QEYD: Kompüterdə Visual Basic sistemi yoxdursa, VBA-dan istifadə etmək olar. VBA-nı Microsoft Excel elektron cədvəlindən çağırmaq üçün Excel/ Servis/ Makros / Redaktor Visual Basic marşrutu ilə gedib Menu/Insert/Uzer Form marşrutu ilə forma pəncərəsini açmaq lazımdır. Sonra alətlər panelindəki A düyməsi ilə metka (Label) yaratmaq olar. Bu məqsədlə Namebəndi üzərində sol düyməni 2 dəfə basıb L1metkası, Captionbəndində isə metkanın münasib adını daxil etmək lazımdır. Əgər yaradılan layihə iki ədədin fərqini hesablayan proqram kodundan ibarətdirsə, münasib ad ―Azalan‖ ola bilər. Sonra alətlər panelindəki ab düyməsi ilə mətn sahəsi (TextBox) yaradılır. Bunun üçün Name bəndi sol düymə ilə açılır və mətn sahəsi t1 adlandırılır. Sonra alətlər panelindəki A düyməsi ilə Name-də L2metkası, Caption-da ―Çıxılan‖ (Enter), sonra ab düyməsi ilə TextBox-da Name-də t2 mətn sahəsi, sonra A düyməsi ilə Name-də L3 metkası, Caption-da ―Fərq‖ (Enter), sonra ab düyməsi ilə TextBox-da Name-də t3 mətn
sahəsi yaradılır. Bundan sonra forma üzərində əmr düymələri (Hesabla, Təmizlə, Son)
yaradılır. Bu məqsədlə alətlər panelindəki CommandButton düyməsini basıb Name-də cmdHes, Caption-da ―Hesabla‖ yazmaq lazımdır. Bu qayda ilə Name-də cmdTem, Caption-da ―Təmizlə‖, Name-də cmdSon, Caption-da ―Son‖ yazılır. Sonra Formanın boş yerində sol düyməni basıb Formaya ad vermək olar. Bunun üçün Name-də FrmİEFH, Caption-da ―İki ədəd fərqinin hesablanması‖ yazıb enter basmaq lazımdır.
Bütün bu işlərdən sonra proqram kodu yazılır. Bunun üçün kod pəncərəsi açılır. Kod pəncərəsi cmdSon əmr düyməsi üzərində sol düymə ilə açılır. Bu zaman kod pəncərəsində: Private SubcmdSon_Click()
End Sub
yazısı çıxır. ―Son‖ düyməsinə aid prosedurun icrası üçün bu yazı end operatoru ilə tamamlanmalıdır. Yəni:
Private SubcmdSon_Click()
end
EndSub Sonra Forma(object) pəncərəsinə keçib ―Təmizlə‖ prosedurunu hazırlayırıq. Yəni, cmdTeməmr düyməsi üzərində sol düyməni 2 dəfə basıb kod pəncərəsini açıb proseduru aşağıdakı kimi yazırıq: