İnklüziv Təhsil


“İnklüziv Təhsil” fənninin məqsədi, vəzifəsi və əhəmiyyəti



Yüklə 67,62 Kb.
səhifə2/4
tarix19.04.2023
ölçüsü67,62 Kb.
#100760
1   2   3   4
İNKL.müh 1

2. “İnklüziv Təhsil” fənninin məqsədi, vəzifəsi və əhəmiyyəti
Dünyanın bir çox ölkələrində (məsələn, Böyük Britaniya, ABŞ, İsveçrə və s.) əlil uşaqlar adi uşaqlarla birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər. Bu, başqa bir yanaşmadır və bu cür inteqrasiyaya inklüziv təhsil deyilir. “İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin prioritetlərindəndir” və ümumiyyətlə, hər hansı bir ölkənin “təhsil sistemini beynəlxalq prinsip və standartlara uyğunlaşdırılması məqsədini daşıyır.
“İnklüziv təhsil” anlayışı ölkəmiz üçün bir qədər yeni olduğuna baxmayaraq, artıq bilirik ki, bu təhsil, əsasən, əlil uşaqların təhsilinə aid edilir.
Bu prioritet nədən irəli gəlir və hansı dəyişiklikləri nəzərdə tutur? Mütəxəssislər qeyd edir ki, “inklüziv təhsil bu və ya digər şəkildə təlim prosesinin fərdiləşməsinə, demokratikləşməsinə diqqəti yönəldir. Bu isə müəllimin bütün şagirdlərə ədalətli rəftarını, hər bir şagirdlə fərdi yanaşmasını zəruri edir”. Bir çox inkişaf etmiş ölkələrin təhsil sistemində belə dəyişikliklər Beynəlxalq Millətlər Təşkilatının İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi (1948) və Uşaq Hüquqları Konvensiyası (1989) sənədlərinin dövlət tərəfindən ratifikasiya olunduğundan irəli gəlir. BMT-nin bu sənədlərin hər hansı bir dövlət tərəfindən ratifikasiya edilməsi o deməkdir ki, hər bir dövlət həmin sənədlərdə göstərilən prinsipləri öz daxili siyasətinin tənzimləyici vasitəsi kimi tanıyır və bir çox sahələrin, o cümlədən də, təhsil sisteminin, prioritetlərini məhz həmin prinsiplər üzərində qurmağa çalışır. Yuxarıda adı çəkilmiş iki mühüm sənədin aparıcı prinsipi ondan ibarətdir ki, bütün uşaqlar bərabər təhsil alma imkanlarına malikdirlər və bu onların insan hüququdur. Beləliklə, hər hansı bir dövlətin təhsil siyasətinin vacib məqsədlərindən biri də sağlamlıq imkanları məhdud olan (əlil) uşaqların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və reallığa çevirməkdir.
Gördüyümüz kimi, inklüziv təhsil yanaşması ilə bağlı iki mühüm istiqaməti seçmək olar:
- təlim prosesinin təşkili ilə bağlı məsələlər (təlim prosesinin prinsiplərini təsvir edir və onun fərdiləşməsini və demokratikləşməsini tələb edir);
- əlil uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlər (təhsilin cəmiyyətə inteqrasiya mexanizminə çevrilməsini tələb edir).
İnklüziv təhsilin tədris məqsəd və vəzifəsinə də məhz bu iki istiqamətdə yanaşmaq olar. Vəzifələr aşağıdakılar kimi qeyd olunur:
- inklüziv komponentli müəssisələrdə fəaliyyət göstərən müəllim kadrlarını yeni yanaşmalarla və pedaqoji texnikalarla tanış etmək və onları əlilliyi olan uşaqlarla iş zamanı uğurlu tətbiqinə zəmin yaratmaqdır;
- gələcək müəllimləri inklüziv təhsil siyasəti ilə təmin edən prinsiplər və əsaslarla tanış etmək və Azərbaycanda gedən təhsil islahatlarına hazırlamaqdır.

Yüklə 67,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin