3. Təhsildə xüsusi ehtiyaclar anlayışı. İnklüziv Təhsil üzrə beynəlxalq və yerli təcrübə Azərbaycanda inklüziv təhsilin inkişaf tarixi 2004-cü ildən başlayır və ilk təcrübə məhz xüsusi qayğıya ehtiyacı olan uşaqları Bakı və Sumqayıt şəhərlərinin bir sıra seçilmiş ümumtəhsil məktəb və məktəbəqədər müəssisələrinə cəlb etməkdən ibarət olmuşdur. Cəlb olunmuş uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlar adlandırılmışlar. Yəni xüsusi təhsil ehtiyaclar termini tədris prosesində üzə çıxa biləcək çətinlikləri şagirdin hansısa spesifik sağlamlıq problemi ilə əlaqələndirmir. Həmin konsepsiyanı aşağıdakı sxem ilə göstərmək olar:
1.Xüsusi ehtiyaclar.
2.Tipik inkişaf.
3.Xüsusi istedadlar
Göründüyü kimi, ümumtəhsil məktəblərinə cəlb olunmuş uşaqların qabiliyyətlərinə şaquli istiqamətdəki kimi, yəni “yüksək”, “aşağı” və ya “orta” kimi baxılmır. Onların üfüqi istiqamətdə yerləşməsi, yəni mərkəzdən – “tipik inkişafdan”- sola və ya sağa keçə bilən xətdə göstərilməsi daha məqsədəuyğundur. Adi sinifdə uşaqlar xətdə göstərilən hər üç qabiliyyətlərə malik olur, lakin çoxluğun təşkil etdiyi qabiliyyətlər mərkəzdə yerləşir. Buna görə də müəllimlər və mütəxəssislər belə hesab edirlər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar ancaq müəyyən bacarıqlara yiyələndikdən sonra adi sinfə qəbul oluna bilər, əks halda, onlar çoxluğun səviyyəsindən geri qalacaq və ümumiyyətlə, sinfin nailiyyətlərini geri çəkəcəklər. Bir sözlə, uşaqların qabiliyyətləri və bacarıqları məktəbdə nailiyyət əldə etmək üçün ilkin şərt kimi baxılır. Bu da təlim prosesində uğurlu inteqrasiyaya mane olur. Bir sıra xarici ölkələrin təcrübələri və aparılan tədqiqatlar göstərir ki, inteqrasiyanın uğurlu olub-olmaması təhsilin məqsədlərinin necə başa düşülməsindən asılıdır. Uşaqları ümumtəhsil siniflərinə qəbul edərkən onların olan və ya olmayan ilkin qabiliyyətlərinə yox, ehtiyaclarına diqqət yetirmək lazımdır və həmin ehtiyacları nəzərə alaraq hər biri üçün xüsusi məqsəd qoyulmalıdır1.
Qeyd etmək lazımdır ki, xüsusi təhsil ehtiyacları termini və ümumiyyətlə, “təhsildə ehtiyaclar” konsepsiyası 1981 – ci ildə ilk dəfə İngiltərədə işlənmişdir. Bu konsepsiyadan əvvəl uşaqların tibbi diaqnozlarına diqqət yetirilirdi və onların inkişaflarını təsvir etmək üçün tibbi terminlərdən istifadə edilirdi. Uşağın harada təhsil alma məsələsi ön plana çıxanda, onun fiziki və ya əqli qüsurlarından və ya əlillik kateqoriyasından asılı olaraq qərar qəbul edilirdi. Təhsildə əlillik kateqoriyalarının istifadəsindən imtina etmək üçün xüsusi təhsil ehtiyacları konsepsiyası işlənib hazırlanmışdır. Aşağıda göstərilən bu cədvəl İngiltərədə inklüziv yanaşmanın və xüsusi təhsil ehtiyacları termininin inkişaf dinamikasını əks etdirir.
1981-ci ilə qədər işlənən əlillik kateqoriyaları
Tamamilə kor, Zəif görən, Tamamilə kar, Kar, Zəif eşidən. Fiziki əlil, Təhsil almaq üçün yaramayan.(orta dərəcəli əqli geriləmə), Təhsil almaq üçün yaramayan(ağır dərəcəli əqli geriləmə), Epileptik, Zəif adaptasiya, Nitq qüsurları, Autistik,
1981-ci il qəbul olunmuş xüsusi ehtiyaclar kateqoriyaları:
1.Koqnitiv və təlim ehtiyacları(spesifik çətinlik, orta dərəcəli, ağır dərəcəli, bir neçə komponentli çətinlik)
2.Sosial emosional və davranış ehtiyacları
3.Kommunikasiya və ünsiyyət çətinlikləri (nitq, dil, və ünsiyyət çətinlikləri, autizm)
4. Sensor və ya fiziki çətinliklər(eşitmə görmə problemləri, fiziki zəifliyi ilə bağlı çətinliklər və.s
Birinci təsnifata əsasən 1981-ci ildən əvvəl işlənən əlillik kateqoriyaları və terminologiyanı əks etdirir. Ikinci cədvəl isə xüsusi təhsil ehtiyacları və onlardan irəli gələn çətinlikləri təsvir edir. Təhsil sahəsində işlənərkən həmin ehtiyaclar və çətinliklər nəinki sağlamlıq imkanları məhdud və əlilliyi olan uşaqların, onlar hətta “tipik” inkişaf olmuş uşaqların çətinliklərini təsvir etməyə də kömək edir.
İkinci təsnifat haqqında isə bir sıra mütəxəssislər qeyd edirlər ki, burada istifadə olunan spesifik tibbi terminlər və onlara əsaslanan təsnifatdan istifadə olunduğu zaman məktəblərdə və hər hansı təhsil müəssisəsində uşaqlar arasında ayrıseçkilik və diskriminasiyaya gətirib çıxarır. Bu isə inklüzivlik yanaşmasına ziddir. Hər hansı xüsusi ehtiyacı olan və təlimdə çətinlik çəkən uşağın ümumtəhsil məktəbinin inklüziv sinfində təhsil alması haqqında qərarı verildikdə, onun tibbi diaqnozu yox, güclü və zəif cəhətləri nəzərdən keçirilməli və onun üçün zəruri dəstəyin nədən ibarət olması haqqında qərar verilməlidir.
Təlim prosesində üzə çıxa biləcək çətinlikləri başa düşmək üçün İngiltərə və ABŞ mütəxəssisləri üç komponentli çərçivə konsepsiyanı təqdim edirlər. Həmin komponentlər aşağıdakılardır :