İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Mezolit (e.ə. XII-VIII minilliklər)



Yüklə 436,25 Kb.
səhifə10/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   6   7   8   9   10   11   12   13   ...   109
tarix

Mezolit (e.ə. XII-VIII minilliklər). Azərbaycanda mezolit dövründə ox və kamanın kəşfi ovçuluğun inkişafında böyük rol oynamışdır. Heyvanların uzaqdan ovlanması imkanı yaranmış, qida ehtiyatı artmış və ovçuluq əsas peşəyə çevrilmişdir. Bu dövrdə ovçuluq və yığıcılıqla yanaşı, istehlak təsərrüfatının daha bir sahəsi olan balıqçılıq meydana çıxmışdır. İstehlak təsərrüfatı ilə məşğul olan insanlar geniş əraziyə yayılmaq imkanına malik deyildilər.

Mezolitdə insanlar heyvanların ibtidai əhilləşdirilməsinə başladılar. Bununla da ibtidai heyvandarlığın əsası qoyuldu. İnsanlar ilk əkinçilik vərdişlərinə də bu dövrdə yiyələnmişdilər. Nəticədə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.

Azərbaycanda mezolit dövrü Qobustan və Damcılı düşərgələri əsasında öyrənilmişdir. Qobustanın qayaüstü rəsmlərində ox-yayla silahlanmış təbii böyüklükdə insan təsvirləri böyük maraq doğurur. Qayaüstü rəsmlərdə qədim insanların ov səhnələri ilə yanaşı, totem – ovsun inancları da təsvir olunmuşdur. Maral, at və keçi, qayıq təsvirlərinə görə qədim Qobustan əhalisinin əsas məşğuliyyəti ovçuluq və balıqçılıq olmuşdur. Qobustan qayaüstü rəsmlərində balıq və balıq toru təsvirlərinə rast gəlmək olar. Buradakı baş tərəfində günəş və içərisində adamlar təsvir edilmiş balıq rəsmləri mezolitdə balıq ovunun artıq geniş yer tutduğunu sənədləşdirilmişdir. Qobustanda yaşayan insanların axirət dünyasına inamı ilə bağlı dəfn zamanı ölülərin yanına məişət əşyaları qoyulurdu.

Mezolit dövründə kiçik ölçülü (mikrolit) alətlərə Damcılı mağarasında rast gəlinmişdir. Damcılı və Şuşa mağaralarında tapılmış çeşidli qaşovlar, bizlər, kəsicilər, bıçaqlarla yanaşı, kiçik lövhəciklərdən hazırlanmış quraşdırma alətlər (biçin bıçaqları) və silahlar (ox ucluqları, nizələr) diqqəti cəlb edir.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin