İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Orta tunc dövründə (e.ə. III minilliyin sonu-II minilliyin I yarısı)



Yüklə 436,25 Kb.
səhifə15/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   11   12   13   14   15   16   17   18   ...   109
tarix

Orta tunc dövründə (e.ə. III minilliyin sonu-II minilliyin I yarısı) qəbilə icmasının təsərrüfatı və sənətkarlığı çoxnövlü olması ilə seçilirdi. Bu zaman mülki və ictimai bərabərsizlik xeyli dərinləşmişdi.

Orta tunc dövründə cəmiyyətin həyatında yeni ikinci ictimai əmək baş vermiş, əkinçilikdən sənətkarlıq ayrılmışdır. Sənətkarlığın metalişləmə, dulusçuluq və toxuculuq sahələri aparıcı yer tuturdu. Naxçıvanda II Kültəpə abidəsində dörd kürəsi olan dulus emalatxanaları tapılmışdır. Həmin emalatxanalarda əllə hərəkətə gətirilən dulus çarxlarında zəngin naxışlara malik boyalı qablar istehsal edilirdi. Üzərliktəpədə tapılan toxucu qurğusunun qalığı – dörddişli alət sənətkarlıq texnikasının xeyli təkmilləşdiyini göstərir. Heyvandarlığın aparıcı sahəsi olan qoyunçuluq toxuculuq sənətini əsas xammal olan yunla təmin edirdi.

Orta tunc dövründə şəhərəbənzər yaşayış məskənlərinin meydana çıxması ilk növbədə sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər məskənlər möhkəmləndirilmiş müdafiə hasarları ilə əhatə olunurdu. Buradakı evlər müəyyən plan üzrə sıra ilə kvadrat kərpiclərdən tikilirdi. Naxçıvanda orta tunc dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və ilkin şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbır verir.

Sənətkarlığın əkinçilikdən getdikcə daha çox ayrılmaası nəticəsində sənətkarlıq məhsulları satılıq məhsula - əmtəəyə çevrilməyə başlamışdı. Alqı-satqının genişlənməsi tacirlər zümrəsinin yaranmasına doğru aparırdı. Bu dövrdə Azərbaycanda pul yerinı xırdabuynuzlu mal-davar işlənilirdi.

Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanır, xış əkinçiliyi tətbiq edilir, buğda, arpa və darı becərilirdi. Taxılın döyülməsində daş vəllərdən istifadə olunurdu. Kənd təsərrüfatında üzümçülük də mühüm yer tuturduş Arxeoloji qazıntılar zamanı tapılmış mədəni üzüm tumları, şirəsıxan daş təknələr orta tunc dövründə Azərbaycanda şərabçılığın yarandığını göstərir.

Əkinçilik və maldarlıq təsərrüfatlarının çiçəklənməsi şəraitində artıq məhsul, zinət əşyaları, sürülər, otlaqlar və s. tayfa başçılarının və əyanların əlində cəmləşərək tədricən xüsusi mülkiyyətə çevrilirdi. Cəmiyyət varlılar, sənətkarlar cəmiyyətin əsas istehsalçı qüvvəsini təşkil edirdilər. Suvarma axarlarının çəkilməsi, müdafiə qurğularının tikilməsi və tayfa ərazisinin qorunması kimi ağır vəzifələri də onlar yerinə yetirirdilər.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin