İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə6/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   156
nformatikanin saslari

İnformatika – təbiətdə, cəmiyyətdə və insan fəaliyyətində baş verən hadisələrlə bağlı olan informasiya prosesləri haqqında elmdir.
İnformatika – informasiyanın ümumi xassələri və qanunauyğunluqları, həmçinin, informasiyanın axtarışı, ötürülməsi, saxlanması, emalı və insan fəaliyyətinin müxtəlif sferalarında istifadə edilməsi metodları haqqında elmdir. Bu, elm kimi, EHM-in meydana gəlməsi nəticəsində formalaşmışdır. Başqa sözlə, informatikanın yaranması verilənlərin maşın daşıyıcılarında qeyd edilməsi, yığılması, emalı və ötürülməsi ilə bağlı olan yeni informasiya texnologiyalarının meydana gəlməsi və yayılması ilə şərtlənmişdir.
İnformatikanın tərkibinə: informasiyanın kodlaşdırılması nəzəriyyəsi, proqram- laşdırma dilləri və metodlarının işlənib hazırlanması, informasiyanın ötürülməsi və emalı proseslərinin riyazi nəzəriyyəsi daxildir.
Bu təriflər göstərir ki, informatikanın fəaliyyət dairəsi ―kompüter haqqında elm‖ olmaqdan daha genişdir.
Beləliklə, informatikanın obyekti - informasiya prosesləri, predmeti - bu proseslərin substratı olan informasiyanın emalı, metodu isə sözügedən emal prosesinin səmərəli4 avtomatlaşdırılmasıdır.


3 texniki, bioloji, sosial
4 optimal
Bütün bu deyilənlər göstərir ki, İnformatika, ilk növbədə, yeni məsələlərin həllini, ikinci növbədə isə ənənəvi məsələllərin yeni qoyuluşda həllini gerçəkləşdirməyə dair biliklər sistemidir.
İnformatikanın predmetini aşağıdakılar təşkil edir:
-hesablayıcı texniki vasitələrin aparat təminatı;
-hesablayıcı texniki vasitələrin proqram təminatı;
-aparat və proqram təminatlarının qarşılıqlı fəaliyyəti vasitələri;
-insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələri.
Qarşılıqlı fəaliyyət vasitələri informatikada interfeys adlandırılır. Buna görə də aparat və proqram təminatlarının qarşılıqlı fəaliyyəti vasitələrinə aparat-proqram interfeysi, insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələrinə isə istifadəçi interfeysi deyilir.
İnformatika elminin əsas məsələsi hesablayıcı texniki vasitələrin aparat və proqram vasitələri ilə işin qayda və metodlarını sistemləşdirməkdən, sistemləşdirmənin məqsədi isə qabaqcıl və səmərəli texnologiyaların seçilməsindən, tətbiqindən və inkişaf etdirilməsin- dən ibarətdir.
İnformatika praktiki elmdir. Bu o deməkdir ki, informatikanın nailiyyətləri təcrübədə yoxlanılır və səmərəlilik kriterisi üzrə qiymətləndirilərək tətbiq edilir. Bu baxımdan, informatikanın əsas məsələsinin tərkibində aşağıdakı əsas istiqamətləri ayırırlar:
-hesablayıcı sistemlərin arxitekturası (verilənlərin avtomatik emalı üçün nəzərdə tutulmuş sistemlərin yaradılması qaydaları və metodları);
-hesablayıcı sistemlərin interfeysləri (aparat və proqram təminatlarının idarə edilməsi qaydaları və metodları);
-proqramlaşdırma (məsələ komplekslərinin işlənib hazırlanması qaydaları və metodları);
-informasiyanın qorunması (verilənlərin qorunması priyomlarının ümumiləşdirilməsi, mühafizə metodları və vasitələrinin işlənib hazırlanması);
-avtomatlaşdırma (aparat-proqram vasitələrinin insan müdaxiləsi olmadan fəaliyyət göstərməsi);
-standartlaşdırma (aparat və proqram vasitələri arasında və müxtəlif hesablayıcı
sistem tiplərinə aid olan verilənlərin təsviri formatları arasında uyuşanlığın təmin edilməsi).
İnformasiya proseslərinin texniki təminatının bütün mərhələlərində informatika üçün əsas məsələ səmərəlilik məsələsi olmuşdur. Aparat vasitələri üçün səmərəlilik dedikdə, məhsuldarlığın dəyərə nisbəti nəzərdə tutulur. Proqram vasitələri üçün səmərəlilik istifadəçinin məhsuldarlığını ifadə edir. Proqramlaşdırmada səmərəlilik dedikdə, vahid vaxt ərzində proqramçının hazırladığı proqram kodunun həcmi nəzərdə tutulur. İnformatikada hər şey ciddi şəkildə səmərəliliyə yönəldilmişdir. İnformatika üçün bu və ya digər əməliyyatın necə icra edilməsi əsas olmasa da, vacibdir. Əsas məsələ odur ki, verilmiş əməliyyatı necə icra etməli ki, səmərəli olsun.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin