İnformatikanin əsaslari


İnformasiya və kommunikasiya texnologiyaları



Yüklə 1,28 Mb.
səhifə5/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   156
nformatikanin saslari

İnformasiya və kommunikasiya texnologiyaları. Kompüterdə mətn redaktoru- nun köməyi ilə sənəd hazırlamaq üçün mətn informasiyasının emalı texnologiyasından, qrafik redaktordan istifadə etməklə şəklin redaktə edilməsi üçün qrafik informasiyanın emalı texnologiyasından, elektron cədvəllərdən istifadə etməklə müxtəlif hesablamaların aparılması üçün isə ədədi informasiyanın emalı texnologiyasından istifadə edilir.

İnformasiya modellərini tədqiq edərkən alqoritmlər hazırlamaq və onları proq- ramlaşdırma dillərində kodlaşdırmaq lazım gəlir ki, bu da əslində proqramlaşdırma texnologiyasından istifadə etmək deməkdir.
Lazımi informasiyanın qlobal kompüter şəbəkəsi olan İnternetdə axtarılması və əldə edilməsi kommunikasiya texnologiyalarından istifadə edilməsini tələb edir.
Beləliklə, İnformasiya və kommunikasiya texnologiyaları dedikdə, cəmiyyətdə istifadə edilmək üçün informasiyanın yığılması, saxlanması, emal edilməsi və yayılması ilə bağlı olan metodlar, qurğular və istehsal prosesləri məcmusu başa düşülür.

    1. İnformasiya cəmiyyəti. Fərdi kompüterlərin kütləvi istehsalı və İnternetin misilsiz sürətlə genişlənməsi inkişaf etmiş dünya ölkələrində informasiya cəmiyyətinin bərqərar olmasını əhəmiyyətli dərəcədə sürətləndirmişdir. İnformasiya cəmiyyətində əsas resurs informasiyadır. İstənilən fəaliyyəti yalnız informasiyanın köməyi ilə səmərəli etmək mümkündür. İnformasiya cəmiyyətində əhalinin böyük hissəsi informasiyanın emalı sferasında məşğul olur, gündəlik həyatında və istehsal fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə edir.

İnformasiya cəmiyyətində yaşamaq və fəaliyyət göstərmək üçün informasiya mədəniyyətinə yiyələnmək tələb olunur. İnformasiya mədəniyyəti dedikdə, informasiya texnologiyalarından istifadə bacarığı və bu sferadakı hüquqi və etik normalara əməl etmək səviyyəsi nəzərdə tutulur.

    1. İnformatika.'>İnformatika. Dünyanın tədqiqinə informasiya yanaşması informatika çərçivəsin- də həyata keçirilir.

―İnformatika‖ termini fransızca İnformatique sözündəndir. Bu, informasiya avtomatika sözləri əsasında yaradılmışdır. Odur ki, informatika, ilk növbədə, infor- masiyanın avtomatik işlənməsi mənasını ifadə edir. Lakin hal-hazırda informatika dedikdə, əsasən, informasiyanın avtomatlaşdırılmış işlənməsini, yəni insanın iştirakını nəzərdə tutan informasiya texnologiyasını reallaşdıran texniki və proqram vasitələrinin yaradılması və
istismarı ilə bağlı ideya və metodlar sistemi nəzərdə tutulur.
8
İnformatikaya verilən bəzi təriflərlə tanış olaq:
İnformatika - informasiya və informasiya prosesləri, informatlaşdırmanın aparat və proqram vasitələri, informasiya və kommunikasiya texnologiyaları və həmçinin, informat- laşdırma proseslərinin sosial aspektləri haqqında kompleks elmdir.
İnformatika – hesablayıcı texniki vasitələrin köməyi ilə verilənlərin yaradılması, saxlanması, təkrar istehsalı, emalı və ötürülməsi, həmçinin həmin texniki vasitələrin fəaliyyəti və idarə edilməsi prinsipləri haqqında kompleks texniki elmdir.
İnformatika – informasiyanın ümumi xassələrini və kompüter sistemlərinin köməyi ilə onun yaradılması, saxlanması, axtarışı, dəyişdirilməsi və istifadə edilməsi qanuna- uyğunluqlarını və üsullarını öyrənən elmdir.
İnformatikaixtiyari3 təbiətli obyektlərdəki informasiya və onun elektron vasitə-
lərin tətbiqi ilə yığılması, saxlanması, işlənməsi və təqdim edilməsi haqqında elmdir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin