İnklüziv Təhsil



Yüklə 67,62 Kb.
səhifə4/4
tarix19.04.2023
ölçüsü67,62 Kb.
#100760
1   2   3   4
İNKL.müh 1

Birinci komponent- Müəllimlər, birinci komponenti yuxarıda qeyd edilmiş psixo-fiziki inkişafın xüsusiyyətlərinə əsaslanaraq şagirdlərin inkişaflarını necə qiymətləndirməsini daha yaxşı başa düşərlər.
İkinci komponent təlim mühitidir. Təlim mühiti özü çox komponentli bir anlayışdır. Ümumiyyətlə, təlim mühiti dedikdə, biz sinfin quruluşunu, sinifdəki şagirdlərin sayını, təlim materiallarının şagirdlərin yaşına və inkişaflarına uyğunluğunu, şagirdlərin təlim prosesinə cəlb olunmasını, müəllim və şagirdlər arasında ünsiyyət və yaranan münasibətləri, şagirlərin davranışını və davranışın idarə edilməsində istifadə olunan üsulları nəzərdə tuturuq. Müəllim və müəllim köməkçilərinin vəzifələri və rollarının paylaşdırılması və valideynlərin təlim prosesinə cəlb edilməsi də bu komponentə aiddir. Təlim mühitinin təsiri nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafına , həm də onların tipik yaşıdlarının inkişaflarına da böyük təsir göstərə bilir.
Xüsusi təhsil ehtiyacları çərçivəsinin üçüncü komponenti təlim vəsaitlərinin, metodlarının və verilən tapşırıqların uyğunlaşdırılmasına yönəlir. Təlim prosesi zamanı istifadə olunan materiallar və müəllimin istifadə etdiyi metodlar müxtəlif qabiliyyətlərə malik olan uşaqların ehtiyaclarını nəzərə almağı və dərsləri bu ehtiyacları nəzərə alaraq planlaşdırmağı, eyni zamanda, bunun kimi strategiyalardan istifadə etməyi nəzərdə tutur.
Xüsusi təhsil ehtiyaclarının 3 komponenti inklüziv təhsilin əsas prinsipini açıqlayır. Müəllimlər və məktəbdə çalışan digər işçilər dərk etməlidirlər ki, inklüziv təhsil, hansısa əlillik kateqoriyası olan və ya sağlamlıq imkanları məhdud olan uşağa sinifdə yer verilməsindən ibarət deyil. İnklüziv təhsil uşaqların xüsusi ehtiyaclarının müəyyənləşməsindən başlanır. Müvafiq təlim strategiyalarından istifadə edilməsi xüsusi qayğıya ehtiyacı olan uşağı sosial, psixi, fiziki və koqnitiv inkişafa doğru aparmaqla onu sinif kollektivinin inteqrativ bir üzvünə çevirir.

SUALLAR 1. İnklüziv təhsil fənninin məqsədi, vəzifəsi və əhəmiyyəti



1


Yüklə 67,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin