İnformatikanin əsaslari


İnformasiyanın təqdimatı və kodlaşdırılması



Yüklə 1,28 Mb.
səhifə14/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   156
nformatikanin saslari

İnformasiyanın təqdimatı və kodlaşdırılması

      1. Dil və işarələr sistemi


Dil informasiyanın təqdimatı vasitəsidir. Dilin təməlində işarələr (səslər, hərflər, jestlər) yığımı durur. İşarələrin qrammatik qaydalara uyğun düzülməsi dilin əsas obyekt- lərini (sözləri) əmələ gətirir. Sözlərdən cümlə düzəldilməsi qaydasına sintaksis deyilir.
Dillərdən biri də formal dildir. Buraya: say sistemləri, cəbr dili, proqramlaşdırma dilləri və s aiddir. Formal dilin qrammatikası və sintaksisi ciddi qaydalara söykənir.
Say sistemi, formal dil olaraq, obyektləri (ədədləri) adlandırmağa, yazıb-oxumağa və hesabi əməllər icrasına imkan verir.


      1. Canlı orqanizmlərdə informasiyanın təqdimatı


İnsan ətraf mühit haqqındakı informasiyanı hiss üzvləri vasitəsi ilə qəbul edir. Əsəb telləri (reseptorlar) hiss üzvlərinin verdiyi informasiyanı (təsiri) neyronlara (əsəb hüceyrələrinə) ötürür. Bu hüceyrələr zənciri əsəb sistemini əmələ gətirir. Neyron 2 vəziyyətdə ola biləndir: həyəcanlı və həyəcansız. Həyəcanlı neyron elektrik impulsu yaradıb əsəb sistemi ilə ötürür. Bu iki vəziyyətə neyron dilinin əlifbası kimi baxmaq olar. Beləliklə, canlı orqanizmdə informasiya təqdimatı neyron dili vasitəsi ilə baş tutur ki, bu da 2-lik say sistemində işləmək deməkdir. Yəni kompüterin 2-lik say sistemində işləməsi təsadüfi deyildir.


      1. İnformasiyanın kodlaşdırılması


İnformasiya təqdimatının bir formadan (işarələr sistemindən) digərinə keçirilməsinə kodlaşdırma deyilir. Kodlaşdırma mahiyyətcə, tərcümə olduğundan, uyğunluq (ekviva- lentlik) cədvəlinə (lüğətə) əsaslanır. İnformasiya mübadiləsi zamanı kodlaşdırma (tərcü- mə) və dekodlaşdırma (əks tərcümə) baş verir. Məsələn, klaviatura sıxılan düymə kodlarını 2-lik rəqəmlər sırası şəklində kompüterə ötürdükdən sonra monitor həmin 2-lik rəqəmləri klaviatura düymələrindəki simvollara çevirir.



      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin