5.Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında yeni mərhələnin başlanması (2003 – 2017)
Azərbaycanın daxili sabitliyinə yüksək iqtisadi, siyasi, elmi, mədəni inkişafına və düzgün xarici siyasət strategiyasına nail olan H.Əliyev kimi böyük tarixi şəxsiyyətdən sonra, ölkəni idarə etmək asan məsələ deyildi. Bu missiyanı yalnız Azərbaycan reallığını düzgün qiymətləndirə bilən və H.Əliyev siyasi kursunu layiqincə davam etdirməyə qadir olan şəxs yetirə bilərdi. Belə bir vəziyyətdə 2003 – cü il oktyabr ayının 15 – də Azərbaycan Respublikasının Prezidentliyinə alternativ əsasda keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini İlham Əliyevin böyük səs çoxluğu ilə qələbə qazandı. O, prezident seçkilərindən sonra milli liderimiz H.Əliyev siyasi kursunu layiqincə davam etdirəcəyini bildirdi. Respublikanın tale yüklü məsələlərinin həllinə cəsarətlə başladı.
2003 – cü il seçkisindən sonra İlham Əliyev and içmə mərasimində “Mən hər bir azərbaycan vətəndaşının prezidenti olacam” dedi. Keçmiş dövr ərzində həyata keçirilən siyasi, iqtisadi və sosial tədbirlər bir daha hörmətli Prezidentinin xalqına sədaqətəni, diqqətini nümayiş etdirdi.
İlk olaraq ölkə başçısı 24 noyabr 2003 – cu il tarixli fərmanı “Azərbaycan Respublikasında sosial, iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” oldu. Bunun ardınca İ.Əliyev 11 fevral 2004 – cü il tarixli fərmanı ilə “Azərbaycan respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramını təsdiq etdi. Bu fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi nətiçəsində məhsul istehsalı səksən dörd faiz atmışdır.
Respublikada qeiri neft sektorunun inkişafına xüsusi diqqət yetirildi.
Uğurlu həyata keçirilən iqtisadi siyasət nəticəsində başqa sahələrdə olduğu kimi kənd təsərrufatının inkişafına da xüsusi diqqət yetirilir.
Sahibkarlığa dövlət qayğısı gündəm də olmuş, bu istiqamətdə faydalı işlər görülmüşdür. Respublikamız üçün önəmli əhəmiyyət kəsb edən və ümumimilli liderimiz H.Əliyevin səyi nəticəsində ərsəyə gələn Bakı – Tiflisi – Ceyhan neft ixrac boru kəmərinin 2006 – ci ilin may ayında istismara verilməsi prezident İlham Əliyevin ən böyük nailiyyətidir.
Bakı – Tiflisi – Qars dəmir yol xəttinin 2007 – ci ilin fevralın 7 –dən reallaşmağa başlamış və 2017 – ci ilin 30 oktyabrında istifadəyə verildi. Bu dəmir yolu Avropa və Asiya qitələrini birləşdirən bu xətt dünyanın yüz ən böyük lahiyəsi sırasına düşüb.
2017 – ci il 14 sentyabrında əsrin müqaviləsi yeni 2050 – ci ilə qədər vaxtı uzadıldı. Prezidentimiz bunu “Yeni əsrin müqaviləsi” adlandırdı.
Azərbaycanın dünya dövlətləri ilə bütün sahələrdə əlaqəri genişləndirmişdir. Hal – hazrırda dünyanın 140 ölkəsi ilə xarici ticarət əməliyyatları aparılır.
Ötən dövürdə regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramının uğurla həyata keçirilən bu cür iqtisadi siyasət dövlətin qarşısında duran əsas vəzifələrdən biri kimi, kəndlə şəhər arasındakı fərqlərin aradan qaldırılması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yolunda mühüm addim olmaqdır. Respublikamızda aqrar sahədə həyata keçirdiyi mühüm tədbirlərdən biri 20 rayonda 27 aqroparkın yaradılmasıdır.
Hörmətli prezidentimizin ənənəvi sahələrin o, cümlədən pambığçılıq, tütünçülük, ipəkçilik və fındıqçılığın inkişafına dair sərəncamları regionlar da təsərrüfatlarının genişlənməsi və bu sahələrə marağ artmışdır. Hal hazırda azərbaycan dünyada fındığ ixracına görə üçüncu yerdədir
Hal – hazırda regionların inkişsafının 2014 – 2018 ci il proqramı uğurla yerinə yetirilir. Kəndarası yollar salınır, məişət problemləri həll olnunur. Keçən dövrdə 43 mindən çox sahibkarın iştirakı ilə 320 yə yaxın işgüzar forum keçirilmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 32 mindən çox sahibkarlıq subyektinə, həyata keçirilən lahiyələrin icrasına 1,9 milyard manatdan çox güzəştli kredit verilmişdir. Son 13 ildə güzəştli kreditlər hesabına mliyyələşdirilmiş lahiyələr 143 minə yaxın yeni iş yerinin açılmasına imkan yaratmışdır.
Prezident İlham Əliyev tərəfindən “İslahatlar paketi” çərçivəsində 5 oktyabr 2016 – ci il tarixində “Made in Azerbaycan” brendinin xarici bazarlara geniş miqyaslı tətbiqi məqsədilə imzalanan fərmana mühüm əhəmiyyət kəsb edir. Fərmanın icrası istiqamətində xarici dövlətlərə ixrc missiyası təşkil edilir.
Aparılan islahatlar, qəbul olunan bütün dövlət proqramlarının əsas hədəfi vətandaşların həyat səviyyəsinin yüksəldilməsidir. Dövlət proqramlarının uğurlu icrası ölkədə yoxsulluq səviyyəsinin 4.9 faizdən azaltmışdır. Bu gün aparılan islahatlar azərbaycan iqtisadiyyatının və insanlarımızın həyat səviyyəsinin neftdən asıllığının azaldılması kimi çox vacib hədəfi öz qarşısına qoymuşdur.
Son 10 – 15 – il ərzində iqtisadiyyatımız 3.5 dəfədən çox artmışdır. İqtisadiyyatımızın bu inkişaf artımı ölkəmizdə sosial problemlərin həyata keçirilməsi üçün yeni imkanlar açır. Ölkəmizdə məsknlaşmış qaçqınlar və məcburi köçkünlərin mənzil şərayitinin yaxşılaşdırılması üçün yeni yaşayış qəsəbələri salınmışdır.
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 35 – ci yerdədir. Dünyada olan iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi, gəlirlərimizə mənfi təsir göstərsədə, azərbaycan iqtisadiyyatı mövcüd vəziyyətə adaptasiya oldu. Ölkəmizin valyuta ehtiyatı, ticarət dövriyyəsi artmışdır. Nəqliyyat enerji təhlükəsizliyini təmin edən Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub, şərq – qərb və Şimal – Cənüb nəqliyyat dəhlizini işə salaraq loqistika mərkəzinə çevrilmişdir.
Prezdentimizin qətiyyəti sayəsində Tanap, TAP və “Cənub qaz dəhlizi” reallaşmağa başlamışdır. Azərbaycan xarici siyasətində də böyük uğurlara imza atıb. Azərbaycan BMT təhlükəsizlik şürasına qeyri daimi üzv seçildi. 155 dövlət Azərbaycanı dəstəklədi. İki il mütdəində şürada iştirak etdi. 2012 – ci ildə Təhlükəsizlik Şürasına sədrlik edən İ.Əliyev orda çıxışında Azərbaycan həqiqətlərini dünya dövlətlərinə çatdırdı.
Xarici siyasətimizin əsas istiqaməti Ermənistan - Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsidir. Azərbaycan heç vaxt imkan verməyəcək ki , bizim tarixi torpaqlarımızda ikinci qondarma erməni dövləti yaradılsın – bu sözləri dəfələrlə hörmətli prezidentimiz dünya ictimayyətinə , dövlət başçılarına çatdırmışdır. Hərçənd ki , bu problemlərlə ATƏT-in Minsk qrupu məşğul olur , təssüflər olsun ki , bu illər ərzində irəliləyiş əldə edilməmişdir . Bu bir daha ikili standartlardan irəli gəlir.
Ordu quruculuğu istiqamətində dövlətin siyasəti özünü doğrultmuşdur. Bunu beynəlxalq reytinqlər də sübut edir. Ordumuzun maddi – texniki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir.
2016-cı il aprelində 4 günlük müharibə də , erməni təxribatı zamanı döyüşlər ordumuzun nəyə qadir olduğunu sübut edir. Bu qələbəmiz münaqişə ilə məşğul olan dövlətlərə də bir mesaj idi.
Ordumuz Cəbrail rayonunun Lələtəpə ərazisini düşməndən azad etdi. Dövlətimizin qayğısı nəticəsində Cocuq Mərcanlı kəndinə ilk qayıdış həyata keçirildi.
Dünya Azərbaycanlılarının 2015-ci ildə 3-ü iyunda IV qurultayı keçirildi. 462 diaspor təşkilatının nümayəndələri iştirak etdilər. Azərbaycanın inkişafını ölkəmizin artan nüfuzu və Azərbaycanı həqiqətlərinin dünyaya çatdırılması, yaşadıqları ölkələrdə təbliğatın gücləndirilməsi tövsiyyə edildi. 2016-cı ildə Konstitusiyamızda 29 dəyişikliklər edildi. Bu, ölkə həyatının demokrativləşməsi
prosesindən irəli gələn dəyişikliklər idi.
Ölkəmizdə mədəni quruculuq sahəsində mühüm işlər görülür, yeni – yeni parklar, istirahət obyektləri istifadəyə verilir.
Azərbaycanın ilk peyki 2013-cü ildə fevral ayının 8-də orbitə buraxıldı. 2006-cı
ildə hörmətli prezidentimiz Heydər Əliyev mərkəzinin inşası haqqında sərəncam verdi. 2012-ci ildə mayın 10-da mərkəz istifadəyə verildi. Prezidentimizin sərəncamı ilə Ginesin rekordları kitabına düşən Dövlət Bayrağı meydanı (70x35 m) hündürlüyü 167 metrdir. 2007-ci il 17 noyabr sərəncamı ilə hər il 9 noyabr Dövlət Bayrağı günü qeyd edilir. Xaricdən ölkəmizə gələn turistlərin sayı günü – gündən artır. Yeni – yeni otellər istifadəyə verilir.
Dövlətimizin həyata keçirdiyi işlər sayəsində Azərbaycan dünyada tolerant, multikulturalizmin ənənələrinə sadiq nümunəsi ölkə kimi tanınır. Xalqımız bütün dinlərə və mədəniyyətlərə eyni gözlə baxır, hec bir ayrı – seçkiliyə yol vermir.
Cənab İlham Əliyev və Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə ölkəmizdə qədim məscidlərdən biri sayılan Şamaxı Cümə məscidi bərpa olunaraq fəaliyyətə başlayıb.
Ölkəmizdə sinaqoq, katolik və provaslav kilsələri fəaliyyət göstərir. Şəkidəki Qafqaz Alban kilsəsi, Suraxanıdakı qədim atəşpərəstlik məbədi, Göygöldəki, Alman lüteran məbədi təmir edilərək, tarixi abidə kimi qorunur.
Cənubi Qafqazın ən böyük Heydər məscidi dindarların istifadəsinə verilmişdir.
Prezidentimizin təşəbbüsü ilə müntəzəm olaraq bir sıra beynəlxalq tədbirlər – Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dünya dinləri liderlərinin zirvə görüşü, BMT sivilizasiyalar arası Alyansının qlobal Forumu öz iclaslarını Bakıda keçirirlər. Dövlətimizin idmana olan qayğısı nəticəsində mühüm qələbələr qazanılmışdır. Belə ki , idmançılarımız Olimpiya, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə medallarla vətənə qayıdırlar.
Hal – hazırda ölkəmizdə 42 idman Olimpiya mərkəzləri fəaliyyət göstərir. Təsadüfi deyil ki, 2015-ci ildə I Avropa idman oyunları, 2017-ci ildə İslam həmrəyliyi oyunlarında idmançılarımız idman tariximizdə yeni rekordlara imza atıblar. İslam həmrəyliyi oyunlarında 54 ölkədən 3 min artıq idmançı iştirak etmişdi. Bu oyunlar eyni zamanda İslam ölkələrinə həmrəylik çağırışı idi. Ölkəmizdə ən yüksək səviyyəli yarışları keçirməyə imkan verən stadionlar, idman qurğuları, idman sarayları olan , idmanın kütləviliyinə çevirdiyi bir ölkədir.
Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir.
Dostları ilə paylaş: |