Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.
Protokol №8, 14.02.2018
Bakı-2018
1.Azərbaycan tarixinin predmeti, öyrənilməsinin əhəmiyyəti
Azərbaycan tarixinin öyrənilməsi, xalqın tarixi yaddaşını möhkəmləndirmək keçmişi barədə düzgün təsəvvüryaratmaq mədəniyyətimizi zənginləşdirməyə xidmət edir.
Tariximizin ta qədim dövrdən başlamış hazırki dövrə qədər vacib problemlərinin yeni baxımdan öyrənilməsinə xüsusi diqqət verilmişdir.
Azərbaycan tarixinin mühüm problemləri, ən cox da əvvəllər XVIII-XIX yüzillərin problemləri üzrə başlıca qaynaqlar və sənədlər ortaya çıxarılmamış, bilərəkdən millətdən gizlədilmişdir. Məqsədimiz gənc nəslə tariximizi obyektiv çatdırılmasıdır.
Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycanın tarixinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Tarixi hadisələrə yeni baxış əsasında öyrənilməsi əsas vəzifə kimi qarşımızda durur.
Ali məktəblərdə müasir tələblərə cavab verən, dünyagörüşlü mütəxəssis hazırlanmasında, əvvəlcə öz tarixini öyrənmək vacib məsələlərdəndir. Bu baxımdan gənc mütəxəssislərin elmi təfəkkürü və dünyagörüşünün yüksəldilməsində tariximizin rolu böyükdür. Gənclərimiz tariximizi öyrənməklə vətəni sevmək və vətənə bağlılıq hissini, vətənpərvər olmağı aşılamalıyıq.
Azərbaycan Yer kürəsinin ən qədim tarixə və maddi-mədəni irsə malik olan məskənlərindən biridir. Arxeoloji qazıntılar nəticəsində əldə edilən müxtəlif maddi–mədəni abidələrin, yazılı qaynaqların, müxtəlif dövrlərdə dünya alimlərinin və tarixçilərinin yazdıqları əsərlərdə Azərbaycan haqqında deyilənlərin müqayisəli şəkildə öyrənilməsi Azərbaycan tarixinin daha əsaslı şəkildə və daha dərindən işıqlandırılmasına imkan verir. Sovet hakimiyyəti dövründə Azərbaycanın qədim tarixi üzrə tədqiqat işi aparılarkən bu dövrə birtərəfli yanaşılırdı. Belə ki, Azərbaycanın qədim dövlətləri olan Manna, Atropatena, Albaniya tarixi, ərazilərimizdə yaşayan qədim sakinlərin etnik tərkibi, etnogenezi, sosial-iqtisadi, siyasi və mədəni tarixi arxa plana çəkilirdi və lazı- mınca işıqlandırılmırdı. Lakin bütün qeyri-müəyyənliklərə, çətinliklərə baxmayaraq, Azərbaycanın tarixi qədimliyi, xalqının etnogenezi konsepsiyası müəyyən şəkildə oyrənilərək, ümumiləşdirilərək tarix elmimizdə öz əksini tapmışdır. Azərbaycan ərazisində cərəyan edən dil, din, ərazi, mədəniyyət və iqtisadi əlaqələr vəhdəti zəminində türkdilli Azərbaycan xalqının və dilinin formalaşması prosesi başa çatır. XX əsr Azərbaycana ikinci dəfə müstəqillik əldə etmək şansını da verdi. Ulu öndər Heydər Əliyevin və onun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri sayəsində milli dövlətçiliyimizin yaradılması, qorunması, məhkəmləndirilməsi, sosial-iqtisadi və mədəni inkişafı, Azərbaycanın dünya birliyinin üzvü olaraq tanınması, bu regionda söz sahibi olması dərslikdə ardıcıllıqla şərh olunmuşdur.
Dostları ilə paylaş: |