İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə3/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   156
nformatikanin saslari

Canlı təbiət informasiya. Canlı aləmin əsas və başlıca əlamətlərindən biri müxtəlif informasiyanı qəbul etmək, ötürmək, yadda saxlamaq və müəyyən mənada emal etmək qabiliyyətidir. Bu qabiliyyət heyvanlara, bitkilərə və hətta bakteriyalara da xasdır. Canlılar informasiyanı təkcə qəbul etmir, həm də ətrafa informasiya ötürə bilir. İnformasiya hiss üzvləri vasitəsilə dərk edilir ki, bunların da hər biri ayrıca informasiya daşıyıcısıdır. Bu baxımdan, informasiya daşıyıcısı dedikdə, informasiyanı saxlayan və ya ötürən ixtiyari maddi mühit nəzərdə tutulur. Bütün canlıların, o cümlədən, insanın həyat fəaliyyəti informasiya mübadiləsi mühitində baş verir. İnsanın danışıq dili canlı təbiətdə ən mükəmməl informasiya mübadiləsi üsuludur ki, bunun da tarixi milyon ilə yaxındır. İnformasiya mübadiləsi dedikdə, məzmununa məhəl qoyulmadan xəbər ötürmə və ya qəbuletmə prosesi nəzərdə tutulur. İnsanın danışıq dili, ilk növbədə, informasiya mübadiləsi funksiyasını icra etsə də, bununla yanaşı, bilik toplanmasının da mühüm vasitəsi kimi çıxış etməkdə idi. Bilik - predmet və hadisələrin dərk edilmiş və yadda saxlnılmış xassələri, əlaqə və münasibətləri sistemidir. İnformasiya mübadiləsi hiss üzvlərinin işidirsə, biliyin yaranması, yığılması və təkmilləşdirilməsi də beynin işidir. Bu baxımdan, bəşər tarixi həm də bilik toplanması tarixidir. İnsanın inkişafı informasiyanın qəbulu, saxlanması, emalı və ötürülməsinin vasitə və üsullarının inkişafı ilə birbaşa bağlıdır.

  • Genetik informasiya. İstənilən canlı orqanizm, o cümlədən, insan irsi ötürülən genetik informasiya daşıyıcısıdır. Genetik informasiya hüceyrəni təşkil edən DNK molekullarının ayrı-ayrı hissələrində (genlərdə) saxlanır. Hər bir gen orqanizmin müəyyən quruluş və fəaliyyət sahəsinə cavabdehdir. Orqanizmin təşkili səviyyəsi genlərin sayı ilə müəyyən edilir. İnsan orqanizmində 20 mindən artıq gen vardır.

  • İnsan informasiya. İnsan informasiya dünyasında yaşayır. O, ətraf aləmi öz hiss üzvləri vasitəsilə informasiya alaraq dərk edir. Aldığı informasiyanın 90%-ni görmə hissi ilə, 9%-ni eşitmə, 1%-ni digər2 hiss üzvləri ilə əldə edir. Hiss üzvləri ilə aldığı infor- masiyanı insan yaddaşında saxlayır. İnsan təfəkkürü (düşüncəsi) beyində gedən informasiya emalı prosesi kimi təsəvvür edilir. İnsan təfəkkürü dünyanın informasiya modelini yaradır.

    2 iybilmə, dadbilmə və lamisə (dəri)
    İnformasiyanın alınması, saxlanması, emalı və ötürülməsi ilə bağlı proseslərə informasiya prosesləri deyilir.


      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   156




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin