İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur



Yüklə 436,25 Kb.
səhifə107/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   101   102   103   104   105   106   107   108   109
tarix

Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018

1.SSRI-də yenidənqurma siyasəti və onun Azərbaycanın siyasi durumuna təsiri.

XX əsrin böyük dövləti olan SSRİ-nin dağılması, əsrin sonlarında tarixin ən mühüm hadisələrindən biri oldu. Hələ 80-ci illərin ortalarından Sovet imperiyasının iqtisadi,siyasi və mənəvi həyatında böhranlı vəziyyət yaranmışdı.

Digər bir tərəfdən xarici dövlətlər “kommunist” ideologiyasına qarşı olan münasibət,

bu ideologiyanın sonu olduğunu təsdiq edirdi.

70-ci illərdə SSRİ-nin Şərqi Avropada orta mənzilli raketlər yerləşdirməsi starteji tarazlığı xeyli pozdu. Sovet Ordusunun 1979-cu ilin dekabrında Əfqanıstana soxulması böhranlı vəziyyəti dərinləşdirdi. Nəticədə demokratik artan sovet təhlükəsinə qarşı yeni hərbi proqramlar hazırladılar. Bu qroqramlara qarşı SSRİ-nin külli miqdarda vəsait tələb edən yeni tədbirlərə artıq vəsaiti yox idi.

1985-ci ilin martında Sot.İKP MK-nin plenumunda Qorbaçov MK-nin baş katibi vəzifəsinə təyin edildi. Aprel (1985) plenumunda ölkədə yenidən qurma siyasətinə başlanıldı. Bu siyasət aşkarlığa, iqtisadi inkişafa, cəmiyyətin demokratikləşdirilməsinə nail olmaq idi. Ölkədə yeni hakimiyyət orqanı SSRİ xalq deputatlarının qurultayı təsis edildi.

İqtisadiyyatın ağır durumunun və orada hökm sürən sahibsizliyin göstəricilərindən biri 1986-cı ildə Çernobol AES-da qəza oldu. Bu hadisə ölkədə iqtisadi islahat xəttinin qəbul edilməsini sürətləndirdi. Görülən islahatlar SSRİ-nin xalq təsərrüfatında vəziyyəti yaxşılaşdırmadı.

Qorbaçov 1987-ci ilin yanvarında Sov.İKP MK-nin plenumunda yeni siyasətin-aşkarlıq xəttinin qəbul edilməsinə nail oldu. Demokratikləşmə və aşkarlıq siyasəti, mətbuatda əvvəlki qadağa və məhdudiyyətlərin ləğvi Sovet dövləti və Sov.İKP-nin bütün təşkilatlarının ünvanına tənqid dalğasını yaratdı. 1989-cu ildə ilk dəfə çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri təşkil olundu.

Tezliklə Baltikyanı ölkələrdə Gürcüstanda və Ukraynanın qərb bölgələrində əhalinin müstəqilliyə meyilli olduqları meydana çıxdı.

İttifaqın idarə olunması pozuldu. Səbəbi isə yenidənqurma ideyasının uğursuzluğu, ölkədə iqtisadi və maliyyə böhranı, Sov.İKP MK-da hakimiyyətin iflici oldu.

1990-cı ilin iyununda RSFSR-nin xalq deputatlarının I qurultayında Rusiyanın dövlət müstəqilliyi haqqında Bəyannaməsi qəbul etdi. Bundan sonra “Müstəqillik paradı” başladı. Bütün keçmiş İttifaq Respublikaları “dövlət müstəqilliyi haqqında” bəyannamələr qəbul etdilər.

1988-ci ilin əvvəllərinə kimi Azərbaycan bu proseslərdən demək olar ki, kənar idi. Respublika rəhbərliyi Azərbaycanda demokratikləşmə proseslərindən kənarda saxlamağa çalışırdı. Çünki Azərbaycanda sosial məsələlər yığılıb qalmışdı. Uşaq ölümünə görə Azərbaycan hətta Afrikanın bir neçə ölkəsində geridə qoyurdu. Mərkəz Azərbaycanı və Cənubi Qafqazı əldə saxlamaq üçün yenidən Dağlıq Qarabağ uydurma problemini qızışdırdı. Azərbaycanda yığılıb qalmış saysız hesabsız problemlərin üzə çıxmasında 1988-ci ilin fevralında Dağlıq Qarabağda başlanan hadisələr təkan vermiş oldu. Mərkəz hələ 1940-cı ildə Ermənistanda təşkil edilmiş, “Qarabağ hərəkatı”, Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda “ “Miatsum” (birləşmə) hərəkatı, “Krunk” və s. təşkilatları fədiyyətlərini genişləndirməyə başladılar. İlk qurbanlar yenə azaərbaycanlılar oldular. 1987-ci ildə Ermənistanın Qafan və Mehri rayonlarından cinayətkarlardan yaxa qurtarmaq üçün ilk qaçqınlar Azərbaycan pənah gətirdilər. 1988-ci il fevralın 19-da Yerevanda antitürk mitinqi keçirildi. “Ermənistan türklərdən təmizlənməli”, “Ermənistanda ermənilər yaşamalıdırlar” və digər millətçi şuarlar irəli sürdülər.

1988-ci ilin əvvəlindən Xankəndində erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirdilər. Fevralın 24-də vilayətin Əsgəran rayonunda ermənilərin iki nəfər azərbaycanlı yeniyetməsinin öldürülməsi on doqquz nəfərin yaralanması vəziyyəti daha da ağırlaşdırdı.

Erməni millətçiləri dünyanın müxtəlif ölkələrində kök salmış lobbilərinin əsas informasiya mərkəzlərinə təsir imkanlarından istifadə edib beynəlxalq ictimaiyyəti aldatmağa, öz işğalçılıq niyyətinə haqq qazandırmaq üçün ermənilərin cəfakeşliyi, azərbaycanlıların isə vəhşi, quldur, qaniçən olması haqında yalan təsəvvürlər yaratmağa xristian həmrəyliyinə nail olmağa çalışrıdılar. Onlar bu işdə Moskvanın himayədarlığına arxalanırdılar. Bu işdə hakim dairələrin fəaliyyətsiz qlacağlarına əmin idilər. Bunun üçün ən münasib yer Sumqayıt şəhəri hesab olundu, çünki son iki ildə xüusən də 1988-ci ilin yanvar-feral aylarında Ermənistandan zorla qovulmuş dörd min nəfərdən çox qaçqın burada, qohumlarının yanına pənah gətirmişdilər.

1988-ci il fevralın 19-da Yerevanda antitürk mitinqi keçirildi. Fevralın 27-də Sumqayıtda böyük mitinq oldu. Sumqayıtda yaşayan ermənilər haqqında məlumatlar əvvəlcədən toplanmışdı. Erməni millətçilərinin törətdiyi faciə nəticəsində 26 erməni, 6 azərbaycanlı qətlə yetirildi. Sonradan istintaq işinin nəticəsi göstədi ki, bunu edən Qriqoryan adlı erməni olmuşdur.

Sumqayıt hadisələrindən sonra Ermənistanda qanlı antitürk hərəkatı başladı. Martın 10-da Yerevandan cənubda Mehmandan kəndinin 4 azərbaycanlı sakini qətlə yetirildi. Daha sonra bir-birinin ardınca azərbaycanlılar yaşayan kəndlərdə qətillər başladı.

Təbii fəlakətə (zəlzələ) düçar olmuş qonşusuna ilk kömək əlini Azərbaycan uzatdı. Dekabrın 8-də Bakıdan 80 peşəkar xilasedici Spitaka yola düşdü. Azərbaycanlıların ermənilərə hər cür yardımına baxmayaraq erməni millətçiləri azərbaycanlılara qarşı qanlı əməllərindən əl çəkmirdilər. Nəticədə Ermənistanda bir nəfər də azərbaycanlı qalmadı.Onların son nümayəndələri Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də bir gün ərzində rus əsgərlərinn köməyi ilə Ermənistandan qovuldular. Beləliklə Ermənistanda Azərbaycan türklərinin öz doğma torpaqlarında genosidi başa çatdı. 1988-ci ildə Ermənistandakı 185 azərbaycanlı kəndindən 230 min nəfərə qədər azərbaycanlı qovuldu.

Moskva Azərbaycanın qanuni əraizini ondan qoparıb Ermənistana birləşdirmək istəyən ermənilərə öz torpaqlarını konstitusiya hüquqlarını qotumaq üçün ayağa qalxmağa məcbur olmuş, Azərbaycan xalqının mənafeyini bərabər tutmaq kimi qeyri-real, riyakar təşəbbüslər göstərdi.Qorbaçovun hər iki xalqa müraciəti (1988-ci il 23 fevral), SOGJKPMK və Nazirlər Sovetinin 1988-1995-ci illərdə Azərbaycan SSRİ-nin DQMV-nin sosial-iqtisad inkişafını sürətləndirmək haqqında” (1988-ci il 24 mart ) və digər qərarları vəziyyətdən real çıxış yolları göstərə bilmədi. Həqiqətdə isə Ermənistanın Azərbaycanıən daxili işlərinə qarışmasına icazə verildi. İyunun 21-də DQMV Xalq Deputatları Sovetinin sesiyası vilayətin Ermənistan SSR-yə verilmiş məsələsini müzakirə etdi. Mərkəz güya vəziyyəti sabitləşdirmək üçün DQ-da xüsusi komitə yaratdı. 1989-cu il yanvarın 12-də qəbul etdiyi qərar DQ-nin mərkəzə tabe olan müvəqqəti xüsusi idarə komitəsi təşkil edildi. Komitəyə mərkəzdən Volski göndərirdi. Bu xüusi idarəçilik komitəsi faktiki olaraq DQ-nin Azərbaycanda olan əlaqələrini qırdı, oradan azərbaycanlıların qovulmasına şərait yaratdı. SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il qərarı ilə DQMV-nin idarə və müəssisələri Azərbaycan SSR-nin tabelyindən çıxarıldı. Sovet Ordusunun köməyi ilə silahlı erməni quldurları Xankəndindən bütün azərbaycanlıları (14 min nəfər) qovub çıxardılar.

Ermənistan SSR ali soveti 1989-cu il dekabrın 1-də Ermənistan SSR-yə Dağlıq Qarabağı birləşdirmək haqqında qərara qəbul etdi, vəziyyət daha da gərginləşdi.

1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət heyyəti Azərbaycanın demokratik qüvvələrinin təkidi və tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda vəziyyət normal hala salmaq üçün xüusi idarə komitəsini ləğv etdi. Vilayətin idarəsi SSRİ Ali Soveti xüsusi Komissiyasının nəzarəti altında Azərbaycan SSR-in Təşkilatı Komitəsinə tapşırıldı.

Can üstündə olan imperiya mili münaqişəni daha da dərinləşdirdi. İmperiyanın iflası gündən-günə yaxınlaşırdı. İmperiyanın pəncəsindən xilas olmağa Azərbaycan xalqının tələbi ilə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyininin bərpa edilmnəsi haqqında bəyannamə qəbul edilməsi ilə əlaqədar Qarabağ münaqişəsi daha da kəskinləşdi. Ermənistanın əli ilə Azərbaycana qarşı aparılan təcavüzkarlıq müharibəyə çevrildi.

Qarabağ probleminin zorla Azərbaycan xalqına, qəbul etdirilməsi, xalq kütlələrini fəallaşdırdı.

1998-ci ilin fevralıən 19-da Bakıda ilk etiraz mitinqi keçirildi. Mitinqçilər mərkəzdə və respublika rəhbərlərindən erməni millətçilərinin azğın hərəkətlərinə son qoymağı tələb etdilər.

Həmən günlərdə “Bakı” alimlər klubunda birləşmiş azərbaycanlı ziyalıları AXC-ni yaratmaq üçün təşəbbüs qrupunun təşkil etdilər.

Moskva 1988-ci ilin mayında Azərbaycan KPMK-nın I katibi Kamran Bağırov vəzifədən götürüb, yerinə Ə.Vəzirovu təyin etdi.Xalqın tale yüklü problemlərinin həll olunduğu hamının siyasələşdiyi vəziyyətdən çıxış yolları vaxt yeni birinci katibin on illərlə yığılıb qalan iqtisadi və sosial məsələləri “komyuterləşdirmə”, “qaz istehsalı artırmaq”, “kəndlərdə hamam tikintisini genişləndirmək” və s. kimi vasitələrlə həll etmək planlarınını açıqlaması tezliklə onu nüfuzdan saldı. Xalq hərakatının kortəbii mərhələsinin ən yüksək dövrü noyabrın 17-dən başlandı. Nümayişçilər “Azadlıq” meydanına gəldilər. Meydanda mitinqçilərin tələbləri oxundu: 1.Ermənilərin azərbaycana qarşı təcavüzünün dayandırılması; 2.Dağlıq Qarabağda antiazərbaycan qurumuun ləğv edilməsi; 3.Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sesiyasında Ermənistanın təczvüzü ilə əlaqədar məsələ qaldırılması idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi. Lakin axşam hökümət nümayəndələri mitinqi dayandırıb dağılışmağı təkid etdikdə, mintinqçilər tələblər yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər.

Bakının bəzi rayonlarında, Naxçıvanda dövlət orqanlarının binasında hücumlar, Gəncədə üç əsgər və bir uşaq öldürülmüşdü. Bunları bəhanə edərək hökümət noyabrın 24-də Bakıda, Naxçıvan və Gəncə şəhərlərində fövqəladə vəziyyət və komendant saatı tətbiq etdi.

Xalq meydana Azərbaycan SSR-in oraq-çəkicli bayrağı ilə gəlmişdi, burada 1918-20-ci illərdə mövcud olmuş müstəqil Azərbaycan Xalq Cümhurəyyətinin üç rəngli bayrağı qaldırıldı.Bu xalqın mübarizə ruhunu daha da artırdı. Dekabrın 3-də hökümətin hərbi qüvvələri mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar.

Meydan xalq hərəkatının birinci-kortəbii mərhələsinin zirvəzi oldu. Əsas məsələ isə xalq artıq təşkilatnalanmağı, vahid cəbhədə birləşməyin vacibliyini dərk etdi.

1989-cu il iyunun 16-da Bakıda AXC-nin təsisi konfransı keçirildi. Cəbhənin proqramı və Nizamnaməsi qəbul olundu. Əbülfəz Elçibəy AXC-nin sədri seçildi.

Respublikada bu zaman 200 mindən çox didərgin var idi. Naxçıvan blokadaya alınmışdı.İyunun 29-da Bakıda ümumbəşər mitinqi keçirildi. Mintinqçilər üç rəngli ay ulduzla bayraq altında çox mütəşəkkil keçirildi.

AXC-nin rəsmən tanınmaq tələbləri irəli sürüldü. Vəzirov bu tələbləri qəbul etmədi. Belə olduqda avqustun 14-də Bakıda birgünlük, 21-22-də Bakı və Sumqayıtda iki günlük xəbərdarlıq tətilləri keçirildi.

İmperiya hərəkatı Vəzirovun əli ilə boğmaq istəyirdi. Sentyabrın 2-də respublikanın bütün şəhərlərində izdihamlı mitinqlər keçirildi.İki gün sonra ümumilli tətil başladı. AXC AZərbaycan KPMK arasında danışıqlar başladı. O, vvəlcətələbləri yerinə yetirəcəyini bildirsədə, sonra razılığı pozdu.

AXC sentyabrın 13-də yenidən böyük mitinq keçirdi. Bundan sonra AXC ilə AKPMK arasında saziş protokolu imzalandı. Ali sovetin sentyabrın 23-də öz işini davam etdirən növbədənkəna sesiyası “Az.SSR-nin suverenliyi haqqında” konstitusiyaya qanunu qəbul etdi..

1989-cu ilin dekbarıbda Naxçıvan MSSR-də sərhəd boyu 9 minə qədər adam toplamış, tonqallar yandırılmışdı. İmperiya isə azadlıq əldə etmək istəyən xalqa divan tutmağa hazırlayırdı.

Dekbarın 31-də saat 1300 Araz çayı boyu 137 km sovet İran sərhəddində həyəvalar başladı. Sərhəd qurğuları dağıdıldı. Hər iki tərəfdən sərhəddə toplaşanlar Arazı keçib bir-birilə görüşdülər. 1990-cı il yanvarın 7-də isə SSRİ-Türkiyə sərhəddində həyəcanlar oldu. AXC-ni dağıtmaq, xalq hərəkatını bağmaq üçün ən münasib vaxt yetişmişdi.

Moskvanın Bakıya göndərdiyi emisarların SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədri Y.Primov və Sov.İKPMK katibi A. Girenkonun AXC-nin radikal və liveral qanadalarının nümayəndələri ilə ayrı-ayrılıqda görüşləri müsbət nəticə vermədi. Yanvarın 17-dən Azərbaycan KPMK binası qarşısında izdihamlı mitinq başladı, ümumi tətil elan olundu. Tələb edildi ki, Ermənistanın Azərbaycan ərazi iddialarına son qoyulsun, imperiyanın Bakı ətrafına yığdığı qoşunlar Dağlıq Qarabağ daima basqınlara məruz qalan sərhəd bölgələrinə göndərildi.

Xalqın tələbi ilə Naxçıvan Ali Soveti yanvarın 19-da Muxtar Respublikasının SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyyəti yanvarın 20-də saat 2400 “Bakı şəhərində fövqaladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqa qəfildən zərbə vurmaq məqsədilə fövqaladə vəziyyətin elan olunduğu vaxt gizli saxlanıldı.

Xalqa məlumat verilməsin deyə, yanvarın 19-da saat 1927-də Azərbaycan televiziyasının enerji bloku partladıldı.

Fövqəladə vəziyyətin yanavrın 20-də saat 2400-dan başlanmasına baxmayaraq qoşun hissələri yanvarın 19-da saat 21-dən Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatına SSRİ Müdafiə Naziri Yazov şəxsən rəhbərlik edirdi. Bakıda və respublikanın digər yaşayış məntəqələrinə Sovet ordusunun hücum vaxtı 131 nəfər o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldüülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs olunmuş, 4 nəfər itkin düşmüşdü. Qara yanvara etiraz edərək respublikada 40 günlük ümumilli tətil başlandı. Bakı əməliyyatı üçün 70 min ordu, 11 min alfa qrupu, 300 general cəlb olunmuşdu.

Moskva gizlincə respublikadan qaçmış Ə.Vəzirovun yerinə yanvarın 20-də Ayaz Mütəllimovu Azərbaycan KPMK-nin birinci katibi təyin etdi.

Xalqın bu ağır günlərində yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təşkil olunmuş yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi. 20 yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizm zidd olduğunu bildirdi.

Bakı bütün Azərbaycan fövqaladə vəziyyət olmasına baxmayaraq, yanavarın 22-də azadlıq şəhidləri ilə vidalaşdı.

Qanlı yanvar qırğını həm rus sovinistlərinin erməni daşnakları ilə birlikdə apardıqları antitürk siyasətinin türk soyqırımının tərkib hissəsi idi. Lakin imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının hərəkatını boğa bilmədi.

Tarixin bu çətin və məsuliyyətli dövründə xalqı ilə bir olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 30-da Azərbaycan Respublikaslnın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi.

Nəhayət 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sesiyasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında konstitusiya aktı” qəbul edildi.

Azərbaycanda demokratik qüvvələr düşmənlər tərəfindən Azərbaycanı diz çökdürmək üçün təyiqlərin artdığı şəraitdə, qəti tədbirlərin görülməsini tələb edirdilər.

İqtidar artıq dövləti idarə edə bilmədiyini başa düşürdü. Noyabrın 20-də Yuxarı Qarabağda Xocavənd kəndinin düşmən tərəfindən ələ keçirilməsi, vəziyyətlə tanış olmaq üçün ora yüksək vəzifəli şəsləri gətirən vertolyotun vurulması, respublikada siyasi vəziyyəti daha da gərginləşdirdi.

1991-ci il dekabrın 8-də Belorusiyanın Brest şəhəri yaxınlığında Rusiya Federasiyası, Ukrayna və Belarus Respublikaları rəhbərləri Müstəqil Dövlətlər Birliyi (MDB) yaradılması haqqında müqavilə bağladılar. Bununla 10 ildən artıq mövcud olan SSRİ-nin hüquqi subyekt kimi mövcudluğuna son qoyuldu.

Azərbaycan Müstəqillik Aktı qəbul edildikdən sonra qarşıda hələ çətin və mürəkkb vəzifələr dururdu. Bir tərəfdən erməni təcavüzü genişlənir, torpaqlarımız işğal edilir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda siyasi çəkişmələr güclənirdi. Dağlıq Qarabağ problrmi və Ermənistan-Azərbaycan müharibəsi respublika iqtisadiyyatına ağır zərbə vurdu, onu iflic vəziyyətinə saldı. Ölkənin bütün rayonlarında və kəndlərində kolxoz və savxozlar məhv edilir, əvəzində isə yeni yaradılan fermer təsərrüfatları gözlənilən nəticələri vermirdi. İqtisadiyyatda hərc-mərclik baş alıb gedirdi. Azərbaycan xalqının və Azərbaycan dövlətinin belə ağır bir vaxtında erməni silahlı qüvvələri hücumlarını davam etdirəcək Azərbaycanın ərazilərini dalbadal işğal edirdilər. Bu zaman Azərbaycanda yaradılan yeni-yeni müdafiə və könüllü dəstələri erməni silahlı qüvvələrinə ciddi və inadlı müqavimət göstərsələr də istənilən nəticələr alınmırdı.

