İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur



Yüklə 436,25 Kb.
səhifə28/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   24   25   26   27   28   29   30   31   ...   109
tarix

Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018

  1. III-V əsrlərdə Azərbaycanda feodal münasibətləri

III-V əsrlərdə Azərbacanda feodalizm yaranmağa başlayır. Quldarlıq quruluşundan feodalizm cəmiyyətinə keçidin əsasını məhsuldar qüvvələrin artması ilə göstərilir. Feodalizmdə cəmiyyətin yüksək inkişaf özünü göstərir.Yeni eranın əvvələində istehsal vasitələri təkmilləşdirilir, sonra isə kənd təsərrüfatı inkişaf edir.Əvvələr torpaq hökmdara, dini qurumlara, ayrı-ayrı quldarlara mənsub idi. Belə torpaqlarda qul və məcburi adamların əməyindən istifadə edilirdi. Belə işçilərin əməyə marağı sönür, nəticədə əmək məhsuldarlıı aşağı düşürdü.Ölkədə baş verən siyasi dəyişikliklər iqtisadiyyatın inkişafına xeyli ziyan vurur, torpağın müəyyən yüksək təbəqələrin əlində cəmlənməsinə şərait yaradırdı. Hökmdar və onun ətrafı torpaq sahibkarlarına çevrilirdilər. Həmən torpaqlar xidməti əvəzi olaraq hərbçilərə və dövlət adamlarına paylanılırdı. Xüsusi xidmət adamlarına paylanılan belə torpaqlar feodal əmlak sahibi adlanırdılar. Feodalizm cəmiyyətində torpaq üzərində tam, kəndlilər üzərində natamam hakimiyyətə malik istismarçı dururdu.Feodalizm dövründə iki sinif feodal və kəndli sinfi yarandı.

Feodal istehsal üsulu Qəbi Avropada şərqə nisbətən gec, yəni V əsrdən başlanmışdır.

Feodalizm inkişafında üç mərhələdən: 1 erkən 5-11 əsr; 2.yetkin 11-15 əsr; 3. Son 16-18 əsr keçmişdir.

Feodalizm inkişafı dövründə maddi istehsal sahələrində müəyyən irəliləyişlər olmuş əkinçilik və sənətkarlıqda ixtisaslaşmanın dərinləşməsi nəticəsində şəhər kənddə ayrılmışdır.Feodallar iri və xırda feodallara bölünürdülər. İri feodallar Bizans mənbələrində partriklər, xırda feodallar azatlar adlanırdı. Əhalinin əsas hissəsini feodallardan aslı olan kəndlilər təşkil edirdilər.

Feodalizmin erkən dövründə xarici tranzit ticarəti əsas rol oynayırdı. Yetkin inkişaf dövründə iş əmtəsinin yaranması kəndlilərin şəxsən asıllılığı ləğv edildi. Son mərhələsində isə kapital yığımı getişində kəndlilərin torpaq cəhətdən asıllılığı ləğv edildi.

Feodalizm dövründə başqa ölkələrdə olduğu kimi Azərbaycanda da natiral təsərrüfat hakim idi. Natural təsərrüfatın hakim olması nəticəsində ölkənin ayrı-ayrı əyalətlərinin təsərrüfat həyatları qapalı idi. Quldan fərqli olaraq təsərrüfata təhkim olunan kədlinin daha çox məhsul götürməyə marağı var idi. Çünki o, sahibkara məhsulun yalnız bir hissəsini verir, qalanı isə özünə, ailəsinə qalırdı. Nəticədə maddi maraq məhsuldar qüvvələrin inkişafına güclü təkan verdi. Beləliklə orta əsr inkişafının yeni mərhələsi başlayır ki, bu inkişafın başlıca göstəricisi torpaq münasibətləri idi.

Feodalların kəndlini satıb-almaq hüququ yox idi. Kəndli torpağında yaşadığı feodalizm təhkimlisi hesab olunurdu.

Azərbaycanda feodal istehsal üsulunun ən xarakterik xüsusiyyətləri ondan ibarət idi ki, feodalların özlərinin təsərrüfatları yox idi.Çünki süni-suvarma şəraitində ayrıca təsərüfat yaratmaq böyük xərc tələb edirdi. Feodallar torpaqla deyil, kəndlinin verdiyi renta ilə maraqlanırdılar.

Azərbaycanda feodal torpaq mülkiyyətinin iki forması mövcud idi.1.İrsi torpaq mülkiyyəti olub, atadan oğula keçir, bu torpaqları satmaq və bağışlamaq olurdu. 2.Xidməti müqabilində dövlət tərəfindən verilən torpaqlar idi ki, bu torpaqları satmaq və bağışlamaq oturdu. 2.Xidməti müqabilndə dövlət tərəfindən verilən torpaqlar idi ki, torpaqları satmaq və bağışlamaq olmazdı. Feodalla iki qrupa bölünürdü.: 1.Dünyəvi iri və xırda feodallar; 2.Ruhani təbəqəsinə Atropatenada zərdüşlük kabinləri, sonralar isə xristian kilsə xadimləri idilər. Torpaq üzərində xüsusi feodal mülkiyyəti Albaniyada iki formada mövcud idi: a) icma torpaq sahibliyinin dağılması nəticəsində meydana çıxmış şərtsiz və ya irsi torpaq sahibliyi (dastakert); b) torpaqların dövlət tərəfindən vassal xidməti müqavilində müvəqqəti olaraq paylanması nəticəsində meydana gəlmiş şərti topraq sahibliyi (xostak)

Məhsuldar qüvvələrin artması feodal münasibətlərin inkişafı və möhkəmlənməsi nəticəsində şəhərlərdə əkinçilikdə əlaqəni kəsmiş azad sənətkarlar meydana çıxırdı.

226-cı ildə İranın cənubunda yerləşən fars vilayətinin sasan nəslindən olan Ərbəkir- Papakan partiyanın sonuncu hökmdarı V Aztabani məğlum edərək, özünü İran şahənşahı elan etdi.

Beləliklə paytaxtı Ktesifon olmaqla sasani imperiyası yarandı.I Ərdaşir dövlətə tabe olan ölkələri canışinlikləri böldü.Dövlətin əyalət başçısı Səhmdar adlanırdı. V əsrdən mərzbanlıq adlanırdı. Mərzbanların səlahiyyəti çox geniş idi. 4 ən böyük mərzban başçısı şah titulu daşıyırdı. Sasani idarəçiliyi tarixdə canişinlik və ya yaxşı idarə olunan əyalət sistemi adlanırdı.

510-cu ildən 629-cu ilədək Albaniyanı Sasani canişinləri mərzbanlar idarə edirdilər.

Alban dövləti erkən orta əsrlərdə geniş, bir ərazini əhatə edirdi. Kürün sol sahilindəki Alban torpaqlarında Çola, Lpina Kambisena və başqa vilayətlər yerləşirdi. Çola vilayəti Dərbənddən beşbarmaq dağına qədər Xəzər sahilini əhatə edirdi və bu vilayətin Çola və Dərbənd kimi iki şəhəri var idi.

Çola və Şəki arasında lpina vilayəti yerləşirdi. Kürdən cənubda Paytakaran Arsax, Uti və Sünik vilayətləri yerləşirdi.İndiki Yuxarı Qarabağ və Mil düzünün bir hissəsi Arsax vilayəti adlanırdı.

Albaniyanın siyasi tarixini üç dövrə bölünür: 1.Arxakilər sülaləsinin hakimiyyəti dövrü (1r.I sortalarında 510-cu ilə qədər) 2.Sasani mərzbanlığı hakimiyyəti dövrü (510-629-cu illər) 3.Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630-705-ci illər) I əsrdə Arşaki nəslindən olan I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini vahid dövlətdə birləşdirmişdir.

224-cü ildə yaranmış Sasni dövlətinin nüfüz dairəsinə daxil edilsə də, 272-ci ildə onun asıllığından çıxa bilmişdi.

Alban hökmdarı I Urnayrin (313-371) dövründə bütpərəstlikdə mübarizə güclənmiş, xristianlıq dövlət dini elan edilmişdi.

Alban dövlətinin və Alban katalikosluğunun mərkəzi V əsrə qədər Qəblə şəhəri idi. Sasani hökmdarı II Şapurun vassali və müttəfiqi olan Urnayr Romaya qarşı Sasanilərin apardığı müharibələrdə hərbi qüvvə ilə iştirak edirdi. 359-cu il Amid və 371-ci il Dzivar döyüşlərində Sasanilərin tərəfində çıxış etməkdə Urnayrin əsas məqsədi Albaniyanın müstəqilliyinin və ərazi bütövlüyünü qoruyub saxlamaqdan ibarət idi. 359-cu il Amid döyüşündə Sasani-Alban qoşunları qalib gəldilər. Albaniyanın əvvələr itirdiyi Arsax, Naxçıvan və Kaspiananı geri qaytardılar. Lakin 371-ci ildə Dzirab döyüşündə müttəfiqlər məğlub oldular. Albaniyanın bir hissəsi Romanın əlinə keçdi.

II Vaçenin hakimiyyəti dövründə (444-463) Partav (Bərdə) şəhəri salınmış və dövlətin paytaxtı bura köçürülmüşdü. Sasanilərdən asılı olmaq yerli əhalidə mübarizə əhval-ruhiyyəni artırırdı. Sasanilər Albaniyaya strateji cəhətdən çox qiymət verirdilər. Onlar hər şeydən əvvəl Alban qapalarını (Dərbənd keçidi) möhkəmlətmək, öz şimal sərhədlərinin təhlükəsizliyin təmin etmək istəyirdilər. Şünki, şimali Qafqazda yaşayan köçərilər Dərbənd keçidi vasitəsilə İrana hücumlar edirdilər.

V əsrdən köçəri tayfaların hücumları daha da güclənir.Bu hücumlardan qorunmaq üçün Sasanilər Alban qapıları ərazisində əvvəl sədlər, şah “Yezdəqird (438-457) dövründə daşlardan nəhəng divar çəkdilər. Əhaliyə qarşı dözülməz münasibət, vergilərin ağırlığı ilk dəfə 450-ci ildə əhali mübarizəyə qalxdı. Həmin il Xalxal yaxınlığında (Qazax ərazisi) üsyançılar Sasaniləri məğlub etdilər. 451-ci ildə mayın 26-da Avaray çölündə (Maku yaxınlığı) şah ordusu üsyançıları məğlub etdi.

II Vaçinin başçılığı altında 460-cı ildə baş vermiş üsyan nəticəsində Dərbənd qalasını ələ keçirdilər və Dağıstanda yaşayan dağlı tayfaları ilə ittifaq bağladılar.

Bunu görən Sasani şahı Firuz (459-464) fiş tayfalarını öz tərəfinə çəkərək üsyançılara qarşı onlardan istifadə etdi. 462-ci ildə hunlar Albaniyaya soxuldular. Biz il uzanan bu mühafizə II Vaçenin 463-cü ildə hakimiyyətdən uzaqlaşdırdılması ilə başa çatdı. Albaniya öz müstəqilliyini itirdi və sasanilərin təyin etdiyi mərzbanlar tərəfindən idarə edildi (510-629)

493-cü ildə İran şahı Qubadin əmri ilə III Vaçaqan Albaniyada hakimiyyətə gəldi. III Vaçaqan (493-510) Albaniyada xristinalığı geniş yayamağa başladı. O, 488-ci ildə Aqulu kilsə məclisi çağırdı və xristian dininə aid qaunlar qəbul etdi. Bu qanunlar xristianlığın mövqelərinin möhkəmləndirilməsinə yönəldilmişdi.

V əsrin 80-ci illərində sasani hakimiyyəti altında olan Atropatenada Məzdəkilər adlanan güclü xalq hərəkatı (481-529) başladı. Hərəkatın başçısı Məzdəkin əsas ideyası allahın yaratdığı nemətlərin insanlar arasında bərabər bölüşdütülməsindən ibarət idi.

Hərəkatda kəndlilər, sənətkarlar, şəhər yoxsulları və bəzi əyanlar da iştirak edirrilər. Məzdəkin tərəfdarları iri əyanların əmlaklarını, varlı tacirlərin evlərinə basqınlar edərək onların əmlaklarını öz aralarında bölüşdürdülər.

Sasani hökmdarı I Qubad (488-531) bu hərəkata qoşuldu, məqsədi mərkəzi hakimiyyətə düşmən olan iri əyanları və din xadimlərini sıradan çıxarmaq üçün istifadə etmək idi. Hərəkatın çox təhlükəli həddə çatmasını görən I Qubad siyasətini dəyişdi və 529-cu ildə Məzdəkilər hərəkatını amansızlıqla yaratdı.Hərəkatın başçıları və Məzdək qətlə yetirildi. İştirakçılara qarşı kütləvi divan nəticəsində 80 minə qədər adam öldürüldü.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin