Orta paleolit dövrü (təxminən 100-40-cı minillik). Mustye dövrü adlanır.
Bu dövrdə insanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə və qəlpələr qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə edirdilər. İbtidai insan dəstəsində kişilər ovçuluq, qadınlar isə ev işləri və yığıcılıqla məşğul olurdular. İti uclu əmək alətlərindən kişilər, qaşovlardan qadınlar istifadə edirdilər. Beləliklə, cinslər arası əmək bölgüsü meydana gəldi. Qarabağda Tağlar mağarasındakı ocaq yerləri insanın süni od əldə etmək vərdişinə tamamilə yiyələndiyini göstərir. Orta paleolitdə yaşayan bacarıqlı insanları Neandertal adlandırırdılar.
Dostları ilə paylaş: |