Bölmə 2. İnformasiya, onun kəmiyyət və keyfiyyət xarakteristikası
İnformasiya təməl elmi anlayış kimi
Elmi ədəbiyyatda İnformasiya termininə çoxsaylı təriflər verilmişdir ki, bunlar da bu anlayışa müxtəlif yanaşmaları və izahları (yozumları) əks etdirir.
Rusiya Federasiyasının Federal Qanununda göstərilir ki, ―İnformasiya dedikdə, təqdimat formasından asılı olmayaraq, şəxslər, əşyalar, faktlar, hadisələr və proseslər barədə məlumatlar başa düşülür‖.
Ojeqovanın Rus dilinin izahlı lüğətində informasiyanın 2 tərifi verilmişdir: 1.İnformasiya - ətraf dünya və onda gedən proseslər barədə insan və ya xüsusi qurğu
tərəfindən dərk edilən, qavranılan, mənimsənilən məlumatlardır.
2. İnformasiya – işlərin və ya nəyinsə vəziyyətini aydınlaşdıran məlumatlardır.
İnformasiya və onun xassələri bir sıra elm sahələrinin, o cümlədən, informasiya nəzəriyyəsinin5, kibernetikanın6, semiotikanın7, kütləvi kommunikasiyalar nəzəriyyə- sinin8, informatikanın, sosionikanın9, informodinamikanın10, informasiologiyanın11tədqiqat obyektidir.
İnformasiya ötürən sistemlərin riyazi nəzəriyyəsidir
Maşınlarda, heyvanlarda və İnsan cəmiyyətində idarəetmə və rabitə haqqında elmdir
İşarələr və işarə sistemləri haqqına elmdir
Kütləvi informasiya vasitələrinin və onların cəmiyyətə təsirinin tədqiqi ilə məşğul olan elmdir
Fərdi və sosial psixikanın informasiya metabolizmi nəzəriyyəsidir
Açıq informasiya sistemləri haqqında elmdir
Müxtəlif obyektlər çoxluğu üçün informasiyanın alınması, saxlanması və ötürülməsi haqqında elmdir
İnformasiya izah etmək mənasında anlaşılan sözdür. İnformasiya informatikanın təməl anlayışıdır. Lakin artıq göstərildiyi kimi, informasiya həm də ümumelmi anla- yışdır. Hər bir elm sahəsi informasiyanı özünəməxsus mənalandırır.