8.3. Valideynl ər və icma ilə əməkdaşlıq Valideynl
ərin və icmanın cəlb olunması keyfiyyətli təhsilin, xüsusi ilə inklüziv təhsilin tətbiqinin
əsas prinsiplərindən biridir.
1. Ail ənin cəlb olunması əlilliyi olan uşaqların bütün həyatı boyu, xüsusilə də erkən yaşlarında vacibdir. Uşağı ən yaxşı tanıyan şəxslər valideynlər və ailə üzvləridir. Onlar uşağın şəxsiyyətini,
davranışını, öyrənmə tərzini, maraqlarını və ehtiyaclarını bilirlər. Valideynlərlə məsləhət
mü
əllimlərə uşaq haqqında hərtərəfli məlumat toplamağa, təlim və öyrənmə prosesini daha yaxşı
t
əşkil etməyə kömək edir. Ailələr və valideynlər öz övladlarına dair istənilən qərarın verilməsində
iştirak etməlidirlər. Onlar uşağın evdə davamlı inkişaf və öyrənməsində mühüm rol oynayırlar.
Valideynl
ərin sinif otağında kömək etməsi valideyn – müəllim əməkdaşlığında əsas məqamdır.
2. Əlilliyi olmayan uşaqların valideynləri təhsilə çıxışa və iştiraka mane olan əngəlləri aradan qaldırmağa kömək edə bilərlər. Əlilliyi olan uşaqların valideynlərinin inklüziv təhsildə iştirakı və onların bu prosesə
münasib
əti ümumilikdə məktəb mədəniyyətinə təsir göstərir. Çox zaman əlilliyi olmayan uşaqların
valideynl
əri övladlarının əlilliyi olan uşaqlarla birlikdə təhsil alması ideyasına qarşı çıxırlar. Əlilliyi
olmayan uşaqların valideynləri ilə işləyərək, övladlarının məktəbdə və ya sinif otağında əlilliyi olan
uşaqlarla birgə təhsil almasının onlara mənfi təsir göstərməyəcəyini izah etmək lazımdır.
3. Uşaqlar məhz ümumi icma kontekstində təhsil alır, yaşayır və öyrəndiklərini məhz bu kontekstd ə tətbiq edirlər. Şagirdlərin əhatə olunduğu kontekst barədə məlumatlılıq müəllimləri, məsələn, dərsin
planlaşdırılmasında istifadə edə biləcəkləri zəngin informasiya ilə təmin edir.