İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə23/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   19   20   21   22   23   24   25   26   ...   109
tarix

2.Manna carlığı

E.ə I minilliyin başlanğıcında, yəni e.ə. IX əsrdə Azərbaycanın cənubunda Urmiya gölü ətrafında mərkəzləşmiş, Manna dövləti yaranmışdır. Lakin həmin dövrdə Manna hələ bütün Cənubi Azərbaycanı əhatə edə bilməmişdir.

Manna adına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində rast gəlinir. Bu yazılarda Manna tayfa adını bildirir.

E.ə. XI əsr Manna ərazisində müstəqil siyasət yürüdən Zamua, Gilzan, Alateye, Surikaş, Gizilbunda, Uişdiş, Zikirtu, Andia və s. Vilayətlər meydana gəlmişdi. Zamua ölkəsi Mannanın əsas hissəsini təşkil edirdi. Urmiya gölündən cənubda yerləşən Zamua əvvəllər lullubilər ölkəsi olmuşdur. E.ə. IX əsrin birinci yarısında Zamuanı ayrı-ayrı müstəqil hakimlər idarə edirdilər. Buna görə də xarici hücumların qarşısını almaq mümkün olmurdu. Həmçinin Urartu dövləti Mannaya qarşı işğalçılıq siyasəti yürüdürdü.

E.ə. IX-VIII əsrlərdə Manna artıq güclü bir dövlətə çevrilmişdir.

Assuriya hökmdarı III Tiqlatpalasar e.ə. VIII əsrin birinci yarısında:



  • Mannanın Mazamua vilayətini tutdu və Assuriyanı birləşdirdi;

  • Urmiya gölü hövzəsində yaşayan tayfaları başqa əraziyə köçürdü;

  • Mannanın başqa vilayətlərinə toxunmadı.

O, əsasən Mannanın qonşuları Urartu və Midiya ilə müharibələr aparırdı. Bu dövrdə Manna Assuriyaya müttəfiq kimi baxırdı.

Mannanın ərazisi şimalda Araz çayına çatırdı, cənubda və cənub-şərqdə Kassi ölkəsi, Parsua və Midiya ilə həmsərhəd idi.

Manna hökmdarı İranzu (e.əş 740-719). Assuriya ordusunun Urartuya qarşı uğurlu müharibələrindən istifadə etdi və mərkəzləşdirmə siyasəti yürüdərək;


  • Urartunun işğal etdiyi Manna torpaqlarını geriyə qaytardı;

  • Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi;

  • Ölkədə canişinlik sistemi yaratdı. Canişinlər mərkəzi hakimiyyətdən asılı idilər.

İranzunun dövründə Manna Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevrildi. Paytaxtı İzirtu şəhəri olmuşdur. Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi:

  1. Bir qrup Assuriya ilə ittifaqa meyil göstərir, bununla da Manna torpaqlarının bütövlüyünü saxlamağa çalışırdı. İranzu Assuriyaya müttəfiq kimi baxır və onun siyasi üstünlüyünü tanıyırdı.

  2. Başqa qrup isə Urartu ilə ittifaq tərəfdarı idi. Onların siyasəti ölkənin parçalanmasına, torpaqlarının isə Urartu tərəfindən işğalına şərait yaradırdı.

Urartu hökmdarı I Rusa işğalçılıq niyyətini həyata keçirmək məqsədiilə Zikirtu vilayətinin canişini və bir sıra şəhərlər ilə sazişə girdi. Onların təsiri ilə e.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi İranzuya qarşı üsyan etdi. Assuriya hökmdarı II Sarqon (e.ə. 722-706) Manna ilə ittifaqına sadiq qalaraq üsyançıların üzərinə qoşun yeritdi. Üsyan yatırıldı.

İranzunun vəfatından sonra onun oğlu Aza (e.ə. 718-716) hakimiyyətə gəldi. Mannada daxili çəkişmələr yenidən gücləndi. Urartunun yaxından köməkliyi ilə e.ə. 716-cı ildə Aza sui-qəsd nəticəsində öldürüldü.

Azanın ölümündən sonra onun qardaşı Ullusunu (e.ə. 716-680) Manna hökmdarı oldu. Onun hakimiyyətə gəlməsinə Urartu hökmdarı I Rusa kömək etmiş və Ullusunudan 22 Manna qalasını almışdı. Ullusunu Assurriya əsarətindən azad olmaq üçün Urartu ilə ittifaqa girdi. Bu, Assuriya hökmdarı II sarqonu qəzəbləndirdi. Və e.ə. 716-cı ildə Mannaya qoşun yeritdi. Ullusunu dağlara qaçdı. II Sarqon İzirtunu tutub yandırdı. Azanın qatillərindən birini tutdu, dərisini soydurdu və mannalıra göstərdi. Ullusunu II Sarqonun yanına gələrək mərhəmət dilədi. II Sarqon Ullusununu hakimiyyətdə saxladı və bütün Manna torpaqlarını ona tabe etdi. Beləliklə, Ullusunu Mannanın hökmdarı oldu və Assuriyanın siyasi ağalığını tanıdı.

Urartu hökmdarı I Rusa Mannaya qarşı təcavüzdən əl çəkmir, onun bəzi canişinləri ilə əlaqəyə girirdi. Manna canişini Dayaukku I Rusanın fitnəsinə uydu və mərkəzi hakimiyyətə tabelikdən çıxdı .II Sarqon Ullusunu ilə ittifaqa sadiq qalaraq e.ə. 715-ci ildə onlara qarşı yürüşə çıxdı və qalib gəldi. II Sarqon Mannanın Urartu tərəfindən işğal olunmuş torpaqlarını geri qaytardı.

E.ə. 714-cü ildə II Sarqon Manna, Midiya və başqa ölkələrə böyük yürüş təşkil etdi. Manna ilə əlaqədar II Sarqonun 3 nityyəti var idi:


  1. Buranı urartunun təcavüzündən tamamilə azad etmək;

  2. Asssuriyanın mövqeyini Mannada möhkəmləndirmək;

  3. Mannadan Assuriya xəzinəsinə vaxtlı-vaxtında xərac göndərilməsini təmin etmək.

Manna hökmdarı Ullusunu II Sarqonu təmtaraqla qarşıladı və xərac verdi. Ullusunu II Sarqonun ordusunu ərzaqla təchiz etdi və müxtəlif hədiyyələr verdi. Ullusunu ilə II Sarqon arasında Sirdakka şəhərində sövdələşmə oldu. Ullusunu Sarqondan Urartu hökmdarı I Rusanı məğlub etməsini və başqa ərazilərdəki mannalıları öz yurdlarına qaytarılmasını istədi. II Sarqon bu diləyi yerinə yetirəcəyinə söz verdi və Ullusununun şərəfinə ziyafət verdi. Ullusunu sarqonun şətrəfinə yazılı abidə qoydurdu.

Assuriya hökmdarı Mannadan cənubda yerləşən Parsua ölkəsinə gəldi. Midiya və başqa ölkələr onun üçün buraya xərac gətirdilər. Sonra II Sarqon Urartu hökmdarı Rusa tərəfindən tutulmuş Uişdiş və Subi vilayətinə gəldi. Döyüşdə I Rusa məğlub olaraq Urartuya qaşdı. II Sarqon verdiyi vədə əməl etdi. II sarqon yürüşü davam etdirərək, Urartu ərazisinə daxil oldu, I Rusa özünü öldürdü. Bundan sonra Urartu zəiflədi və bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Manna qüdrətli dövlət oldu.

E.ə. VII əsrin I rübündə Qara dəniz sahillərindən hərəkət edərək Qafqaz ərazisindən keçən kimmer, skif və sak tayfaları Mannada da məskən salmışdılar. Onlar Mannanın, əsasən şimal-qərb və cənub-qərbində yerləşmişdilər. Həmin tayfaların gəlişi ilə Assuriya sərhədlərində böyük təhlükə yarandı. Belə şəraitdə Manna Assuriyanın tabeliyindən çıxdı və tam müstəqil oldu. Manna hökmdarı Ahşeri (e.ə.675-650) müstəqil xarici siyasət yürüdürdü. Onun hakimiyyəti dövründə Asssuriya ilə olan ittifaq pozuldu. Buna görə də Asssuriya hökmdarı Aşşurbanipal Mannaya qoşun yeritdi. E.ə. 650-cı ildə baş verən döyüşdə Ahşeri məğlub oldu. Aşşurbanipal Mannanın bir sıra şəhər və qalasını, o cümlədən paytaxt İzirtunu tutub dağıtdı, əhalisini, mal-qarasını və at ilxılarını qənimət kimi apardı

Ahşerin məğlubiyyəti faciə ilə qurtardı. Ona qarşı üsyan baş verdi. Üsyançılar Ahşerini öldürdülər. Hakimiyyətə Ahşerinin oğlu Ualli (e.ə. 650-630) gəldi və Assuriya ilə ittifaqı bərpa etdi. Bundan sonra Manna Assuriya ilə ittifaqa sadiq qaldı. E.ə. 616-cı ildə assuriya dövləti Midiya və Babilistan ilə mübarizədə təklənən zaman Manna hərbi dəstələri ona kömək etdi. Qaynaqların məlumatına görə e.ə. 593-cü ildə Manna müstəqil dövlət kimi öz varlığını saxlayırdı. Təxminən e.ə. 590-cı ildə Manna İranın mərkəzində yaranmış Mdiya dövlətinin tərkibinə daxil edildi. Beləliklə, Mannanın müstəqil dövlətçiliyi sona çatdı.

Mannada dövlətçilik ənənəsi qədim köklərə malik idi. Ərazisində hələ e.ə. III minillikdə dövlət qürümları meydana gəlmişdir. Manna:


  • Quldarlıq istehsal formasına əsaslanan dövlət idi;

  • Mərkəzləşmiş dövlət idi;

  • Dövləti hökmdar idarə edirdi. Onun hakimiyyəti qeyri-məhdud idi;

  • E.ə. VII əsrin II yarısında hakimiyyət irsi olaraq atadan oğula keçirdi;

  • Dövlətə qədim Azərbaycan türk sülaləsi başçılıq etmişdir;

  • Hökmdardan asılı olan ağsaqqallar şurası fəaliyyət göstərirdi.

  • Ölkənin vilayətlərini canişinlər idarə edirdi. Məmurlar mixi qaynaqlarda əyan, ağsaqqal, başçı və canişin adlandırılmışlar;

  • Əhalisi oturaq həyat sürürdü.

Çay vadiləri çox məhsuldar olduğundan əhali sıx məskunlaşmışdı. Mannada taxıl anbarları dövlətə, yaxud hökmdara məxsus idi. Quraqlıq, yaxud aclıq vaxtı dövlət anbarlarından əhaliyə taxıl paylanırdı. Mannalıların həyatında maldarlıq (atçılıq) mühüm yer tutmuşdur. Mannanın Subi vilayəti öz atları iləfərqlənirdi. Bara (Sanqibuti) vilayətində hökmdarın sürüləri saxlanılırdı.

İndiki Cənubi Azərbaycan ərazisində Həsənli qədim yaşayış yerində:



  1. Müxtəlif daş qəliblərtapılmışdır. B Mannada metalişləmənin inkişafını göstərir.


  2. Yüklə 436,25 Kb.

    Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin