İnformatikanin əsaslari


Müasir informasiya emalı sistemləri



Yüklə 1,28 Mb.
səhifə126/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   156
nformatikanin saslari

Müasir informasiya emalı sistemləri


Müasir informasiya emalı sistemlərində (İES-lərdə) kağız daşıyıcılardan imtina edilən və AİY-lər arasında verilənlər mübadiləsini şəbəkə vasitəsilə reallaşdıran rəqəmsal texnologiyalardan istifadə edilir. Bu texnologiyalar həm də hər hansı məsələnin həllində əməkdaşlar qrupunun real vaxt rejimində birləşdirilməsini nəzərdə tutur. Rəqəmsal texnologiya telekonfranslar təşkil etməklə fikir mübadiləsi etməyə, müəyyən suallar ətrafında müzakirələr açmağa, elektron poçt vasitəsilə operativ material ötürülüşü etməyə,
175 MSOffice95, MSOffice97, CorelOffice97, Русский Офис и т.п.
elektron elanlar lövhəsi yaratmağa və s. imkan verir. Bu sistemlər müəssisənin bütün işlərini əhatə etdiyindən, ―biznes-proseslərin korporativ idarəetmə sistemləri‖ termini ilə ifadə edilir. Bu cür sistemlər üçün ―müştəri-server‖ texnologiyasından istifadə edilməsi, qlobal İnternet şəbəkəsi vasitəsilə uzaqdakı istifadəçilərin prosesə qoşulması xarakterikdir. Müxtəlif ölkələrdə və qitələrdə yerləşən 40 mindən artıq istifadəçinin ümumi informasiya məkanında birləşdirilməsini reallaşdıran sistemlər geniş istifadə edilir. Məsələn, McDonalds şirkəti öz bölmələrini bütün dünyaya yaymışdır.


    1. İnformasiya emalının kompüter üsulu ilə bağlı problemlər


Mövcud informasion strukturu köklü surətdə yenidən qurmadan, sadəcə əməkdaşların iş yerlərinə fərdi kompüter qoyub onları lokal şəbəkədə birləşdirmək idarəetmədə nəzərəçarpacaq müsbət səmərə verə bilməz. Köhnəlmiş iş üsullarını avtomatlaşdırmaqla yalnız kompüteri yüksək sürətli kağız sənəd istehsalçısına çevirmək olar. Belə ki, ABŞ müəssisələrinin işinin təhlili göstərmişdir ki, bir işçinin müvəqqəti olaraq müəssisəyə qəbul edilməsi üçün 113 səhifəlik 43 müxtəlif sənəd176 tərtib etmək lazım gəlir. Çünki mövcud informasiya sistemində ayrı-ayrı bölmələr və işçilər arasında əlavə əlaqələr vardır. Müəssisənin normal fəaliyyəti üçün cəmi 20-30 daxili kommunikasiya kifayət edəcəyi halda, mövcud olan kommunikasiyaların sayı bundan 3-4 dəfə çoxdur. Müəssisənin idarə edilməsinin avtomatlaşdırılması təcrübəsi göstərir ki, məhsuldar kompüterin qurulması
―hər ehtimala qarşı‖ çap edilən və yayılan əlavə nüsxələr hesabına kommunikasiyaların sayını artırmaq mümkündür. Buna görə də müəssisədə kompüter texnikası tətbiq edilməzdən əvvəl lazımsız kommunikasiyalar optimal səviyyəyə qədər ixtisar edilməlidir. Yayılmış əsas təhlükələrdən biri kompüterin imkanlarını həddən artıq şişirtməkdir. Fərdi kompüter, nə qədər baha və nə qədər məhsuldar olsa da, bizim mürəkkəb iqtisadi məsələlərimizi həll edə bilməsi üçün həmin məsələlərin proqramını tərtib etməyi tələb edir. Kompüter texnikasının tətbiqi ilə bağlı olaraq kollektivdə yaranan sosial-psixoloji problemlər böyük diqqət tələb edir. Çünki işçilərin ixtisara düşmək qorxusu və qalan işçilərə daha ciddi nəzarət etmək imkanı yaranır.
Kompüterləşdirmə mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili texnologiyasını əhəmiyyətli dərəcədə dəyişdirir. Ənənəvi texnologiyada mühasibat uçotu və təsərrüfat
176 Tələb olunan sənəd surətləri ilə birlikdə
fəaliyyətinin təhlili jurnal-orderdə və kağız sənədlərdə həyata keçirilirdi. Bu sənədlərin bir çoxu kompüter sistemində də istifadə edilir. Lakin bu sənədlər çox hallarda elektron formada olur. Əsas uçot sənədləri (mühasibat kitabı və jurnallar) verilənlər faylı şəklində saxlanır ki, bunları da kompütersiz dəyişmək mümkün deyildir. Kompüter texnologiyası bir-sıra xüsusiyyətlərə malikdir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin