“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu m aterialı


Mövzu 7.  İNKLÜZİV SİNİFLƏRDƏ QİYMƏTLƏNDİRMƏ



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə46/64
tarix13.11.2022
ölçüsü1,15 Mb.
#68945
1   ...   42   43   44   45   46   47   48   49   ...   64
nkluziv-sinifda-talimin-taskili-oxu-materiali

Mövzu 7. 
İNKLÜZİV SİNİFLƏRDƏ QİYMƏTLƏNDİRMƏ
Dünya miqyasında və Azərbaycanda bir çox müəllimlər qiymətləndirmənin alternativ 
üsullarından xəbərdar olmadığından siniflərdə uşaqların biliklərinin qiymətləndirilməsi üçün 
əsasən ənənəvi strategiyalardan istifadə edir. Ənənəvi qiymətləndirmə strategiyalarında uşaqlar 
ad
ətən çox vaxt çətin mətnləri əzbərləməli, eləcə də ildə iki və ya daha çox dəfə yazılı və ya şifahi 
sınaqlar vasitəsilə yaddaşlarında nə qaldığını nümayiş etdirməlidir. Bu yanaşma uşaqların 
əksəriyyəti üçün baryerlər yaradır. 
Ənənəvi qiymətləndirmə strategiyaları uşaqlara öyrəndiklərini nümayiş etdirməyə imkan 
vermir. B
əzi uşaqlar nəzərdə tutulan bilik hədəflərini doğrultsa da, bunu standart yazılı sınaqlarda 
ifad
ə etməkdə çətinliklərlə üzləşir.
 
Şagirdin qiymətləndirilməsi nə deməkdir? 
Şagirdin qiymətləndirilməsi təhsil qərarlarının qəbul edilməsi üçün öyrənənin nailiyyətləri 
bar
ədə məlumatların toplanması prosesidir. 
Şagirdləri nə üçün qiymətləndiririk? 
Qiym
ətləndirmə həm müəllim, həm də şagirdləri təlim prosesinə dair məlumatlarla təmin edir. 
Bu m
əlumatlar həm təlim, həm də öyrənmə prosesinin keyfiyyətinin təkmilləşdirilməsində istifadə 
edilir
. Davamlı qiymətləndirmə aşağıda göstərilən müxtəlif hallarda istifadə edilə biləcək zəngin 
m
əlumat toplusunu təmin edir: 


əllimin özünütəhlili: Bütün şagirdlər nəzərdə tutulan biliklərə yiyələnə bilirlərmi? Dərs 
planı nəzərdə tutulan təlim nəticələrini dəstəkləyirmi? Kim üçün nə yaxşıdır və nə yaxşı 
deyil? F
ənni tədris etmək üçün daha yaxşı üsul varmı?

Şagirdin özünütəhlili: Mən necə öyrənirəm və ya qavrayıram? Daha nələri öyrənmək 
ist
əyirəm? Buna necə nail ola bilərəm? 


50 

Valideynl
ərlə ünsiyyət: Şagird məktəbdə necə öyrənir? Şagird evdə necə öyrənir? Məktəb, 
şagird və müəllimlərin gözləntiləri nədir? Evdə öyrənməni məktəbdə öyrənmə ilə necə 
əlaqələndirə bilərik? 

Nailiyy
ətlərin qiymətləndirilməsi: Şagird qarşısına qoyulan təlim naliyyətlərini nə dərəcədə 
yerin
ə yetirib? Şagirdin bu təlim naliyyətlərini əldə etməsini dəstəkləyən müvafiq metodlar 
hansılardır? 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin