaranır. Qaydasızlıq ölçüsü olan entropiya artır, sahmanlılıq ölçüsü olan neqentropiya1 azalır. Bu baxımdan, Kainatı ―istilik ölümü‖ deyilən fəlakət gözləyir. Lakin sonrakı tədqiqatlar bu təhlükənin əsassız olduğunu sübut etmişdir. Belə ki, təbiətdə gedən proseslər bir istiqamətli deyil, dissipativ xarakterlidir, yəni bir-birinə qarşı gedən iki istiqamətli proseslərdir. Çünki yalnız bütövlükdə Kainat mütləq bütöv qapalı sistemdir, qalan bütün sistemlər hissəvi açıq sistemlərdir. Odur ki, Kainatın tərkibi və quruluşu daim dəyişmədə, mütəmadi inkişafda mövcuddur. Lakin inkişaf heş də həmişə tərəqqi anlamında başa düşülən deyil. Belə ki, inkişaf tərəqqi, durğunluq və tənəzzül şəklində təzahür edən prosesdir. Yalnız tərəqqi halında informasiya artır. Durğunluq və tənəzzül

hallarında isə entropiya artır. Kainatın vacib tərkib hissələrindən biri olan canlı aləm hələ ki sadədən mürəkkəbə doğru inkişafda olduğundan, burada entropiya daim azalmaqda, informasiya isə artmaqdadır.
Artıq sübut olunmuşdur ki, informasiyanın alınması və emalı canlı orqanizmin həyat fəaliyyəti üçün əsas şərtdir.
1 neqativ entropiya, anti entropiya, informasiya


    1. Yüklə 1,28 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin