2.Azərbaycanda daş dövrü
Paleolit alt, orta və üst adlanan 3 dövrə bölünür:
Alt paleolit 1,5 milyon il bundan əvvəldən 100 min il bundan əvvələ qədər davam etmişdir. Azıx, Tağlar Azərbaycanda ən qədim paleolit düşərgələri sayılır. Azərbaycanda ən qədim daş alətlər Azıx mağarasında tapılmışdır. “Quruçay mədəniyyəti”nə aid edilən bu alətlər təxminən 1,5 milyon il bundan əvvəl Azərbaycanda bacarıqlı insanın yaşadığını sübuta yetirir. Həmin alətlər belə söyləməyə imkan verir ki, Avrasiya ərazisində ilkin insan yurdu bizim Vətənimizdə - Azərbaycanda tapılmışdır.
Bacarıqlı insan əmək alətləri düzəldə və ondan istifadə edə bildiyinə görə belə adlanmışdır. Alt paleolitdə bacarıqlı insanların məcburi şəkildə birləşdiyi ibtidai insan dəstələri sadə əmək alətləri düzəldir, hazır təbiət məhsulları ilə qidalanır, yığıcılıq və ovçuluqla məşğul olurdular. Təxminən 700 min il bundan əvvəl Azərbaycanda insanlar od əldə etmək və onu qoruyub saxlamağı bacarmışlar. Azıx mağarasında dünyada ən qədim ocaq yeri tapılmışdır. Azıx mağarasının qədim sakinlərinin daha düşüncəli və bacarıqlı olması ocağın ətrafında divar hörməsində özünü göstərir. Mağarada tapılmış insanın alt çənə sümüyü 350-400 min il bundan əvvələ aiddir. Çənə sümüyünün aid olduğu insan Azıxantrop (təxminən 18 yaşlı qadının alt çənə sümüyüdür) adlanır. Bu tapıntı Azərbaycanın dünyada ən qədim insan ocaqlarından biri olmasının göstəricisidir.
Dostları ilə paylaş: |