Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.
Protokol №8, 14.02.2018
Bakı-2018
1.Ərəblərin Azərbaycanı işğal etməsi.İslam dinin yayılması
639-cu ildə ərəb qoşunu cənubdan Azərbaycana soxulsa da, çox güclü müqavimətə rast gəldi. 639-642-ci illərdə ərəb qoşunları Muğanda və Şirvanda güclü müqavimətlə qarşılaşdılar, ancaq son nəticədə qalib gələrək hər iki ərazinin hakimləri ilə xərac və cizyə ödəmək haqqında müqavilələr bağladılar.
Xilafət 705-ci ildə Albaniyada Mehrani sülaləsinin hakimiyyətinə son qoydu. Ərəblər VIII əsrin əvvəllərində Azərbaycanın işğalını başa çatdırdılar.
Məhəmməd Peyğəmbər (Ə) 610-cu ildən ərəblər arasında bu dini yaymağa başlamış və onun vasitəsilə ərəb qəbilələrini 630-cu ildə siyasi cəhətdən bir dövlətdə birləşdirmişdi. Ərəblər işğal etdikləri ərazilərdə əhalini imana gətirmək üçün İslam dinini yayıdılar.
Ərəblərin ilk vaxtlarda müsəlmanların bərabərliyi haqqındakı şüarları, Sasanilərə nisbətən əhali üzərinə az vergilər qoyması islamın Azərbaycanın cənubunda tez, cəmi bir əsr ərzində yayılmasına şərait yaratdı. Xilafətdə hakimiyyət 750-ci ildə Əməvilərdən Abbasilərə keçən vaxt Azərbaycanın Araz çayından cənubdakı torpaqlarında əhalinin müsəlmanlığı qəbul etməsi prosesi başa çatdı.
Ərəblər işğal etdikəri ərazilərdə, o cümlədən Azərbaycanda da canişinlik - əmirlik idarəetmə sistemindən istifadə edirdilər.Abbasilər dövründə əmirliyin mərkəzi Bərdə şəhərinə köçürüldü.
Dostları ilə paylaş: |