Beləliklə, respublikanın hərbi və müdafiə sistemində vahid komadanlığın olmaması ciddi uğursuzluğa gətirib çıxardı. Erməni silahlı yaraqlıları Xankəndində olan 366-cı motoatıcı alayının hərbi texnikasından və canlı sialhlı qüvvələrindən istifadə eədrək 1992-ci il fevralın 26-da Xocalı şəhərini işğal etdilər. 9 min nəfər əhalisi olan Xocalı şəhəri erməni vəhşiləri tərəfindən yerlə yeksan edildi.Erməni cəlladları öz alçaq və yaramaz hərəkətləri ilə bəşər tarixindəXocalı soyqırımını törətdilər. Erməni vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini şəhid oldu, 1275 nəfər əsir götürüldü, 487 nəfər şikəst oldu.

Erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etdikləri bir zamanda Azərbaycanda hakimiyyəti ələ keçirmək və hakimiyyət uğrunda mübarizə qızışırdı. 1992-ci il martın 5-6-da Azərbaycan Respublikası Ali Sevetinin fövqəladə sessiyasında A.Mütəllibov istefa verdi. Həmən sessiyada Ali Sovetin sədri Elmira Qafarova da istefa verdi, onun yerinə deputat Yaqub Məmmədov seçildi.

Azərbaycan dövlət müstəqilliqinin olduqca mürəkkəb beynəlxalq şəraitdə əldə etmişdi. Rusiya isə SSRİ-nin varisi kimi nüfuz dairələrini əldə saxlamaq istəyirdi bu isə böyük maddi sərvətləri olan Azərbaycanla bağlı münasibətlərdə daha aydın hiss olunurdu.

Azərbaycan Respublikasının dövlət müstəqiliyinin qısa bir müddətdə dünya birliyi dövlətlərininin böyük əksəriyyəti tanıdı.

Onu ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Ruminiya (11 dekabr 1991-ci il), Pakistan (13 dekabr 1991-ci il), İsveçrə (23 dekabr 1991-ci il), İran İslam Respublikası (25 dekabr 1991-ci il0, ABŞ ( 23 yanvar 1992-ci il), Rusiya Federasiyası (10 aprel 1992-ci il) və başqa dövlətlər tanıdı.1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini 116 dövlət tanmış, 70 xarici dövlət ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradılmışdı.

Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. O, cümlədən 1991-ci ilin dekabrın 8-də İslam Konfransı təşkilatına 1992-ci ilin fevralında İran, Türkiyə və Pakistan dövlətlərinin daxil olduğu iqtisadi əməkdaşllıq təşkilatına, Helsinki müqaviləsinin 1975-ci il yekun aktına, Avropada Təhükəsizlik və Əməkdaşlıq Müqaviləsinə (ATƏM) qoşuldu. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olundu.

1192-ci il iyunun 25-də Azərbaycan Qara dəniz hövəsində iqtisadi əməkdaşlıq haqqında bəyannamə imzalayan 11 dövlətdən bir oldu.

Azərbaycan Respublikası ilk gündən başqa dövlətlərərə öz münasibətlərini dövlətlərin suvere bərabərliyi əsasında qurdu.

Bütün görülən işlərə və çağırışlara baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dünya dövlətlərinin təsirli dəstəyini ala bilmədi.

Rusiyanın köməyi və himayəsi ilə Ermənistanın Azərbaycan ərzilərini zəbt etməkdə davam edirdi. Bunun bir səbəbi də Azərbaycanda ordu quruculuğunun demək olar ki, formal xarakter daşıması idi. Xalq milli ordu yaradılmasını tələb edirdi.

1991-ci il sentyabarın 5-də Müdafiə Nazilriyi təşkil edildi. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Silahlı qüvvələri haqqında qanun qəbul etdi. Özünü müdafiə taborları yaradıldı.

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin çoxunda 1992-ci ilin fevralında yerli əhalidən ibarət müstəqil hərbi hissələr təşkil olunmuşdu.

Dağlıq Qarabağ probleminin dinc yolla həll etmək üçün 1992-ci il martın 24-də ATƏM-in Azərbaycan və Ermənistanla yanaşı on nüfuzlu dövlətini təmsil olunduğu Mins qrupu təşkil edildi.

Azərbaycanda hakimiyyətə gəlməyə çalışan qüvvələr vəziyyətdən öz xeyirlərinə istifadə etməyə çalışırdılar. Aprelin 3-də Kəlbəcər işğal olundu.

Hakimiyytə gəlməyə çalışan AXC mühüm strateji mövqelərdə olan hərbi hissələrə və Türkiyənin siyasi dəstəyinə arxalanırdı. Cəbhələrdə vəziyyətə əsaslı təsir etmək imkanına malik silahlı dəstələrə arxalanana qüvvələr çəkişməsinin növbəti qurbanları Şuşa və Laçın oldu.

Şuşanı müdafiəsi üçün demək olar ki, əməli iş görülməmişdi. Şuşa mühasirəyə alındı. 40 nəfər şəhid oldu, 38 döyüşçü özünü öldürdü. Döyüşlərdə şəhərin 155 mühafizəçisi şəhid oldu. Şuşanın süqutu ilə erməni faşistləri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı başa çatdı. Şuşa işğal olunduqdan sonra bir həftə ərzində Laçın rayonundan hərbi texnikanın çıxarılması, mayın 18-də Laçının işğal olunması respublikada siyasi vəziyyəti daha da ğaırlaşdırdı. Yaranmış vəziyyətdən istifadə etməyə çalışan Müdafiə Naziri Rəhim Qazıyev mayın 16-da Milli Şurada respublikada hərbi diktarura yaradılmasını, bütün hakimiyyətin Müdafiə Nazirliliyinə verilməsini tələb etdi. (lakin hadisələri idarəedən qüvvələr Şuşanın süqütu ilə həmişə “Şuşa getsə başıma güllə çaxaram” deyən Rəhim Qazıyevin siyasi karyerasına böyük zərbə dəydiyi məlum idi)

AXC isə hakimiyyət üstə hətta vətəndaş müharibəsinə getməyə hazır idi. AXC Musavat iqtidarı kimi səriştəsiz xarici siyasəti ilə Azərbaycanın byenəlxalq mövqelərini daha da zəiflətdi.

Parlament 18 may sessiyasında xalq cəbhəsi liderlərinin biri olan İsa Qəmbər Respublika Ali Sovetinin sədri seçildi. Bu sessiyada Parlament səlahiyyətlərinin Milli Məclisə verilməsi haqqında qərar qəbul edildi.

1992-ci il iyunun 7-də Prezident seçkiləri keçirildi. Respublikanın Prezidenti xalq cəbhəsinin sədri Əbülfəz Əliyev oldu. Xalq cəbhəsinin hakimiyyəti ələ keçirməsi, bu təşkilatın daxildən parçalanmasını və zəifləməsini daha da sürətləndirdi. Xlaq cəbhəsi hakimiyyətə gələndə xalqda belə bir ümid yaranmışdı ki, ölkədə olan mürəkkəb vəziyyət tezliklə qaydaya düşəcək. Təssüflər olsun ki, xalqın rifahi naminə əsaslı tədbirlər həyata keçirilmədi. Bu zaman siyasət səhbəsinə onlarla yeni partiya və hərəkat rəhbərləri atılmışdı.

1992-ci ilin iyununda “siyasi partiyalar haqqında” qanun qəbul olundu. 1993-cü ilin ortalarında respublikada artıq 30-a qədər siyasi partiya, cəmiyyət və hərəkat fəaliyyət göstərirdi.

Xalq cəbhəsi- Müsavat hakimiyyəti dövründə respublikada siyasi və iqtisadi böhran dərinləşdi. O dövlətçilik dağılmağa başladı.

Muxtar respublikada Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu sahəsində mühüm işlər görülürdü.

H.Əliyev AXC Müsavat hökümətinə qarşı müxalifətdə dayanmır, ona kömək göstərməyə çalışırdı.

Sürət Hüseynov ilk dəfə ona tabe olan qüvvələri cəbhədən çıxarıb iqtidara münaqişəyə başlayarkən H.Əliyev bu oyunların nə qədər təhlükəli olduğunu bildirərək, dövləti Prezident Elçibəyi müdafiə etdiyini bəyan etmişdi.

AXC isə bu böyük şəxsiyyətin xalq içərisindəki nüfuzundan qorxur, ona qarşı mübarizə aparırdı. H.Əliyev isə çox ağır bir şəraitdə Naxçıvan MK uğurla idarə edirdi.

Xalq xilas yolunu H.Əliyevin ölkəyə rəhbərliyində gördüyü zaman iqtidada olan və iqtidarda olmayan xalq cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr arasında qarşıdurma, hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi. Hakimiyyət davası AXC-ni daxildən parçalamışdı. Vəzifəyə gələnlər ilə “kənarda qalanlar” arasında münaqişə başlandı. Korrupsiya baş alıb gedirdi. Hətta prezident Elçibəy komandasındakılara məsləhət görürdü ki, “heç olmazsa az rüşvət alın”, siz o qədər rüşvət alırsınız ki, indi camaat kommunistlərin adına rəhmət deyir.Kadr siyasətindəki səhvlər korrupsiya, idarəçilikdə ciddi qüsurlar xalqı xüsusən qabaqcıl ziyalıları iqtidardan daha da uzalaşdırırdı. İqtidar güc orqanlarına nəzarəti demək olar ki, tam itirmişdi.

Gəncədə 1993-cü il 4 iyun hadisələri vəziyyəti daha da ağırlaşdırdı. Burada höküməyə tabe olmayan bir qrup zabit “hərbi birlik” yaratmışdı. Bu birlik Müdafiə Nazirliyinə tabe olmur, iqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.

Cəbhədə uğursuzluqlar ölkədə siyasi vəziyyəti daha da gərginləşdirdi. Korpus komandiri Sürət Hüseynov 1993-cü il yanvarı 28-də Ağdərə bölgəsindəki hərbi texnikanı çıxarıb Gəncəyə “Seyfəli” təlim mərkəzinə gətirdi.

Bu vaxt Ələkbər Hümmətov ona tabe olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında hakimiyyəti ələ almağa çalışırdı “Ləzgistan dövləti” qurmaq xülyasında olan separatçı “Sadval” təşkilatının silahlı quldurları Dağıstandan Azərbaycanın Zuxul kəndindəki sərhəd məntəqəsinə soxulmuş atışma-baş vermişdi.

Gəncədən hərbi qiyamı yatırmaq üçün hökümət ora qoşun yeritdi. Ölkədə vətəndaş müharibəsi başlandı.

İyunun 4-də səhər saat 11-də hökümət qüvvələri qiyamçılara qarşı hücuma keçdi. Qardaş qırğınında 68 nəfər öldü, 150 nəfər yaralandı.Hökümət qüvvələri mşğlub oldu. Qiyamçılar isə hökümətə və prezidentə “istefa” tələbi ilə paytaxta doğru yeriməyə başladılar. İyunun 14-də artıq qiyamçılar və hökümət qüvvələri Bakının lap yaxınlığında Nəvaidə üz-üzə dayanmışdılar, atışma başlanmışdı. Hökümət dannışıqlara getməyə məcbur oldu.Danışıqların nəticəsi olaarq qiyamçılar Lökbatan yaxınlığında saxlamaq mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular.

Bir illik hakimiyyəti dövründə AXC ölkəni idarə etməkdə acizlik, zəiflik və səriştəsizlik göstərdi.Vətən parçalanma təhükəsi qarşısında idi.

Azərbaycan ziyalılarını diqqəti görkəmli dövlət xadimi, xalqımızın milli lideri və Naxçıvan Ali sovetinin sədri, vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Azərbaycanın qurtuluşunun məhz H.Əliyevlə görən Azərbaycan ziyalılarının 91 nəfəri 1992-ci il oktyabrın 16-da “səs” qəzeti vasitəsilə H.Əliyevə “Azərbaycan” sizin sözünüzü” gözləyir-deyə müraciət etdilər. Həmin müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və ona H.Əliyevin rəhbərlik etməsi təkidlə xahiş olunurdu. H.Əliyev dərdal oktyabrın 24-də cavab göndərdi. Bu cavab öz məzmununa görə tarixi bir sənəd idi. Sənəddə əsas vəzifə dövlətin formalaşması, müstəqil Azərbaycanın suverenliyi, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt firavan həyat şəraiti yaratmaqdan ibarət idi. Milli liderimiz YAP-ın fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu rəsmən bildirdirdi. YAP-ın təsisi konfransının Bakıda keçirilməsinə imkan vermədilər. Buna görə də konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Konfrans YAP-ın yaradılması haqqında qərar qəbul etdi. YAP-ın şəxsən H.Əliyev tərəfindən hazırlanmış proqram və nizamnaməsi qəbul edildi. H.Əliyev yekdilliklə YAP-ın sədri seçildi.

Başlanmış təhlükəli vəziyyətin qarşısını almaqda gücsüzlüyünü dərk edən iqtidar son anda kömək üçün H.Əliyevə müraciət etdi. Xalqın arzusunu nəzərə alaraq Ə.Elçibəyin təkidi ilə nəhayət iyunun 9-da Bakıya gəldi.

H.Əliyev Naxçıvandan Bakıya Azərbaycan dövlətinin rəhbəri kimi deyil, xalqın milli lideri, xalqının xilaskarı kimi gəlmişdi.




  1. Yüklə 436,25 Kb.

    Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin