İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə11/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   7   8   9   10   11   12   13   14   ...   109
tarix

Neolit (VII-VI minilliklər). Azərbaycanda neolit dövrü qəbilə icmasının həyatında böyük dəyişikliklərin başlanğıcını qoydu. Yeni daş dövründə istehsal təsərrüfatı və onun əsas sahəsi olan əkinçilik və maldarlıq meydana çıxmışdır. İstehsal təsərrüfatının yaranması elmi ədəbiyyatda “neolit inqilabı” adlanır. Bu inqilabın nəticəsində insan ərzaq ehtiyatı üzərində ilk dəfə idi ki, nəzarət etmək imkanı qazanırdı.

Azərbaycanda istehsal təsərrüfatına keçid e.ə. VII minilliyə təsadüf edir. Qobustanda tapılan daş toxalar, dən daşları, biçin bıçaqları və çin dişləri ilk əkinçilik alətləri hesab olunur. Neolitdə insanlar daşların deşilməsi və cilalanması üsullarını mənimsəmişdilər. Gəncə-Xanlar bölgəsində arxeoloji abidələrin öyrənilməsi göstərir ki, Azərbaycandakı neolit adamı artıq daşı novçalı şəklə sala, burma üsulu ilə deşə bilirdi. Əsas əmək aləti kimi toxadan istifadə olunduğundan belə əkinçilik toxa əkinçiliyi adlanırdı. Bu dövrün maldarlığı isə ev maldarlığı olmuşdur.

Neolitdə istehsal təsərrüfatının yaranması ilə bağlı olaraq əkinə yararlı düzən torpaqların məskunlaşmasına başlanmışdır. Əhalinin oturaq həyata – kənd təsərrüfatı yaşayışına keçməsi üçün imkan yaranmışdır. Təbriz yaxınlığındakı Yanıqtəpə və Sulduz düzündəki cənubi Azərbaycan ərazisində Hacı Firuz abidələri son neolitde (e.ə. VI minillik) Azərbaycanda oturaq əkinçi-maldar təsərrüfatının yayıldığını sübut edir. Bu zaman möhrə və ya çiy kərpiclə hörülmüş evlərdən kəndlər salınırdı.

Neolit dövrünün əsas nailiyyətlərindən biri də saxsı (gil) qab istehsalının – dulusçuluğun yaranmasıdır. Əkinçilik və heyvandarlıq mıhsullarını uzun müddətə saxlamaq zərurəri saxsı qabların istehsalına böyük təlabat yaratmışdır. Neolit adamı gili əli ilə istənilən qab formasına salaraq onu qurutduqdan sonra odda bişirirdi. Bu çağacan insanlar suyu yığıb saxlamaq, yemək bişirmək üçün Qobustan qayaları üstündə indiyədək mükəmməl formada oyuqlarından istifadə edirdi. Neolitin sonunda saxsı qablar görünüşcə daha mükəmməl formada hazırlanırdı və hətta boya ilə naxışlanırdı. Azərbaycanda “ev peşələri” sayılan toxuculuq, tikinti və hörgü işi də neolit dövründə meydana çıxmışdır.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin